23-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Gəncəyə gələn diplomatik nümayəndələr elə bil kinoya baxmağa gəlirlər”

17 Oktyabr 2020, 23:08
Cəmiyyət
A A
“Gəncəyə gələn diplomatik nümayəndələr elə bil kinoya baxmağa gəlirlər”

Hafiz Hacıyev: “Dünya gücləri terroçuya “dur” deməkdənsə, onu silahlandırır”

 

“Erməni terrorçuları Azərbaycan xalqına qarşı tarixin bütün dönəmlərində genosid törədib. Erməni terroru bu gün Gəncə şəhərində törədilir, bundan əvvəl bu vəhşiliyi Xocalıda, eləcə də öz dədə-baba yurdlarını – İrəvanı, Göyçəni, Zəngəzuru tərk etməyə məcbur edilən 20 milyonluq azərbaycanlının həyatında müşahidə etdik. Dünya erməni faşizminin apardığı bu çirkin siyasəti çox gözəl bilir. Amma ermənilərə “bu genosidə son qoy, dur” demirlər. Beynəlxalq ictimaiyyət yenə də lal, kardır”.

 

Bunu Versus.az-a Ermənistan silahlı qüvvələrinin Azərbaycanda törətdiyi terror aktına beynəlxalq münasibətin laqeydliyi və hansı reaksiyaları verəcəyi ilə bağlı açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

 

Partiya sədri artıq başqa bir zamanın gəldiyini və Azərbaycan xalqının başda Ali Baş Komandan olmaqla erməni zülmünə, terroruna dözmək fikrində olmadığını deyib:

 

“Ali Baş Komandan dəfələrlə bu barədə qəti fikirlərini bildirib.  Bu gün də Azərbaycanın haqq səsini eşitməyən, terrora dur deməyən dövlətlər kar, kordurlar. Erməni faşistlərinin Azərbaycan torpaqlarından çıxarılmasına heç bir cəhd göstərmirlər. Buna baxmayaraq Ali Baş Komandanın iradəsi altında düşmənlərimizin susdurulması, geri çəkilməsi artıq göz önündədir. Bir neçə rayonumuz işğalçılardan azad edilib. Biz burda yenə də ATƏT-in Minsk Qrupu dövlətlərinin fəaliyyətini görə bilmirik. Bu gün Azərbaycan Ordusu öz torpaqlarını işğaldan azad etmək üçün səngərdə vuruşur, amma Ermənistan xaincəsinə mülki əhalini yatdığı yerdə raket atəşi ilə öldürür.  Düşmən mülki əhalini Gəncədə, Tərtərdə, Mingəçevirdə, Ağcəbədidə, Beyləqanda atəşə tutur. Bu, dünyada qəbul olunmayan vəhşilik, qəbul olunmayan bir haldır, cinayətdir. Ona görə də biz erməni faşistlərini torpaqlarımızdan qovmaq üçün bütün vasitələrə əl atmalıyıq. Bu gün Azərbaycan xalqı birdir, dövlət başçısının ətrafında çox sıx birləşib. Buna görə də Ermənistan hakimiyyəti böyük narahatçılıq keçirir və yalanlar danışır”.

 

H.Hacıyev belə bir vəziyyətdə beynəlxalq təşkilatların bizim problemə çarə tapacaqlarına inanmadığını deyib:

 

“Bu gün Ermənistanın dövlət büdcəsi özünü dolandırmağa çatmadığı halda bu qədər silahların alınmasında pulları hardan alırlar? Görünür ki, faşist Ermənistana öz terror əməlini genişləndirməsi üçün kimlərsə dəstək verir. Ermənistana o silahlar hardan gəlir. Kimdir bunları təmin edən?!. Biz bunları araşdırmalıyıq. Başı işləməyən Paşinyan erməni xalqını da qırdırmaq istəyir. Görür ki, Azərbaycan ordusu ilə bacarmayacaq, dinc əhalini atəşə tutur. Mülki əhali arasında uşaqlar, yaşlı insanlar, qadınlar öldürülür. Buna dözmək mümkün deyil. Təəssüf edirəm ki, Gəncəyə gələn beynəlxalq diplomatik nümayəndələr elə bil kinoya baxmağa gəlirlər. Belə olmasaydı, bu vəhşiliyi törədənlərə hər hansı bir təzyiq göstərərdilər. Mən özüm də dözə bilmirəm. Axı bizim heç kəsin torpağnda gözümüz yoxdur. Biz torpaqlarımzı azad etmək istəyirik. Ordumuz, Xalq, Ali Başkomandanın ətrafında sıx birləşərək axıra qədər gedəcəyik. Artıq bilməliyik ki, bu gün kimlər bizim yanımızda dayanıb”.

