11-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“42 il Azərbaycanın qurtuluşu uğrunda çalışdı”

21 Fevral 2021, 11:53
Cəmiyyət
A A
“42 il Azərbaycanın qurtuluşu uğrunda çalışdı”

Azərbaycan Cümhuriyyəti nazirlərindən Mustafa Vəkiloğlu qələm əhli kimi məhsuldar olmasa da, yaşlılıq dönəmində bir sıra önəmli məqalələr yazıb. Cümhuriyyətin süqutu, Müsavat partiyası, Mustafa Kamal Atatürk və s. mövzularda yazılar qələmə alan Mustafa bəy silahdaşlarının vəfatı ilə bağlı da üzüntülü məqalələr nəşr edib.
Onun “Türk izi” və “Mücahit” dərgisində Cümhuriyyətimizin iki görkəmli nümayəndəsi – Adil xan Ziyadxan və Əkbər ağa Şeyxülislamzadənin vəfatları münasibətilə yazdığı məqalələri təqdim edirik:
***
Adil xan Ziyadxan
Azərbaycan Cümhuriyyətinin əski dövlət adamlarından Adil xan Ziyadxanı da itirdik. Hər ölüm ağrılıdır, fəqət Adil xanın ölümü bağrıyanıq azərilərin qəlbində çox dərin bir təəssür və yeis yaratdı. Mərhum istər əxlaqi və şəxsi məziyyətləri, istərsə də milli davaya bağlılığı nöqteyi-nəzərindən əski milliyyətçi münəvvər nəslin – idealist və fədakar nəslin – son müməssillərindəndir. Bir tarix yaratmış olan o nəsil tükənməkdədir, kim qaldı ki…
Və milli tariximizin bir dövrü, çox şərəfli, milli həyəcan və imanla çalxalanan, yapıcı və yaradıcı hərəkatlarla dolu olan bir dövrü qapanmaqdadır. Onun üçündür ki, Adil xanın ölüm xəbərindən sonra ruhumuza ifadəsi çətin, ağrı ilə qarışıq bir hüzn çökdü. Əski yaralarımız təzələndi və yalnızlığımızı, bikəsliyimizi yenə hiss etməyə başladıq.
Gəncə əşrafından olan vəkil Adil xan tarixi bir ailəyə mənsubdur. Bir yarım əsr əvvəl yenə Azərbaycana saldırmış olan rus orduları ilə çarpışaraq qəhrəman Gəncə surları üzərində şəhid olan Cavad xanın nəvələrindəndir. Yüksək mədəniyyəti, əxlaq və xarakteri etibarilə mərhum Adil xan dövrünün mümtaz şəxsiyyətlərindən biri idi. Azərbaycanın istiqlal dövründə bir çox mühüm və məsuliyyətli mövqelərdə olan Adil xan istila zamanı Azərbaycanın Tehran səfiri idi. Ondan bu yana da İstanbulda
mütəvazi bir həyat yaşamaqda idi.
Adil xanın nəsli Azərbaycan istiqlal mücadiləsini yapmış və Azərbaycan Cümhuriyyətini qurmuş olan bənzərsiz fədakarlar nəslidir. Əlimərdan bəylər, Fətəli xanlar, Nəsib bəylər və digərləri bu nəslin mənsubudurlar. Onlar çox fədakar və göstərişdən xoşlanmayan mütəvazi insanlardırlar. Həyatda onlar üçün nə sərvətin qiyməti vardı, nə də dəbdəbənin. Onların yeganə qayəsi milli idealın təhəqqüqü idi. Bu qayə üçün yaşadılar, bu qayə uğrunda çalışdılar, çırpındılar və bu yolda da öldülər. Onların qəbir yeri Xəzər dənizinin insanfsız suları, Azərbaycanın qana boyanmış digər bir çox köşələri, Paris, İstanbul, Ankara, Təbriz məzarlıqlarıdır.
Bəli, bir nəsil köçür, milli tariximizin mühüm bir səhifəsi qapanır…
Fəqət nə zaman dayanır, nə də tarix…
Azərbaycan milli hərəkatı davam edir və tarix səhifələri boş qalmır, dolur. Arxadan gələn nəsil əski nəslin yerini tutur, tutmaqdadır. Hamımızın əhdi-peymanımız, amal və arzumuz istiqlal dövrümüzü yaratmış, yaşatmış və aramızdan əbədiyyən ayrılmış olan bu böyük liderlərimizin yolunda əl birliyi ilə eyni əzm və imanla yürüməkdir.
