19-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

5 saylı Yoluxucu Xəstəliklər Xəstəxanasında nə baş verir? – Şok detallar

21 Mart 2020, 11:13
Manşet, Banner
A A
5 saylı Yoluxucu Xəstəliklər Xəstəxanasında nə baş verir? – Şok detallar

Paytaxtın Bakıxanov qəsəbəsində yerləşən 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası barədə heyrətamiz iddialar yayılıb.

Milletinsesi.info-ya daxil olan məlumata görə, baş həkim vəzifəsini 2019-cu ildən Əhmədova Güllü müvəqqəti olaraq icra edir.

Xəbərdə deyilir ki, vətəndaşların bu səhiyyə ocağından narazılığı Güllü Əhmədovanı qətiyyən narahat etmir. Pasientlərin sözlərinə görə, 5 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasında bəzi həkimlər öz maraqlarını güdürlər.

Əgər həkimi “görə” bilmirsənsə, o zaman hər hansısa bir müayinə də olmayacaq. Əksinə, az qala həkimindən tibb bacısna qədər hamı “dilənir”. Onlar əvvəlcədən ödəniş tələb edirlər, dövlət xəstəxanası olmasına baxmayaraq, açıq şəkildə qiymət “oxuyur”lar.

Xüsusən bu işi elə Güllü Əhmdova həyata keçirir. Onunla danışığa gedən uşağın valideynin Güllü xanm çəkinmədən bəyan edir ki, nə qədər ödəməlidir.  Halbuki, Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib.

2020-ci il yanvarın 1-dən qüvvəyə minən qərara əsasən  5 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanası da TƏBİB-in tabeliyinə keçib.

TƏBİB-in tabeliyinə keçən dövlət tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin pulsuz olmasına dair xüsusi qanun maddəsi olduğu, 5 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasının baş həkim vəzifəsini müvəqqəti icra edən Güllü Əhmədovadan tutmuş, tibb bacılarına qədər, hamısına pul verməli olurlar. Hətta ödəniş etməyən valideynə zəng edilir. Yəni, biabırçılıq və açıq bazar…

Digər tərəfdən xəstələr həmin tibb müəssisəsinin rəhbərliyini saxta arayışların verilməsində ittiham edirlər. Baş həkim daxil olmaqla, digər həkimlər də poliklinikadan öz mülkləri kimi istifadə edir.

Millletinsesi.info-da gedən məqalədə Qaraçuxur qəsəbəsi, Fərman Kərimzadə küçəsi 82/a ünvanında yaşayan Tağıyeva Pərvanə Pərviz qızının bu xəstəxanadan şikayəti dərc olunub.

P.Tağıyeva ərizəsində yazır ki, ötən ilin yayından Bakıxanov qəsəbəsində yerləşən 5 saylı Uşaq Yolxucu Xəstəliklər xəstəxanasında işləməyə başlayıb.

P.Tağıyevanın sözlərinə görə, 5 saylı Uşaq Yolxucu Xəstəliklər xəstəxanasında cəmi 8 ay çalışdığı dövrdə töhmət, şiddətli töhmət alıb, sonda Əmək Məsəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilib.

Məktubda bildirilir ki, P.Tağıyeva işə qəbul üçün Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib. Sonra ona Səhiyyə Nazirliyindən zəng gəlib və sözügedən xəstəxananın fizioterapiya kabinetində müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsinə təyin edilib:

“O vaxtkı baş həkim Rayifə xanım məni işə götürəndə dedi ki, məzuniyyətdən qayıdandan sonra səni öz ixtisasın üzrə ştata dəyişəcəm. Lakin Rayifə xanım məzuniyyətdən işə qayıda bilmədi.

Xəstəxananın baş həkimini əvəz edən Güllü Əhmədova və xəstəxananın həmkarlar təşkitatının sədri Zibeydə Qədimova işçiləri toplayaraq bildirdilər ki, bu ay maaşların gecikməsi gözlənilir.

