09-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

3550 məzunun diplom problemi həll ediləcəkmi? – RAKURS

22 Fevral 2021, 21:39
Cəmiyyət
A A
3550 məzunun diplom problemi həll ediləcəkmi? – RAKURS

 

Bakı İslam Universitetinin məzunlarının kütləvi şəkildə işdən çıxarılması sosial problemlərin artmasına yol açacaq. Üstəlik işğaldan azad edilmiş yaşayış məntəqələrimizdəki məscidlərə təyinat üçün kadr çatışmazlığı yaranacaq ki, bunun da yerini ola bilsin maraqlı qüvvələr xaricdə “təhsil” almiş radikal, xurafatçılarla doldurmaq niyyətindədirlər. Təhsil nazirliyi əsassız yerə Bakı İslam Universitetinin diplomlarını tanımaqdan imtina edir. Bütün hüquqi qaydalara, Azərbaycan Respublikasının müvafiq qanunlarına uyğun fəaliyyət göstərmiş bu ali dini təhsil ocağının məzunlarına qarşı edilən bu haqsızlıq görünür 5-ci kalonun ölkədə narazı kütlə yaratmaq cəhdinin bir hissəsidir. Çünki səbəb kimi heç bir başqa amil yoxdur. Təhsil nazirliyi qeyd edir ki, guya 2009-cu ilə qədər bu universitetin lisenziyası olmayıb. Amma onu unudur ki, axı 2009-cu ilə qədər müvafiq qanunlarda dini təhsil üçün lisenziya tələbi yox idi. Qanun çıxan kimi, universitet lisenziya alıb. Yəni, Təhsil nazirliyinin imtinası sadəcə bəhanə və qərəz xarakterlidir. Məzunlar məhkəmələrdə sürünür, süründürülür. Hətta 2-ci Qarabağ savaşında igidlik göstərən, yaralanan, qazi olan məzunlar var ki, bu gün işdən çıxarılıb məhkəmələrdə sürünür.

Ali dini tədris müəssisəsi olan Bakı İslam Universiteti (BİU) SSRİ Nazirlər Soveti yanında Dini İşlər Şurasının 17.01.1989-cu il tarixli 2№-li protokoluna əsasən Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Bakı İslam Mədrəsəsi kimi fəaliyyətə başlayıb. QMİ-nin 14.01.1991-ci il tarixli 2№-li əmrinə əsasən bu təhsil müəssisəsinin bazasında Bakı İslam İnstitutu yaradılıb. QMİ-nin təşəbbüsü ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 01.03.1994-cü il tarixli qərarına əsasən BİU-nin adı dəyişdirilərək, Qafqaz İslam Universiteti adlandırılıb. Qafqaz İslam Universiteti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 17.03.1997-ci il tarixli qərarı ilə Bakı İslam Universiteti kimi yenidən dövlət qeydiyyatından keçib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 27 iyun 2002-ci il tarixli, 163№-li sərəncamına əsasən BİU 135 saylı şəhadətnamə ilə yenidən qeydiyyata alınıb.
2009-cu ildə Təhsil Nazirliyi Bakı İslam Universitetinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verib. Həmin razılığa əsasən Universitetdə bakalavr səviyyəsində Dinşünaslıq ixtisası, magistratura səviyyəsində isə Dinlərin tarixi və İslamşünaslıq ixtisaslaşmaları üzrə kadr hazırlığı aparılıb.
Bakı İslam Universitetində 2 fakültə: İslamşünaslıq və Şəriət fakultələri mövcud olub. Universitetdə həm dini, həm də dünyəvi fənlər tədris olunub. Təhsil əyani və qiyabi şöbələrdə aparılıb.
Universitetdə Şəriət və Quran elmləri, İctimai (dünyəvi) elmlər və Dillər kafedraları fəaliyyət göstərib.
Bakı İslam Universitetinin geniş xarici əlaqələri olub. Belə ki, BİU Misir, Malayziya, Liviya, Suriya və Türkiyədə fəaliyyət göstərən İslam Universitetləri və dini tədris mərkəzləri ilə sıx əməkdaşlıq edib. Universitetin müəllim və tələbələri müntəzəm olaraq müxtəlif xarici ölkələrdə təşkil olunan beynəlxalq konfrans və müsabiqələrdə iştirak edirlər.
Respublika Prezidenti İlham Əliyevin sərəncamı ilə Təzəpir məscidinin həyətində aparılan əsaslı və yenidənqurma işləri sırasında Bakı İslam Universiteti üçün dörd mərtəbəli yeni tədris korpusu tikilib, rektoru Hacı Sabir Həsənli Şöhrət ordeni ilə təltif edilib.
Hal-hazırda Universitetin 3550 nəfərdən çox məzunu diplom problemi ilə üzləşib. Kütləvi şəkildə narazılıq edirlər. Məzunların işlə təmin olunmasında Qafqaz Müsəlmanları İdarəsi yaxından iştirak edirdi. Amma indiki durumda məzunların işdən azad edilməsi onu göstərir ki, Qafqaz Müsəlmanları İdarəsinin təyin etdiyi məzunların da işlərindən azad edilməsi olacaq. Çünki bir ölkədə iki qanun olmaz. Universiteti bitirənlər həmçinin MDB məkanında fəaliyyət göstərən diaspora təşkilatlarında, diplomatik nümayəndəliklərdə, eləcə də müxtəlif Xeyriyyə Fondlarında çalışırlar. Hətta səfir işləyən də var.
Qeyd edim ki, yaradılmış süni problemin həlli üçün dəyərlərlə Təhsil nazirliyinə, Nazirlər Kabinetinə Universitetinin rəhbərliyi və Qafqaz Müsəlmanları İdarəsinin sədri müvafiq müraciətlər etsə də cavab mənfi olub. Nəticə isə ondan ibarətdir ki, ölkədə yeni narazı kütlə, sosial problemli ailələr, işsizlik dalğası yaratmaq istəyənlər yavaş-yavaş buna nail olurlar.

Tural İrfan
Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı

Əvvəlki yazı

Rusiyadan Azərbaycana gətirilən toyuq əti yararsız çıxdı

Sonrakı yazı

Daha bir Vətən Müharibəsi qazimiz intihar etdi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.