Hörmətli oxucular, məlum, bu dünya ta əzəldən vəfasız və fanidir, zaman və Əzrayıl amansız və taleh də zəbundur. Şəxslər ölmüş, ölür və öləcəkdir. Fəqət dava yaşayacaq və qazanılacaqdır.
Əkbər ağa Şeyxülislamzadə
Böyük bir təəssürlə öyrəndiyimizə görə Azərbaycanın əski siyasət adamlarından Əkbər ağa Şeyxülislamzadə mart ayında Parisdə vəfat etmişdir. Mərhum Azərbaycanın öndə gələn tanınmış bir ailəsinə mənsub olub İrəvanda doğulmuşdur. Peterburq politexnikumunu bitirmişdir. Məsləyi mühəndislikdi. Ana dilindən başqa rusca və fransızcanı çox yaxşı dərəcədə bilirdi.
Gənc yaşlarında siyasi həyatına atılmış olan rəhmətlik Əkbər ağa ömrünün sonuna qədər çox sevdiyi vətəni Azərbaycanın milli və siyasi davaları ilə dayanmadan, yorulmadan uğraşmışdır.
Rus inqilabından sonra Tiflisdə qurulmuş olan üç Qafqaz millətinin müştərək parlamentində – Seymdə – Əkbər ağanı bu parlamentin məbusları arasında görürük. Bu dövr Əkbər ağanın ən hərarətli siyasi fəaliyyət dövrüdür.
Daha sonra Əkbər ağa siyasi fəaliyyətinə Azərbaycan Milli Məclisində məbus olaraq davam edir. Bu sırada Birinci Dünya hərbindən sonra böyük dövlətlərin Versalda əqd etmiş olduqları Sülh Konfransına bir Azərbaycan mürəxxəs heyətinin göndərilməsi qərarlaşdırılır. Yeni qurulmuş Azərbaycan Cümhuriyyətinin böyük dövlətlər tərəfindən rəsmən tanınmasını təmin məqsədilə mərhum Əlimərdan Topçubaşının rəyasətində Parisə göndərilən mürəxxəs heyətimizə Əkbər ağa da üzv olaraq seçilir.
O zamandan bəri Əkbər ağa Parisdə yaşamaqdaydı. 42 ildir də Əkbər ağa xaricdəki Azərbaycan qurtuluşu uğrundakı çalışmalara aktiv surətdə iştirak etmişdir; ta ölüm döşəyinə düşənə qədər. Rəhmətliyin xəstəliyi çox uzun çəkdi və bütün ihtimamlara rəğmən, təəssüf ki, mübtəla olduğu xəstəlikdən qurtula bilmədi. Bu qiymətli arxadaşımız gözüaçıq getdi bu fani dünyadan… Vətənini görmədən getdi. Son zamanlar mərhumun maddi sıxıntısı çox imiş və bu idealist və fədakar Azərbaycan patriotu fakrü-zərurət içində ölmüşdür. Son illər zərfində qürbət eldə bir-bir ölüb gedən Azərbaycanın əski siyasət və dövlət adamlarının hamısı da bu dünyadan belə yoxsulluq və füqəralıq içində köç edib getmişdirlər…
Əkbərağa Şeyxülislamzadənin dəfn törənində Parisdəki bütün azərbaycanlılardan başqa Quzey Qafqaz, Krım, İdil-Ural, Türküstan, Gürcüstan, Ermənistan, Ukrayna və sair əsir millətlərin Fransadakı siyasi təşkilatlarına mənsub heyətlər də hazır
olmuşdular. Mərhumun ailəsinə və bütün mücadilə arxadaşlarımıza bu böyük qeybimizdən dolayı başsağlığı diləyir, əziz ölümüzə də cənabi Haqdan məğfirətlər diləyirik.
Mənbə: Teleqraf.com
Əvvəlki yazı

“Fövqəlnazir”in oliqarx işçisi ilə oğlunun fantastik sərvəti Qərb mediasında – Foto

Sonrakı yazı

Oqtay Əsədovun daha bir villası aşkarlandı – FOTO

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.