“Mayın 11-dən sonra 65 yaşlı şəxslərlə bağlı qərar veriləcək”.
Reportyor.info xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib.
İ.Məmmədov bildirib ki, mayın 11-də risk qrupu hesab edilən 65 yaşlı şəxslərin hərəkəti ilə bağlı qərar veriləcək: “Ola bilsin ki, bu istiqamətdə də yumşaldıcı addımlar atılacaq”.