Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Tatarov Adil Əli oğlunun nəşi doğulduğu torpağa, Ağstafa rayonunun Qıraq Kəsəmən kəndinə gətirilib.
Reportyor.info xəbər verir ki, şəhidimizin atası oğlunun yasında çətin anlar yaşayıb. Ürəyi ağrıyan ataya ətrafdakılar kömək etməyə çalışıb.