Müğənni Şəbnəm Tovuzlunun fincanı internet-auksionda 590 manata satılıb.
Reportyor.info xəbər verir ki, bu barədə ATV.az məlumat yayıb.
Bildirilib ki, əvvəlcə üstündə müğənninin dodaqlarının izi qalmış fincan fanatlarından biri tərəfindən satışa çıxarılarkən ona 15 manat ilkin qiymət qoyulub.
Gözlənilmədən fincan uğrunda gərgin mübarizə başlayıb və nəticədə adının çəkilməsini istəməyən şəxs onu 590 manata əldə edib. Bu şəxsin evli olduğu və ticarət sistemində çalışdığı bildirilir.
Haqqınaz.org-un əldə etdiyi məlumata görə fincanı keçmiş Mer Hacıbala Abutalıbovun “pulyuyan maşını” kimi tanınan Ramazan Mirzəyev əldə edib.
Bu haqda gələn yazimizda daha ətraflı məlumat dərc edəcəyik