13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

60 milyon pul xərclənib,  bəs ortada nə var?

10 İyun 2021, 09:19
Cəmiyyət
A A
60 milyon pul xərclənib,  bəs ortada nə var?

“Bu kino ki var, bu, çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki, vacib…” Məşhur “Bəyin oğurlanması” filmindəki bu parafraz hər zaman aktual olub və bu gün də aktualdır. Ancaq təəssüf ki, son illərdə bu “qəliz” işlə məşğul olmalı olan qurumlarımız, Mədəniyyət Nazirliyi başda olmaqla, kinonun vacibliyini bir tərəfə qoyaraq, özünə lazım olan “daha vacib” işlərlə məşğul olub. Bunun yaratdığı mənzərə isə göz qabağındadır…

Maliyyə naziri Samir Şərifovun Milli Məclisdəki son çıxışında kino sahəsiylə bağlı tənqidi fikirlər səsləndirməsi çoxları üçün gözlənilməz oldu. Çünki Azərbaycanda bir nazirin başqa bir nazirliyin, dövlət qurumunun fəaliyyətini tənqid etməsi heç də tez-tez rast gəlinən hadisə deyil. Lakin nazirin səsləndirdiyi iradlara və kino sahəsinə ayrılan dövlət vəsaitlərinin müqabilində görülən işə nəzər yetirərkən görünür ki, səsləndirilən tənqid və iradlar kifayət qədər əsaslıdır. Bizim ötəri araşdırmamız nəticəsində məlum oldu ki, təkcə 2008-2018-ci illərdə bu sahəyə 59 milyon manat dövlət vəsaiti ayrılıb. 2020-2021-ci illərdə isə kinonun inkişafı üçün əlavə olaraq, daha 13 milyon verilib.

İddia etmək olmaz ki, bu vəsait fantastik dərəcədə çoxdur. Ancaq o da var ki, Azərbaycan kinematoqrafiyası “Hollivud” deyil və onun üçün yuxarıda qeyd edilən məbləğlər heç də kiçik rəqəmlər sayıla bilməz. Ən azından heç bir Cənubi Qafqaz respublikasında kinonun inkişafına bu qədər vəsait ayrılmır. Ancaq bunun əvəzində ortaya qoyulan işə nəzər yetirsək, görərik ki, kinematoqrafımız öz nailiyyətlərinə, ortaya çıxardığı əsərlərə, beynəlxalq festivallarda qazandığı mükafatlara görə qonşu respublikalardan çox-çox geri qalır.

Azərbaycanda kiçik bir sorğu keçirsəniz, son 10-15 ildə ölkəmizdə çəkilən hansısa ciddi kino əsərinin adını çəkə biləcək olduqca az sayda adam tapa bilərsiniz. Çünki belə əsərlər, bir-iki istisnalar nəzərə alınmasa, demək olar ki, yoxdur. Samir Şərifovun “vəsait ayrılır, ancaq biz kino əsəri görmürük” deməsi də elə bundan irəli gəlir. Doğrudan da, hələ başqa mövzuları bir kənara qoyaq, Qarabağ münaqişəsi ilə bağlı dünyaya səs salacaq bircə film çəkilibmi? Axı, kino da təbliğatın bir, özü də çox təsirli formasıdır və təəssüf ki, bu sahədə biz düşmən ölkəyə xeyli dərəcədə uduzuruq…

Bəs, nədir kinematoqrafiyamızdakı bu durğunluğun səbəbi? Səbəblər, əlbəttə ki, çoxdur. Lakin onlardan yəqin ki, ən başlıcası bir çox sahələrdə olduğu kimi, mədəniyyət sektorunda da korrupsiyanın, rüşvətin, saxtakarlığın kök salmasıdır. Ötən ilin mayında DTX-nın Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat, nazir müavini başda olmaqla, bir neçə məmurun həbsi, sonradan nazir Əbülfəs Qarayevin həbsdən canını qurtarsa da, vəzifədən çıxarılması göstərdi ki, bu sahədə vəziyyət acınacaqlıdır. İstintaqın ortaya çıxardığı faktlardan məlum oldu ki, nazirliyin, onun strukturlarının fəaliyyəti “şapka prinsipi” üzərində qurulub, tikinti işlərindən tutmuş işə qəbula qədər hər yerdə korrupsiya, rüşvət baş alıb gedib. Deməli, bu adamların başı pul qazanmağa, çapıb-talamağa qarışıb, belələrinin yadına kino düşər? Bunlar üçün kino çəkmək də tikintiyə ayrılan sementi oğurlamaq kimi bir şey olub. Odur ki, yalnız bu sahəyə rəhbərlik edənlər bilir ki, hər il ayrılan milyonlar kimlərin arasında və necə bölüşdürülüb. Təsəvvür edin ki, nə qədər gülməli görünsə də, hətta Nəfəs alətləri orkestrinin bədii rəhbərinin belə rüşvət aldığı məlum olub və buna görə də həbs edilib. Belə bir mühitdə hansı nəticədən, dünya səviyyəli əsərdən söhbət gedə bilərdi?

Maliyyə nazirinin parlamentdəki çıxışına Mədəniyət Nazirliyi xeyli böyük bir mətnlə cavab verərək, “kinematoqrafiyamızın keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğu” barədə danışıb. Ancaq doğrusu, hələ ki, nə keyfiyyət, nə də inkişaf görə bilmirik. Lakin hər halda ümid edək ki, nazirliyin yeni rəhbərliyinin iş prinsipi əvvəlkindən fərqlənəcək və Azərbaycanın kino ənənələrinin yaşadılması, dünya səviyyəsinə çıxarıla biləcək filmlərin çəkilməsi təmin olunacaq.

Azpolitika

 

Əvvəlki yazı

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Sonrakı yazı

“Azərişıq”dan 800 minlik şübhəli müqavilə – ASC inşaat şirkətindən yük maşını icarəyə götürür

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.