101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən Hafiz Hacıyevin deputatlığa namizədliyi təsdiqlənib. Bu barədə Reportyor.info-ya onun sədri olduğu Müasir Müsavat Partiyasının mətbuat xidmətindən məlumat verilib. Qeyd edək ki, parlament seçkiləri 9 fevralda keçiriləcək.