 

MMP sədri bildirib ki, Ordumuz öz üzərinə düşən missiyanı rəşadətlə həyata keçirir. Amma dünyaya demokratiya, azadlıq, haqq-ədalət dərsi keçən beynəlxalq təşkilatın məsələyə ikilistandartlı yanaşması ağlasığmazdır.

 

MMP sədri hesab edir ki, belə bir şəraitdə diplomatiyamız məhz beynəlxalq təşkilatların özünü haqqa dəvət etmək üçün xeyli çaba sərf etməlidir:

 

“Bu yöndə ciddi işlər görülür. Biz partiyalar olaraq bir çox beynəlxalq təşkilatlara müraciət eləmişik. Eləcə də dövlət, rəsmilər bu barədə dünya ictimaiyyətinə müraciət edirlər. Gəncədə 10 oktyabr erməni terrorundan sonra Azərbaycandakı xarici ölkələrin səfirlərini hadisə yerinə dəvət etdilər. Beynəlxalq ictimaiyyət öz gözləri ilə gördü. Amma nə edəsən ki, Ermənistana qarşı hər hansı sanksiya, təsir göstərən hərəkətlər, bəyanatlar verilmədi. Axı biz nə etməliyik ki, beynəlxalq təşkilatlar haqqı görsünlər. Biz buna təəssüf edirik. Dünya gücləri terroçuya “dur”- deməkdənsə, onu silahlandırır.  Niyə BMT susub, niyə 4 qətnaməsinin yerinə yetirilməsini tələb etmir?! İnanıram ki, bizim bayrağımız Şuşada, Xankəndində dalğalanacaq. Ona görə də erməni xalqı da bunu düşünməlidir, artıq öz övladlarını başqasının torpağına göndərib ölməsinə imkan verməməlidir”.

 

H.Hacıyev bildirib ki, ATƏT Minsk Qrupu bu dəfə Ermənistanın mülki əhalini qətlə yetirməsi faktı ilə bağlı işğalçıya qarşı sərt mövqeyini bildirməli və konkret addımlar atmalıdır:

 

“Əgər bu baş verməsə, nəhayət Azərbaycanın ATƏT-in Minsk Qrupuna qarşı mövqeyi daha sərt olmalıdır. ATƏT-in Minsk Qrupuna inanmamışam. Dəfələrlə demişəm ki, onlar ermənilərin bizim torpaqlarda məskunlaşmasına kömək edib. Ona görə də hesab edirəm ki, biz ATƏT Minsk Qrupundan qəti şəkildə imtina etməlyik. Biz Türkiyədən, dost dövlətlərdən kömək istəməliyik. Belə olmaz, bu qədər günahsız insanlarımız ölür”.

 

Partiya sədri bildirib ki, bu gün Azərbaycan ictimaiyyəti istər xaricdə, istərsə də daxildə informasiya müahribəsi sahəsində çox qətiyyətli mövqe ortaya qoyub:

 

“Bizim müraciətlər olub və xaricdə yaşayan soydaşlarımızla əlaqələrimiz güclənir. Xaricdə piketlər, mitinqlər keçirilir. Amma elə bil dünya dövlətləri eşitmir. Elə bil Ermənistanın terrorundan xəbərləri yoxdur. Hələ də beynəlxalq aləmdən, güc dövlətlərindən Ermənistana qarşı təpki yoxdur. Biz bilmirdik ki, insan haqlarından danışan dövlətlər kardır. Görünür ki, türkün türkdən başqa dostu yoxdur. Hər halda biz öz haqq işimizi qorumaq üçün ayaqdayıq və haqqımzı qoruyuruq. Və torpaqlarımzı işğaldan azad edəcəyik. Amma istərdim ki, xaricdə yaşayan diasporlarınız bir qədər də aktivliyi artırsınlar. TA ki, dünya eşidənə qədər sözümüzü deməliyik. Amma ən böyük inamımız Ordumuza, Ali Baş Komandana, xalqımızın birliyinədir”

Əvvəlki yazı

Cəmi bir neçə saata düşmənə milyonlarla zərbə vurduq

Sonrakı yazı

Gəncədə dağıntılar altında qalan iki uşağın meyiti çıxarıldı

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.