11-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

7 illik prezidentlik dönəmi ölkəyə nə gətirəcək?

12 Aprel 2018, 08:35
Siyasət
A A
7 illik prezidentlik dönəmi ölkəyə nə gətirəcək?

Politoloq: “Bu illər ərzində Azərbaycana ciddi təzyiqlər olacaq”

Təcrübə göstərir ki, prezident seçkiləri Azərbaycana xaricdən təzyiq elementləri üçün fürsət rolunu oynayır. Hər dəfə seçkidən bir müddət öncədən anti-Azərbaycan mövqeyində olan qüvvələr hərəkətə gəlir. Bu il də eyni vəziyyət müşahidə edilməkdədir. Azərbaycan hakimiyyətinin də təmsilçiləri son günlər açıq şəkildə bəyan edirlər ki, ölkəmizə qarşı təhdidlər var.

Azərbaycanda prezident seçkisi keçirildi. Seçkidə 8 nəfərin namizədliyi irəli sürülüb. Bunlar prezidentliyə namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc  və namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədovdur (Cəlaloğlu).

Rəy sorğularına görə,  8 namizədin yarışdığı seçkidə ən şanslı namizəd  İlham Əliyevdir.

Yeni seçilən prezidentin səlahiyyət müddəti 5 deyil, 7 il olacaq.

“Yeni Müsavat”a danışan politoloq Mübariz Əhmədoğlu 7 illik prezidentlik dövründə siyasi səhnədəki gözlənilən vəziyyət barəsində danışıb. O bildirib ki, ölkə prezidenti İlham Əliyev xarici mətbuata müsahibəsində qarşıdakı illərlə bağlı vacib mesajlar verib: “Orada yeni komandadan, idarəetmə metodlarından, kadr islahatlarından, ictimai nəzarətdən söhbət gedir. Qarşıdakı 7 ildə bunlar Azərbaycanın idarəçiliyində baş verən əsas hadisələr olacaq. Təbii ki, artıq indidən demək mümkündür ki, İlham Əliyev, şübhəsiz ki, qələbə çalacaq. Ona görə də onun xarici mətbuata verdiyi müsahibəni qarşıdakı 7 il ərzində proqram fəaliyyətini açıqlaması kimi başa düşürəm. Hesab edirəm ki, əslində elə doğrudan da prezidentin dediyi fikirlər çox vacibdir və ölkənin idarəçilik sistemi o istiqamətdə dəyişməlidir. Əvvəla, indiki komandaya ”sağ ol” demək lazımdır ki, Azərbaycanı ayaq üstə qoyublar. İstər Heydər Əliyevin, istərsə də indiki prezidentin dövründə bu komanda Azərbaycanın müstəqil olması, iqtisadi cəhətdən qüdrətlənməsi üçün çox işlər görüb. Ancaq bu komandanın gördüyü iş Azərbaycanın daxili ilə hüdudlanır. Azərbaycan əvvəlcə Cənubi Qafqaz miqyasında dövlət oldu. Sonra isə Cənubi Qafqaz regionunun lider dövlətinə çevrildi. İki il öncə ölkə prezidentimiz Azərbaycan-İran-Rusiya üçtərəfli formatını irəli sürdü. Elə başa düşürəm ki, artıq bu ideyanın reallaşması Azərbaycanı Avrasiya materikində strateji təhlükəsizliyi təmin etmək qüdrətində olan dövlətə çevirdi. Təxminən bir ay öncə İran prezidenti Ruhani təklif etdi ki, iki ölkə Afrika ilə Avropanın birləşdirilməsində vacib tranzit rolunu oynaya bilər. Bu, artıq Azərbaycanı dünya miqyasında dövlətə çevirdi. Yəni hal-hazırda Azərbaycan dünya çapında olan dövlətdir. Qarşımızdakı fürsətlər, bizə qarşı olan təhdidlər də tamamilə başqa parametrdədir. Ona görə də hesab edirəm ki, ölkə prezidenti ciddi kadr islahatlarına gedəcək”.

Mübariz Əhmədoğlu ile ilgili görsel sonucu

Politoloqun sözlərinə görə, prezidentin komandasında gənclər üstünlük təşkil edəcək: “Söhbət yenicə magistr bitirmiş və ya xaricdə təhsilini başa vurmuş gənclərdən getmir. İş təcrübəsi, həyat təcrübəsi olan gənclərdən danışırıq. Düşünürəm ki, ölkə prezidenti onlardan istifadə edəcək. Prezident müsahibəsində məmurlardan da danışıb. Görünür, ölkə prezidentinin fikrincə, indiki vəziyyətdə məmurlara təsir üçün yeni metodlar olmalıdır. Doğrudan da bəzən görürsən ki, məmurlar özlərindən asılı olmadan elə addım atırlar ki, bu, həm dövlətin, həm də ümumi maraqların ziddinə olur. Azərbaycana xidmət edən komandanı bir-iki nöqsanına görə qaralamaq da olmaz. Bütün komandaya münasibətimin müsbət olmasına baxmayaraq, onu da deyim ki, indiki dövrdə Azərbaycanda məmur yorğunluğu var. Rüşvətin artmasını, məmur özbaşınalığının kökünü yoxlayanda görürsən ki, ölkədə məmur yorğunluğu mövcuddur. İctimai nəzarətə gəlincə isə hesab edirəm ki, bununla bağlı da prezident bəzi məsələləri ortaya qoyub. Təklif edərdim ki, Azərbaycanda da nazirliklərin yanında ictimai şuralar olsun. Elə ən yaxşı ictimai nəzarət mətbuatdır. Mətbuat hansısa icra başçısı haqqında yazırsa, ya bu məlumat dərhal yoxlanıb əsaslı təkzib olunmalıdır, ya da  tədbir görülməlidir. Elə məlumatlar var ki, mətbuat özü bunun üçün ən böyük ictimai şuradır. Məsələ mətbuata çıxıbsa, reaksiya verilməlidir. İlham Əliyevin prezidentliyinin ötən 5 ilində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrildi. 7 illik dövrdə isə Azərbaycanı dünya  miqyasında həm siyasi, həm geosiyasi, həm də humanitar, mədəni baxımdan yerini möhkəmləndirən dövlət kimi görürəm. Bu illər ərzində Azərbaycana ciddi təzyiqlər olacaq. Ancaq ölkədə iqtidarla əhali arasındakı münasibətlər, düşünürəm ki, sabitliyi daha da möhkələndirəcək. Nəticədə pis niyyətlər reallaşmayacaq. Xaricdə bir qrup mühacir alət idilər ki, Azərbaycanda söyüşlə ortalığı qarışdırsınlar. Seçkidən sonra onlar da sakitləşəcək. Avropanın Azərbaycana qarşı olan münasibətinə çox təəssüflənirəm. Müxalifətin içində olub, onun bazasına bələdəm. Müxalifətin içərisində o qədər adamı kənara qoyub, Avropa görün kimlərə söykəndi. Əslində bu, avropalıların Azərbaycanın vətəndaş cəmiyyətinə təhqirdir. Şəxsən mən vətəndaş cəmiyyətinin təmsilçisi kimi bacardığım qədər çalışacağam ki, avropalıların Azərbaycanla bağlı mövqeyi sabitləşsin”.

Əli RAİS,
“Yeni Müsavat”

Əvvəlki yazı

Prezident İlham Əliyev: “Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa səs verib”

Sonrakı yazı

RUSLAR ABŞ-a CAVAB ZƏRBƏSİ ENDİRMƏYƏ HAZIRLAŞIRLAR –”Kalibr” raketləri ABŞ bazalarına tuşlandı – TƏHLİL

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.