Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
No Result
View All Result
Reportyor
No Result
View All Result
Home SEÇMƏ

“4 günlük” aprel savaşının əsas dərsi

2018-04-02
in SEÇMƏ
A A
0
“4 günlük” aprel savaşının əsas dərsi
0
SHARES
17
VIEWS
Facebook-da paylaş"Twitter"-də paylaş

Tarixə düşən blits-qələbəmizdən 2 il ötdü; hərbi zəfəri diplomatik zəfərə çevirə bildikmi? 

2016-cı ilin aprel döyüşlərindən iki il keçir. 2 il öncə işğalçı Ermənistan ordusunun təxribatlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin bölmələri qısamüddətli, lakin çox səmərəli hərbi əməliyyat keçirdi. Düşmən ordusu pərən-pərən salındı, işğalçı ölkənin yüzlərlə hərbçisi məhv edildi, bir neçə mühüm mövqe, ərazilər işğaldan azad olundu.

Qəhrəman hərbçilərmizin, şəhidlərimizin fədakarlığı nəticəsində Azərbaycan əhəmiyyətli bir əraziyə hərbi nəzarəti bərpa etdi. Ermənistan ordusuna isə ciddi hərbi və mənəvi zərbə vuruldu. 4 gün davam edən hərbi əməliyyatlar Ermənistan dövlətini silkələmişdi, dünyada böyük əks-səda yaratmış və Rusiyanın da narahatlığına səbəb olmuşdu. Məhz Rusiyanın danışıqlara başlaması və ard-arda müraciətlərindən sonra Azərbaycan tərəfi hərbi əməliyyatları dayandırmalı oldu.

Qısamüddətli aprel savaşı artıq tarixə düşüb. Bu hadisənin geosiyasi, diplomatik, hərbi və siyasi-ideoloji nəticələri ekspertlər tərəfindən aktiv müzakirə olunur. “İki il öncə ordumuzun əldə etdiyi üstünlüyü diplomatik savaşda da mümkün oldumu” sualı isə bu gün daha aktual səslənir.

Eldar Namazov ile ilgili görsel sonucu

Azərbaycan Naminə İctimai Forumun (ANİF) prezidenti, Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin sədri Eldar Namazov  “Yeni Müsavat”a müsahibəsində bildirdi ki, Azərbaycan ordusu aprel döyüşləri zamanı Azərbaycan diplomatiyası üçün yeni durum yaradıb, yeni bir imkanlar açıb: “Təəssüflər olsun ki, Azərbaycan diplomatiyası hələ ki, ordumuzun onun üçün yaratdığı imkanlardan səmərəli istifadə edə bilməyib. Aprel döyüşlərindən sonra Azərbaycan diplomatiyası fərqli olmalı idi. Azərbaycanın hərbi əməliyyatları dayandırıb, yenidən danışıqlara başlamasının əvəzində müəyyən bir şərtlər qoyulmalı idi. Eyni zamanda həmsədr ölkələr də işğalçını həmin ərazilərdən çıxartmağa inandırmaq öhdəliyini öz üzərinə götürməli idi və diplomatik yolla biz bu təzyiqləri görməli idik. Təəssüf ki, iki il keçsə də həmin imkanlardan hələlik istifadə olunmayıb və mənim fikrimcə, bu, yanlış yanaşmadır. Azərbaycan aprel döyüşləri zamanı bütün dünya ictimaiyyətinə nümayiş etdirdi ki, diplomatik yolla torpaqlar azad olunmasa, güc tətbiq edib ərazilərini azad etməyə hüququ da, iradəsi də var. Bu mövqe indi də öz qüvvəsində qalır. Sözsüz ki, danışıqlar bir nəticə verməsə, Azərbaycan hərbi əməliyyat keçirib, Dağlıq Qarabağda öz suverenliyini bərpa etmək üçün həm beynəlxalq hüquq normalarından istifadə edə bilər”.

