14-05-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

500 min dollar borc, “Toyota”da qətliam -“AST Telman”ın qardaşının tətikçisinə niyə az cəza verildi?

13 Mart 2018, 01:02
Cəmiyyət
A A
500 min dollar borc, “Toyota”da qətliam  -“AST Telman”ın qardaşının tətikçisinə niyə az cəza verildi?

Krasnoqorsk məhkəməsi killer Mehman Kərimovu 13 il həbs cəzasına məhkum edib. Xəbəri Rusiya KİV-ləri yayıb. Xəbərdə deyilir ki, M. Kərimov iki və daha çox şəxsi öldürməkdə, eləcə də qanunsuz silah saxlamaqda ittiham edilib.

Qeyd edək ki, Rusiya İstintaq Komitəsi M. Kərimovun azərbaycanlı iş adamı Telman İsmayılov və qardaşı Rafiq İsmayılovun sifarişi ilə qətllər həyata keçirdiyini bildirir. O, Vladimir Savkin və Yuri Brılyovu öldürməkdə təqsirkar hesab olunur.

Musavat. com xəbər verir ki, qətl hadisəsi 2016-cı ilin may ayında Moskva ətrafında, Novorijski şossesində qeydə alınıb. İstintaqın məlumatına görə, R.İsmayılovun Savkinə 5,5 milyon dollar borcu olub.

Məlumata görə, R.İsmayılov tutduğu killerlə görüşə oğlu Raul İsmayılovun “Mercedes” markalı maşını ilə gedib. “Mehman Kərimov qətlə yetirilən

Vladimir Savkin ilə görüş yeri təyin edib. Savkin isə təsadüfən “Lyubliko motors”un direktoru olan tanışı Yuri Brilyovu da özü ilə aparıb. Biznesmenlər hadisə yerə gəlməzdən bir neçə dəqiqə öncə yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə Raula məxsus “Mercedes” gəlib. İstintaq zamanı bəlli olub ki, maşında Mehman Kərimovla yanaşı Rafiq İsmayılov da olub. Bu görüntülər müşahidə kamerasına düşüb.
M.Kərimov onlara yaxınlaşıb. Bir müddət söhbət etdikdən sonra o qurbanlarının “Toyota Land Cruiser” markalı maşınına minərək gedib. Ondan 40 saniyə sonra Rafiq İsmayılovun olduğu maşın cipin arxasınca hərəkət edib.

Bir saat sonra isə yanacaqdoldurma məntəqəsindən bir neçə km aralıda içərisində güllələnmiş biznesmenlər olan maşın tapılıb. Bundan dərhal sonra günahını etiraf edən M.Kərimov saxlanılıb. Lakin sonradan Rafiq İsmayılovun da onun ardınca gələn Raul İsmayılovla telefonla danışdığını müəyyən etmək mümkün olub.

Saxlanılan killer Savkinin ona 500 min dollar borc verdiyini və qətlin də bu pulla bağlı olduğunu deyib. Amma araşdırmalar nəticəsində qətlin “AST Telman”ın qardaşı ilə öldürülən iş adamı arasındakı pul söhbəti ilə bağlı olduğu bilinib.

Savkin və R.İsmayılov Moskvadakı iri ticarət və əyləncə mərkəzlərindən birinin həmtəsisçilərindən olublar. Lakin R.ismayılov buranı satıb və bütün pulları alıb. İşbirliyində olduğu biznesmenə isə bir neçə milyon dollar borclu qalıb. M.Kərimov bu münaqişədə vasitəçi rolunu oynayıb və qurbanları ilə görüşə münaqişəni həll etməyə çalışan tərəf kimi gedib. Hadisədən sonra İsmayılov həmin “Mercedes”i tələsik satıb. Life-ru bildirir ki, istintaqa ilkin ifadəsində R.İsmayılov qətllə bağlı ittihamı rədd edib, ancaq hadisədən əvvəl yanacaqdoldurma məntəqəsində Mehman Kərimovla birlikdə olduğunu təsdiqləyib.

2016-cı il mayın 18-də Rafiq İsmayılov sifarişli qətldə əli olması şübhəsi ilə saxlanılıb. Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə deyib ki, istintaqın Rafiq İsmayılovdan şübhələndiyini bilən kimi oliqarx Telman İsmayılovun ailəsi bütün əlaqələrini işə salaraq onu xilas etməyə çalışıb. Rafiq İsmayılovun bu qətldə əli olmasını təsdiqləyən tutarlı dəlillərə baxmayaraq Moskva vilayətinin Krasnoqorsk rayonu üzrə İstintaq şöbəsi onun həbsi üçün “yetərli əsas tapa bilməyib”. Nəticədə istintaq onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət etməyib və İsmayılov buraxılıb.

Lakin qətlə yetirilən biznesmen Savkinin oğlu Roman atasının qətlini İsmayılovun sifariş verdiyini və təşkil etdiyini bildiyi üçün aylarla İstintaq Komitəsinin qapısını döyüb, hadisənin düzgün araşdırılmasını tələb edib.

İşin üstünü örtməyə imkan verməmək üçün İstintaq Komitəsi onu Krasnoqorsk rayonu üzrə istintaq şöbəsindən alaraq Moskva vilayəti üzrə baş istintaq idarəsinə verib. Yeni müstəntiq cəmi bir neçə günə bütün lazım olan istintaq hərəkətlərini aparıb və qətli Telman İsmayılovun qardaşının təşkil etdiyini sübut edən dəlillər toplayıb. Nəticədə R.İsmayılov 2016-cı ilin noyabrında yenidən həbs edilib.

İki qətlə görə M.Kərimovun 13 il həbs cəzası alması səbəbsiz deyil. Məlum idi ki, o istintaqla anlaşıb və hazırda axtarışda olan Telman və Vaqif İsmayılovların istintaqında əsas şahid məhz M.Kərimovdur.

Orxan, 
Musavat. com

Əvvəlki yazı

Lənkəran Dövlət Universitetində yeni prorektor təyinatı olub

Sonrakı yazı

Nazir Ramil Usubov:”Daxili işlər orqanları sabitliyin və təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanacaq”

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.