Ona görə də nazirliyə müraciət ünvanlamalıyıq. Bu adla bütün işçiləri ağ vərəqlərə imza atmağa məcbur etdilər. Sonradan isə ərizəni bu məzmunda formalaşdırdılar ki, kollektiv Rayifə həkimdən narazıdır, işçilər onunla işləmək istəmir.

Güllü həkimə yaxın olan bir qrup işçi isə Rayifə xanımın üzünə durmağa hazır olduğunu bildirdilər. Rayifə xanım məzuniyyətdə ikən nazirliyə çağrılır, ərizə ilə tanış etdikdən sonra seçim qarşısında qoyulub – ya ərizəni ver, könüllü işdən azad ol, ya da səni “statya” ilə işdən azad edəcəyik”.

Məktubda əlavə olunur: “Rayifə xanım işdən “öz ərizəsi ilə” azad edildi. İndi Güllü Əhmədova baş həkimi əvəz edir, hələ təsdiqlənməyib. Bu müddət ərzində Güllü həkim xəstəxananın həyətindən iki “sot”  torpağı qonşuluqdakı villanın sahibinə sata bilib.

Bu ərazidə torpağın bir “sot” qiyməti 35 min manata təklif edilir. Baş həkim dövlət əmlakını qeyri – qanuni yolla sataraq ən azı 70 min manat qazanc edə bilib.

Güllü həkim işə başlayandan sonra ona xahiş etdim ki, məni ixtisasıma uyğun ştata dəyişsin. O, isə mənə bildirdi ki, oranın qiyməti beş min manatdır.

Bazarlaşdıq, mən ona üç min manat verdim. Lakin Güllü həkim məni öz ixtisasım üzrə işə keçirmək əvəzinə, işdən qovmaq üçün hazırlıq görürmüş.

Xəbərim olmadan qısa müddətdə mənə xəbərdarlıq, töhmət və şiddətli töhmət rəsmiləşdirilib. Bu tənbeh tədbirlərinin heç biri mənə elan edilməyib, bunun üçün əsas da yox idi. Sadəcə olaraq, Güllü həkim onun xəstəxana həyətindən torpaq satdığına etiraz etdiyim üçün məni işdən çıxarmaq qərarına gəlib.

Mən baş həkimin torpaq satması barədə məlumatı Korrupsiyapya Qarşı Mübarizə İdarəsinə göndərmişəm. Məktubum Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə, Baş Prokurorluğa, oradan isə Sabunçu rayon prokurorluğuna göndərildi. Orada isə iş uzandı, baxılmadı və unuduldu”.

P.Tağıyeva bizimlə söhbətində bildirdi ki, baş həkimi Səhiyyə Nazirliyi nəzdində Bakı şəhər Baş Səhiyyə İdarəsi rəis müavini Cəfərov Mamed Mamed oğlu himayə edir. Nazirliyə onun haqqında ünvanlanan bütün şikayət məktublarını, o cümlədən də mənim şikayətlərimi ört-bastır edir:

“Xəstəxananın həyətindən torpaq satılmasını da Güllü Əhmədova Mamed müəllim himayəsi ilə hüquq-mühafizə orqanlarının nəzərindən gizlədə bildi.

Artıq iş iki aydan çoxdur ki, Sabunçu rayon prokurorluğundadır, müstəntiq isə hər dəfə Əmlak Məsələləri Dövlət Komitəsindən və Səhiyyə Nazirliyindən sorğusuna cavab gözlədiyini deyir. Deməli, onu da rüşvətlə susdurublar.

Mən işə bərpa edilmək barədə qaldırdığım məhkəmə iddası zamanı da iclaslarda hakim mənim xeyirimə danışdı, amma qərarı baş həkimin xeyirinə çıxardı. Baş həkimin təlimatlandırdığı iki xəstəxana əməkdaşı məhkəmədə üzümə durdu ki, sən fizioterapiya şöbəsində kişiləri masaj edirsən.