Politoloq Elçin Mirzəbəyli ile ilgili görsel sonucu

Politoloq Elçin Mirzəbəyliyə görə, aprel döyüşlərində əldə olunan qələbənin diplomatik savaşda hələ ki, əldə edə bilməməyimizin bir sıra obyektiv və subyektiv səbəbləri var: “Obyektiv səbəblər ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin, xüsusilə də Rusiyanın münaqişənin tənzimlənməsi ilə bağlı mövqeyi, mövcud status-kvonu-işğal faktını nəyin bahasına olursa olsun qoruyub saxlamaq niyyəti, hərbi-siyasi müttəfiqi Ermənistanı himayə etməsi, davamlı sülhü özünün geosiyasi maraqlarına təhlükə görməsi ilə bağlıdır. Bu sıraya Qərb dövlətlərindəki erməni diasporu və lobbisi, mədəni və dini təəssübkeşlik faktoru, münaqişənin Azərbaycana və Ermənistana təzyiq üçün dərhal reaksiya verilən işlək mexanizmə çevrilməsini də əlavə etmək olar. Subyektiv tərəflər isə şübhəsiz ki, Azərbaycan Xarici İşlər Nazirliyinin və diplomatik korpusun fəaliyyəti ilə bağlıdır. Bu sırada bir məsələyə xüsusi diqqət ayrılmasını vacib hesab edirəm. Azərbaycanın dövlət olaraq həyata keçirdiyi bir sıra uğurlu enerji və nəqliyyat layihələrini, ölkədə və ayrı-ayrı ölkələrdə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən tədbirləri, üçtərəfli və daha geniş əməkdaşlıq formatlarını Xarici İşlər Nazirliyinin fəaliyyəti ilə bağlamaq kökündən yanlışdır. Belə qlobal layihə və tədbirlərin gerçəkləşməsində başda prezident və onun adminstrasiyası olmaqla dövlətin bütün əlaqəli təsisatları, eyni zamanda müstəqil qeyri-kommersiya təsisatı kimi Heydər Əliyev Fondu iştirak edir. Xarici İşlər Nazirliyinin fəaliyyətini dəyərləndirmək üçün əsasən diplomatik nümayəndəliklərimizin ayrı-ayrı ölkələrdəki fəaliyyətinə diqqət yetirmək lazımdır. Doğrudur, son illərdə uğurlu fəaliyyət göstərən, dislokasiya olunduqları ölkələrin siyasi dairələri, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri ilə sıx əlaqələr quran səfirliklərimiz var. Amma onların sayı bir o qədər də çox deyil. Diplomatik nümayəndəliklərimizin fəaliyyətində çeviklik, dinamizm çatışmır. Bütün bunlar da son nəticədə ümumi işə təsirini göstərir”.

Politoloq Elşən Mustafayev ile ilgili görsel sonucu

Politoloq Elşən Mustafayev isə hesab edir ki, hər zaman  diplomatik sahədə hədəf, fikir formalaşdırma dünyanın siyasi və iqtisadi gücləri ilə təmaslara istiqamətlənir: “Paralel olaraq dövlətlərin aktiv insanlarına da doğru dürüst məlumatların çatdırılmasına çalışılır. 2 aprel döyüşləri zamanı və sonrası bu istiqamətdə müəyyən işlərin görülməsinə cəhdlərin şahidi olduq. Bunun nə dərəcə effektli olub-olmamasını bir kənara qoyaraq demək istəyirəm ki, Qarabağ problemi elə bir problemdir ki, bununla bağlı 25 ildən artıqdır dünyada bütün dövlətlərdə, beynəlxalq təşkilatlarda kifayət qədər məlumat var, hətta kimin haqlı tərəf olduğunu da yaxşı bilirlər. O ayrı məsələdir ki, müxtəlif səbəblərdən problemə yanaşmalarda ikili standartlar var. Bu münasibəti tək diplomatik fəaliyyətlərlə dəyişmək mümkün deyil. Əgər Azərbaycan uğurlu hərbi əməliyyatlara başlasa Rusiya faktoruna xüsusi yanaşma şərtilə heç kim bizi ciddi olaraq qınamayacaq. Doğrudur, müəyyən bəyanatlar,  iradlar ola bilər, amma bundan o yana getməyəcəklər. Necə ki, 2 aprel döyüşləri zamanı dediyim növbətçi bəyanatlar səsləndirildi, onunla da hər şey bitdi. Beynəlxalq təşkilatlarda olan zaman qeyri-rəsmi söhbətlərdə kifayət qədər səlahiyyətli siyasətçilər belə deyirlər ki, əgər siz sabah hərbi əməliyyatlara başlayıb torpaqlarınızı azad etsəniz, biz məsələni sülh yolu ilə deyil hərb yolu həll yoluna üstünlük verdiyinizə görə ən uzağı sizi qnayacağıq,  bu addımı pisləyəcəyik və nəticəni də qəbul edəcəyik. 2 aprel hadisələri zamanı az da olsa ərazimizi qaytarmağımız faktiki olaraq status-kvonu dəyişməklə Ermənistan əlverişsiz mərhələyə daxil oldu. Bununa belə sonradan ona heç bir təzyiq olmadı. Deməli qaliblər mühakimə olunmurlar deyimi hər zaman işləyir. Ona görə də  diplomatlar və hərbiçilər paralel şəkildə öz işlərini görmədilər. Bu zaman hərbiçilərimiz işlərinin öhdəsindən gələcəklər, amma diplotlarımızın bu işlərdə səriştəsi, gücü, xüsusilə də istək və iradəsi nə şəkildə olacaq, açığı bu barədə heç nə deyə bilmərəm”.

