Tayvan Müdafiə Nazirliyindən verilən açıqlamada, Çinin Shenyang J-11, Shenyang J-16 döyüş təyyarələri və Xian H-6 bombardmançı təyyarəsi də daxil olmaqla 37 döyüş təyyarəsinin ölkənin Hava Hücumundan Müdafiə Təsnifat Bölgəsinə (ADIZ) daxil olduğu bildirilib.
Açıqlamada, Çin təyyarələrinin bir hissəsinin Tayvanın cənub-şərqinə uçduğu, daha sonra “hava müşahidəsi və dəniz təlimi” üçün Sakit okeanın qərbinə doğru hərəkət etdiyi bildirilib. Tayvanın vəziyyəti izləmək üçün gəmi və təyyarələrini bölgəyə göndərdiyi və hava hücumundan müdafiə sistemlərini işə saldığı bildirilib.
Çin Müdafiə Nazirliyi hələlik mövzu ilə bağlı açıqlama verməyib.
Beynəlxalq hüquqda heç bir tərifi olmayan və hava məkanından fərqli olan Hava Hücumundan Müdafiə və İdentifikasiya Sahəsi (ADIZ) ölkələr tərəfindən birtərəfli qaydada elan edilir.