Sözlə hər şey demək olar, bütün şöbə kamera ilə təhciz edilib, vəsatət qaldırdım ki, kameralara baxılsın. Lakin hakim vəsatəti təmin etmədi, çünki belə bir fakt yoxdur. Orada işlədiyim səkkiz ay ərzində bir nəfər kişini baş həkimin xahişi ilə, qohumu olduğunu dedikdən sonra fizioterapiya etmişəm.

Onu da qeyd edim ki, mən bu xəstəxanada işə başlayana qədər fizioterapiya şöbəsi 18 ildən çox bağlı qalıb, bu işi bacaran bir mütəxəssis olmayıb. Mən başladım, xeyli xəstənin müalicəsində uğurlu nəticələrə nail oldum, amma imkan vermədilər işimi davam edəm.

Baş həkim məni işdən çıxarmaq üçün tez-tez iclas çağırır, buna zəmin hazırlayır, məni təxribata çəkməyə çalışırdı. Ona görə də mən iclaslara getməkdən imtina etdim.

28 dekabr 2019-cu il tarixdə baş həkimin katibəsi Nəsibova Mətanət Yavər qızı gəlib dedi ki, “Güllü həkim səni iclasa çağırır”. İşdən xəbərdar olduğum üçün iclasa getməyəcəyimi bildirdim.

Belə olan halda Mətanət xanım başladı məni küçə söyüşləri ilə söyməyə. Həmin vaxt mən telefonun diktafonun işə salmışdım, bütün danışıqları yazdım. Sonra baş həkim Mətanət xanımı təhrik etdi ki, məni polisə versin, o da baş həkimin tapşırığını yerinə yetirdi.

Güllü Əhmədova ilə Zibeydə Qurbanovanın təşkilatçılığı ilə 60 nəfərin imzası ilə akt tərtib ediblər ki, guya mən Mətanət xanımı söymüşəm. İş məhkəmə mərhələsinə çatanda həmin səs yazısını ortaya qoydum ki, görün kim-kimi söyüb. Sabunçu Rayon Məhkəməsinin sədri, hakim Mirheydər Zeynalov səs yazısını dinlədikdən sonra bildirdi ki, Pərvanə xanım haqlıdı, siz onu söymüsünüz.

Bununla da məhkəmə iclasını bağlı elan etdi, dedi ki, sabah gəlib qərarı götürərsiniz. Gedib qərarı götürəndə görürəm ki, hakim İXM-nin 510-cu maddəsi ilə məni 50 manat cərimələyib. Bu da mənim üçün ədalət mühakiməsi”.

Pərvanə xanım bizimlə söhbətində bildirdi ki, xəstəxanada onlarla ölü canlar var: “Bir dəfə kadrlar şöbəsinə girəndə gördüm ki, Zibeydə Qəbimova ilə Gülər Əhmədov arasında “ölü canlar”ın maaş kartları üstünda mübahisə düşüb, onlar bu kartları aralarında bölə bilmirdilər.

Xəstəxanada ən aşağı maaş alan əməkdaşın kartına hər ay 300 manat yüklənir. Xəstəxanada 96 çarpayı, 246 rəsmi işçi var. Həmin işçilərin yarıya qədər işə gəlmir, maaş kartları isə baş həkimdədir”.

Məsələyə münasibət öyrənmək üçün xəstəxananın baş həkimi Güllü Əhmədova ilə əlaqə saxladıq. Baş həkim dedi ki, “Pərvanə qələt eləyir, başın da daşa döyür, o, “statya”la işdən azad edilib. İki dəfə də işinə məhkəmədə baxılıb, ayın 5-də də sonuncu məhkəməsi olub, qətanməni də mən sizə göndərərəm!”

 

Əvvəlki yazı

İnternet narkobandasının sensasion – Əməlləri

Sonrakı yazı

Bayram günü arvadını bıçaqladı

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.