Akif Nağı ile ilgili görsel sonucu

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bildirdi ki, diplomatiyanın uğuru güc amili ilə bağlıdır: “Güclə əldə olunan nəticə diplomatiya üçün geniş imkanlar açır, əldə olunmuş nəticənin möhkəmləndirilməsini asanlaşdırır. Gücsüz diplomatiya heç nə edə bilməz. Qədim Roma deyiminə görə, bütün sülhlərə gedən yol müharibədən, yəni gücdən keçir. Aprel döyüşləri ciddi bir hadisə oldu. Təbii ki, hələ ki, yekun sülhdən danışmaq olmazı, amma xeyli irəliləyişə nail olmaq olardı. Təəssüf ki, heç nə edilmədi. Bizim XİN-nin diplomatiyası yox dərəcəsindədir, Elmar Məmmədyarov ən uğursuz nazirdir. Biz illərdir deyirik. Tarixdə maraqlı xarici işlər nazirləri olub. Məsələn, Krım müharibəsindən sonra Rusiyanı çox ağır vəziyyətdən çıxaran xarici işlər naziri Aleksandr Qorçakov olub. Azərbaycanın xarıcı işlər naziri hökmən dəyişdirilməlidir. Bu, çox vacibdir. Şəxsi təcrubəmizdən də deyə bilərəm, bir dəfə adamlarımız hazırladığımız Qarabağa dair kitabları XİN-ə aparmışdıq, qapıya çıxan nazirlik təmsilçisi demişdi ki, nazirimiz göstərişi var, siz ekstremist təşkilatsınız, sizin kitablarınız bizə lazım deyil. Təsəvvür edirsinizmi, bu şəxs xarici siyasətimizə rəhbərlik edir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ShareTweetSendSendShareScan
Bizim Video
Previous Post

Günün qoroskopu: hövsələsizlik etməyin

Next Post

İcra başçısı Avropaya mühacir göndərməkdə ittiham olundu

Next Post
İcra başçısı Avropaya mühacir göndərməkdə ittiham olundu

İcra başçısı Avropaya mühacir göndərməkdə ittiham olundu

Avtovağzaldakı ticarət mərkəzində satıcı qız özünü 3-cü mərtəbədən yerə atıb

Avtovağzaldakı ticarət mərkəzində satıcı qız özünü 3-cü mərtəbədən yerə atıb

17 il sonra günahsız olduğu məlum oldu – 3 milyon təzminat alacaq

17 il sonra günahsız olduğu məlum oldu - 3 milyon təzminat alacaq

Discussion about this post

Bizə Qoşulun

  • 11.9k Subscribers
  • 1.2k Subscribers

Son Xəbərlər

“Qisas” əməliyyatında yaralanan ermənilərdən XƏBƏR VAR

“Qisas” əməliyyatında yaralanan ermənilərdən XƏBƏR VAR

2022-08-11
Ermənilər üçün yeni yol hazırdı: Laçın dəhlizinə əlvida – Foto

Ermənilər üçün yeni yol hazırdı: Laçın dəhlizinə əlvida – Foto

2022-08-11
İpoteka ilə ev almaq istəyənlərə bəd xəbər – VİDEO

İpoteka ilə ev almaq istəyənlərə bəd xəbər – VİDEO

2022-08-11
Prezident və birinci xanımın Türkiyə səfəri başa çatdı

Prezident və birinci xanımın Türkiyə səfəri başa çatdı

2022-08-10
Ermənilər yalnız bu halda Şuşaya gələ biləcəklər

Ermənilər yalnız bu halda Şuşaya gələ biləcəklər

2022-08-10
Əbülfəz Məlikovla Qoşqar Təhməzovu birləşdirən “dəyər” – Yaxud agentlik sədrini narahat edən “sirr”

Əbülfəz Məlikovla Qoşqar Təhməzovu birləşdirən “dəyər” – Yaxud agentlik sədrini narahat edən “sirr”

2022-08-10
“Nar” şəhid övladları üçün təşkil olunan “YAŞAT” Düşərgəsinə dəstək oldu

“Nar” şəhid övladları üçün təşkil olunan “YAŞAT” Düşərgəsinə dəstək oldu

2022-08-10
Azyaşlıların ziyarətgahlara gedişini təşkil edən qadın saxlanıldı

Azyaşlıların ziyarətgahlara gedişini təşkil edən qadın saxlanıldı

2022-08-10
“Açar fiqur” tutuldu: Heydərovun qorxusu, Quliyevin təşvişi… – Çevrə böyüyür

“Açar fiqur” tutuldu: Heydərovun qorxusu, Quliyevin təşvişi… – Çevrə böyüyür

2022-08-09
Sabah Bakıda hava yağmursuz olacaq

Sabah Bakıda hava yağmursuz olacaq

2022-08-09
Prezident Türkiyəyə işgüzar səfərə getdi

Prezident Türkiyəyə işgüzar səfərə getdi

2022-08-09
Baş redaktor Prezidentə müraciə etdi: “Ailəmin ölkəyə qayıtmasına kömək edin!”

