15-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“5 İLDİR QALMIŞAM BAKININ KÜÇƏLƏRİNDƏ…” – “Müstəntiq dələduzu müdafiə etdi”

18 Oktyabr 2018, 22:44
Uncategorized
A A
“5 İLDİR QALMIŞAM BAKININ KÜÇƏLƏRİNDƏ…” –  “Müstəntiq dələduzu müdafiə etdi”

İran İslam Respublikasının vətəndaşı Şəmsi Şəmsəddin Fətullah oğlu Azərbaycanda dələduzluğun qurbanına çevrildiyini iddia edərək, baş nazir Novruz Məmmədova, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazova, Daxili İşlər Nazirliyinin Kollegiyasına və Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsinin rəisi Seyfulla Əzimova şikayət məktubu ünvanlayıb.

Bir nüsxəsi “AzPolitika.info”ya daxil olan məktubda göstərilir ki, hələ 2013-cü ildə o, Azərbaycan vətəndaşı Şirəliyev Kamal Aydın oğluna külli miqdarda meyvə-tərəvəz məhsulları göndərsə də, indiyədək həmin malların pulunu ala bilməyib və üz tutduğu hüquq-mühafizə orqanlarında haqsızlıqla üzləşib: “Şirəliyev Kamal Aydın oğlu ilə əldə etdiyimiz şifahi razılığa əsasən, ayrı-ayrı vaxtlarda Azərbaycan Respublikasında satılması üçün ümumi dəyəri 554.000 (beş yüz əlli dörd min) ABŞ dolları olan meyvə-tərəvəz məhsulları göndərmişəm. Onun sözlərinə görə, məhsulun bir hissəsi Azərbaycanda satılmış, qalan hissəsi isə Rusiya Federasiyasına göndərilmişdir”.

Şikayətçi deyir ki, meyvə-tərəvəzi göndərdiyi Kamal Şirəliyev və onun atası Aydın Şirəliyev pulun bir hissəsini qaytarsalar da, böyük qismini verməkdən imtina ediblər: “Onlar borclu olduqları 554.000 dolların müəyyən hissəsini ödəsələr də, qalan 307.000 (üç yüz yeddi min) dolları onlardan ala bilmirəm”.

İran vətəndaşı qeyd edir ki, qarşı tərəf borcunu qaytarmaq əvəzinə, onu təhdid edir:“Borcumun qaytarılması ilə əlaqədar nə vaxt onlara zəng edirəmsə, təhqir olunuram və ya həbs, ölüm hədələrinə məruz qalıram”.

20181018_183734

Kamal Şirəliyev

Azərbaycan hüquq-mühafizə orqanları ilə yanaşı, İranın ölkəmizdəki səfirinə və İran prezidenti Həsən Ruhaniyə də müraciət edən Ş.Şəmsəddin, haqq-ədalət tapa bilmədiyi üçün intihar həddinə çatdırılıdğını vurğulayır: “Düz 5 ildir ki, qalmışam Bakının küçələrində. Borclarıma görə İrana qayıda bilmirəm. Çox rəzil vəziyyətdə, bir sözlə intihar həddindəyəm…”

İran vətəndaşı rəsmi şikayəti əsasında DİN Mütəşəkkil Cinəyatkarlıqla Baş Mübarizə İdarəsində işə baxıldığını, əvvəlcə məsələnin həllinə ümid yarandığını, lakin sonradan baş müstəntiq Hacı Əfəndiyevin ona qarşı dələduzluq edənlərin tərəfini tutduğunu iddia edir: “İdarəninin baş müstəntiqi Hacı Əfəndiyev hər iki tərəfi dəvət elədi, izahatlarımız alındı, lakin məsələ öz müsbət həllini tapan ərəfədə birdən-birə, gözlənilmədən istintaqa xitam verdi. Müstəntiq ilk əvvəl bizi dəvət edəndə Kamal Şirəliyevlə çox sərt davranır, onun dələduzluq ittihamı ilə həbs olunacağını bildirirdi. Lakin sonralar onunla dostlaşdı və onu müdafiə etməyə başladı…”

Şikayətçi iddia edir ki, onda Kamal Şirəliyevin dələduzluğunu təsdiq edən səs yazıları və digər hüquqi sənədlər mövcuddur, amma Hacı Əfəndiyev hansısa təmənna qarşılığında onların heç birinə əhəmiyyət vermir. Və bu səbəbdən də Kamal Şirəliyev ona borclu olduğu pulu qaytarmır. “Müstəntiq deyir ki, Kamal Şirəliyevin anası sənin vətənin İranda hansı səbəbdənsə saxlanılmış və zindana salınmışdır. Bu səbəbdən də Kamal Şirəliyev sənə borclu olduğu pulu qaytarmır. Anlaya bilmirəm, onun dediklərinin görəsən mənə nə aidiyyatı var?

Təxminən 2 ay bundan əvvəl Hacı Əfəndiyev növbəti müraciətimə görə yenə məni dəvət etmişdi. Mən bu dəfə etibarnamə üzrə səlahiyyətli nümayəndəm ilə getmişdim. Müstəntiq 70 yaşlı ağsaqqal nümayəndəmi otağından qovdu ki, nümayəndəlik ləğv olunub.

Bir sözlə, müstəntiq Hacı Əfəndiyev açıq-aşkar dələduzu müdafiə edir, məni çox dözülməz vəziyyətə salıb. Mən onun qanunazidd əməllərinə, özbaşınalığına, zorakılığına qəti etiraz edirəm və bugünkü dar günümdə Sizdən köməklik gözləyirəm. İnanıram ki, mənim bu müraciətimi xüsusi nəzarətə götürərək, öz köməkliyinizi əsirgəməyəcəksiniz”.

daxili-ishler-nazirliyi

Sonda Ş.Şəmsəddin hüquq-mühafizə orqanları rəhbərlərindən xahiş edir ki, iş müstəntiq H. Əfəndiyevdən alınaraq, Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinə verilsin və onun şikayətinin obyektiv araşdırılması təmin olunsun.

“Yaranmış şəraitdən istifadə edərək cənab Vilayət Eyvazovdan hədsiz dərəcədə xahiş edirəm ki, mənə aid materiallar Hacı Əfəndiyevdən alınıb Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinə verilsin! Məlumatlarıma görə adıçəkilən istintaq idarəsində haqq-ədalət müdafiə olunur”.

Cəlal
AzPolitika.info

Əvvəlki yazı

“İlham Əliyevlə etibarlı operativ rabitə qurmuşam” – Paşinyan

Sonrakı yazı

SOCAR rəhbərliyi STAR-da çalışan gənc azərbaycanlılarla görüşüb

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.