15-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

5 ahıl qadın ölüm aclığına başladı – Zeynəb Xanlarovanın bacısı oğlunun bu işdə nə rolu var?

12 Aprel 2021, 17:43
Cəmiyyət
A A
5 ahıl qadın ölüm aclığına başladı – Zeynəb Xanlarovanın bacısı oğlunun bu işdə nə rolu var?

Türkan qəsəbə sakinləri 91 yaşlı Xumara Şabanova, 80 yaşlı Əzizəxanım Atayeva, 78 yaşlı Tamara Süleymanova, İradə İbrahimova və Məlahət Əlibəyova aclıq aksiyasına başlayıblar.

REPORTYOR.info xəbər verir ki, Baş Prokurorluğun binası önünə gedən qadınlar aclıq aksiyasını orada davam etdiriblər. Onlar aksiyanın tələblərini yazılı şəkildə Baş Prokurorluğa təqdim ediblər.

Yaşlı qadınlar Türkan qəsəbəsində qanuni torpaq sahələrinin sənədlərini ələ keçirən Daşqın Nəsirovun qanunsuz olaraq həbsdən azad edilməsinə etiraz etdiklərini bəyan ediblər. Bundan başqa, onlara köməklik edən Natiq Məhəmməd oğlu Məhəmmədsoyun əsassız olaraq həbs edilməsinə etiraz olaraq aclıq aksiyası keçirdiklərini açıqlayıblar. Qadınlar, həmçinin, Baş prokuror Kamran Əliyevə müraciət edərək onları qəbul etməsini, Türkandakı qanunsuzluqlara son qoyulmasını istəyiblər.

Ahıl qadınların baş prokurora müraciətlərində deyilir:

“Türkan qəsəbəsində bizə məxsus olan bağ torpaq sahələri və sənədləri sürüşdürmə üsulu ilə ələ keçirilib. Torpaqlarımızın cinayət yolu ilə əlimizdən alınmasında Türkandakı torpaq mafiyasının əsas simalarından olan, cinayət işi üzrə həbs edilən Daşqın Nəsirovun rolu danılmazdır. O həbs olunsa da, bir qədər əvvəl qanunsuz olaraq azad ediblər. Bu məsələyə Baş Prokurorluq tərəfindən hər-hansı bir protest verilmədi.

Həmin torpaq mafiyasının üzvlərindən olan Xəzər rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini Vaqif Həsənov (hazırda Ağdam rayon İcra Hakimiyyətinin başçısıdır) və onun qardaşı Xəzər rayon Polis İdarəsinin 1-ci PB-nin rəisi Habil Həsənov bu gün də bizə təzyiq göstərirlər. Torpaq iddialarımızdan əl çəkmək üçün bu işlərdə bizə kömək etmiş Natiq Məhəmmədsoyu narkotik və silahla şərləyərək həbs ediblər. Bizə qarşı qanunsuzluqlar davam edir. Bu dərəbəyliyə, qanunsuzluqlara, Xəzər rayon Polis İdarəsinin özbaşınalığına və Baş Prokurorluğunun Daşqın Nəsirovu qanunsuz olaraq buraxılmasına şərait yaratmasına görə biz bu gündən ölüm aclığına başlayırıq”.

Bu müraciətdən sonra Baş Prokurorluğun binasına dəvət edilən ahıl qadınları Kamran Əliyevin müavini qəbul edib. Əzizəxanım Atayeva qəıbuldan sonra bildirib ki, onlardan aclığı dayandırmağı xahiş edərək, törədilmiş əməllərin araşdırılacağına söz veriblər:

“Biz Baş Prokurorluğa dəfələrlə gəlmişik. Müavinə də dedim ki, bizi Kamran Əliyev qəbul etsin, açıq-aşkar cinayəti araşdırsınlar. Belə qanunsuzluq olmaz. Prezident İlham Əliyev çıxışlarında deyir ki, heç bir cinayətkar cəzasız qala bilməz. Kamran Əliyevdən soruşmaq istəyirəm – məni diri ola-ola öldürən, torpağımı məndən xəbərsiz satan Daşqın Nəsirovu niyə azad ediblər?

Natiq Məhəmmədsoydan mən xahiş eləmişəm ki, bizə vəkil tapsın. O da bizə kömək edib. Buna görə onu da şərləyərək tutublar. Natiq Məhəmmədsoyu azad etməyincə, Daşqın Nəsirovu həbs edib bu işin axırına çıxmayınca, biz aclıq aksiyasını davam etdirəcəyik”.

Məsələnin mahiyyəti budur ki, Xəzər icra başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayev Türkan qəsəbə sakinləri olan ahıl qadınların ailə tərkibləri haqda saxta arayışlar verib. Bundan başqa, hər iki qadının “ürək çatışmazlığı”ndan ölməsi haqda saxta haqda şəhadətnamələr hazırlanıb. Həmin ölüm şəhadətnamələrinə görə, Xumara Şabanova 2007-ci, Əzizəxanım Atayeva isə 2014-cü ildə “dünyadan köçüblər”. Bu saxtakarlıq qadınların mülkiyyətlərində olan torpaq sahələrinin ələ keçirilməsi və satılması məqsədi ilə həyata keçirilib. İşdə icra nümayəndəsi Rahil Babayevin yaxını kimi tanınan dəllal Çingiz Səfərov və Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov da iştirak ediblər. Rahil Babayev, Daşqın Nəsirov, Çingiz Səfərov həbs olunsalar da, bir qədər əvvəl ikinci azad olunub.

Əvvəlki yazı

Qənimətlər Parkının hansı əhəmiyyəti var? – Hərbi ekspert

Sonrakı yazı

“Moskvaya zəng edirdilər ki, Azərbaycana deyin, müharibə dayansın”

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.