Baş redaktor Prezidentə müraciə etdi: “Ailəmin ölkəyə qayıtmasına kömək edin!”

2022-08-09
Abşeronlu şəhid ailələri və qazilər Naftalana müalicə və reabilitasiyaya göndərildi

Abşeronlu şəhid ailələri və qazilər Naftalana müalicə və reabilitasiyaya göndərildi

2022-08-09
Məmurun qızı ilə qayınanasını öldürüb 3 milyon pul oğurladılar – Dəhşətli qətlin ÜSTÜ AÇILIR

Məmurun qızı ilə qayınanasını öldürüb 3 milyon pul oğurladılar – Dəhşətli qətlin ÜSTÜ AÇILIR

2022-08-09
Üç azərbaycanlı Ermənistana turist kimi gedib

Üç azərbaycanlı Ermənistana turist kimi gedib

2022-08-09
Payızda karantin tətbiq oluna bilər – TƏBİB rəsmisi

Payızda karantin tətbiq oluna bilər – TƏBİB rəsmisi

2022-08-09
Abdin Fərzəliyev şəhidlərin məzarını ziyarət etdi

Abdin Fərzəliyev şəhidlərin məzarını ziyarət etdi

2022-08-08
Əbülfəz Məlikov nədə ittiham olunur? – Maddələr açıqlandı

Əbülfəz Məlikov nədə ittiham olunur? – Maddələr açıqlandı

2022-08-08
Prezident bu idmançılara 20 min manat mükavat ayırdı – SƏRƏNCAM

Prezident bu idmançılara 20 min manat mükavat ayırdı – SƏRƏNCAM

2022-08-08
Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin Avstriya və Sloveniyada milyonluq otelləri aşkar olunub

Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin Avstriya və Sloveniyada milyonluq otelləri aşkar olunub

2022-08-08

Seçmə

  • Bütün
  • SEÇMƏ
Əbülfəz Məlikovla Qoşqar Təhməzovu birləşdirən “dəyər” – Yaxud agentlik sədrini narahat edən “sirr”
Araşdırma

Əbülfəz Məlikovla Qoşqar Təhməzovu birləşdirən “dəyər” – Yaxud agentlik sədrini narahat edən “sirr”

2022-08-10
Səfər Mehdiyev polisi təhqir etdi – Video
Manşet

Səfər Mehdiyev polisi təhqir etdi – Video

2022-08-08
“Ermənilər Laçını və Zabuxu boşaldırlar” – Deputat
SEÇMƏ

“Ermənilər Laçını və Zabuxu boşaldırlar” – Deputat

2022-08-08
Ordumuzun mövqeləri atəşə tutulub – Ermənistana XƏBƏRDARLIQ
Manşet

Ordumuzun mövqeləri atəşə tutulub – Ermənistana XƏBƏRDARLIQ

2022-08-08
Vaqif Abdullayev üçün istintaqın “əcəl zəngi” – villalar, maşınlar, ferma..
Banner

Vaqif Abdullayev üçün istintaqın “əcəl zəngi” – villalar, maşınlar, ferma..

2022-08-08
“İTV də uzun illərdir çalışan bir göstəbəyi mən tanıyıram, hara desən işləyər…”
Cəmiyyət

“İTV də uzun illərdir çalışan bir göstəbəyi mən tanıyıram, hara desən işləyər…”

2022-08-08
Reportyor

Bizi İzləyin

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Köşə
  • Manşet
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Uncategorized

Son əlavələr

“Qisas” əməliyyatında yaralanan ermənilərdən XƏBƏR VAR

“Qisas” əməliyyatında yaralanan ermənilərdən XƏBƏR VAR

2022-08-11
Ermənilər üçün yeni yol hazırdı: Laçın dəhlizinə əlvida – Foto

Ermənilər üçün yeni yol hazırdı: Laçın dəhlizinə əlvida – Foto

2022-08-11

Xeberler

  • Reportyor.İnfo
  • Əlaqə

© 2020 Reportyor.info.

  • Manşet
  • Gündəm
  • Cəmiyyət
  • SEÇMƏ
  • Siyasət
  • Dünya
  • Sosial
  • Araşdırma
No Result
View All Result

© 2020 Reportyor.info.