08-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

5 bank ziyanla işləyir – Siyahı

07 Noyabr 2019, 16:09
Sosial, Banner
A A
5 bank ziyanla işləyir – Siyahı

İlin əvvəlində ekspertlər tərəfindən banklarda vəziyyətin pis olduğu, bəzi bankların bağlanmaq təhlükəsilə üz-üzə qaldığı açıqlansa da, cari ilin müavfiq dövrünədək bağlanan bank olmadı. 2019-cu ilin 9 ayını Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarından “Accessbank” 90 milyon 501 manat, “Bank Melli İran”ın Bakı filialı 19 milyon 316 min manat, “Muğanbank” 8 milyon 254 min manat, “AG Bank” 2 milyon 283 min manat, “Nikoil Bank” 1 milyon 620 min manat, “Pakistan Milli Bank”ın Bakı filialı 297 min manat zərərlə başa vurub.
9 ayın yekunlarına görə, “Beynəlxalq Bank” 322 milyon 987 min manat, “Kapital Bank” 99 milyon 654 min manat, “Unibank” 66 milyon 800 min manat, “PAŞA Bank” 64 milyon 596 min manat, “Bank of Baku” 32 milyon 276 min manat, “Expressbank” 25 milyon 590 min manat, “Xalq Bank” 24 milyon 518 min manat, “Bank Respublik” 15 milyon 600 min manat, “Premium Bank” 11 milyon 82 min manat, “Rabitəbank” 7 milyon 621 min manat, “Azərbaycan Sənaye Bankı” 6 milyon 646 min manat, “Bank VTB Azərbaycan” 6 milyon 363 min manat, “Naxçıvanbak” 4 milyon 404 min manat, “Bank BTB”  3 milyon 999 min manat, “Yapı Kredi Bank” 3 milyon 773 min manat, “Ziraat Bank Azərbaycan” 3 milyon 8 min manat, “Günaybank” 1 milyon 11 min manat, “Azər Türk Bank” 672 min manat, “Turanbank” 329 min manat, “Ata Bank” 22 min manat, “NBC Bank” 112 min manat mənfəət əldə edib. “Amrahbank” isə nə mənfəəti, nə də zərəri barədə hesabatı açıqlamayıb.

 

Banklar mövzusunda Modern.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, Prezidentin “Fiziki şəxslərin problemli kreditlərinin həllilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı bankların dirçəlməsində çox böyük rol oynayıb:
“Fərman sayəsində bankların aktivlərinə dollarla və manatla əlavələr edildi”.
Ekspert deyib ki, bu Fərmanla banklar 1 milyard manatdan artıq vəsait əldə ediblər:
“Bu, birbaşa deyil, problemli kreditlərin ödənilməsilə oldu. Yəni problemli kreditlərin silinməsi onların yükünü azaltdı və neqativ pozisiyadan kifayət qədər normal inkişaf səviyyəsinə qədəm qoymalarına gətirib çıxardı”.

 

N.Cəfərli qeyd edib ki, kommersiya banklarının istehlak kreditlərini artırması da prosesdə müəyyən rol oynayıb:
“Kommersiya bankları istehlak kreditlərini artırdılar. Təbii bunun pozitivlə yanaşı, neqativ tərəfləri də var. Bu haqda həm Prezident, həm də Mərkəzi Bankın sədri də açıqlamalar veriblər. İstehlak kreditlərinin sürətlə artması qısa müddətdə banklara qazanc gətirir, amma orta və uzun müddətdə kifayət qədər ciddi narahatlığa, yenidən problemli kreditlər məsələsinin gündəmə gəlməsinə səbəb ola bilər. Yəni əslində bankların bir neçəsində vəziyyət hələ də ürəkaçan deyil. Ümumilikdə Prezident Fərmanı və istehlak kreditlərinin artması vəziyyəti müsbətə doğru dəyişib”.

 

Ekspertin sözlərinə görə, hələ də bağlanmaq təhlükəsi, təmərküzləşmə, digər banklarla birləşmə təhlükəsi olan banklar var:
“Son açıqlamalara görə 5 bank hələ də ziyanla işləyir. Mərkəzi Bankın, Maliyyə Bazarlarına Nəzarət Palatasının qəbul olunmuş qaydalarına görə, bütün banklar məlumatlarını açıqlamalıdırlar. Hansı banklarda dinamik proseslər gedir, onlar şəffaf rəqəmlərin açıqlanmasında problem görmürlər. Əksinə, bunu pozitiv reklam kimi təqdim edirlər ki, bankda vəziyyət yaxşılaşıb. Kimlər ki açıqlamır, yaxud açıqlamanı gecikdirirsə, deməli balansda müəyyən problemlər var və bu problemlərin ictimaiyyətə açıqlanmasında maraqları yoxdur. Problem olmasa, onlar özü bu barədə açıqlama verməklə, pozitiv rəqəmləri özlərinin kiçik media reklamına çevirərlər. Etmirlərsə, deməli problemlər hələ də qalır”.

Əvvəlki yazı

“Televiziya sədrləri Azərbaycan dilini bilmir” – Qulu Məhərrəmli

Sonrakı yazı

“APOEL görüşü ölüm-dirim oyunudur” – Mütəxəssislər danışır

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.