Bazar, İyun 4, 2023
Reportyor
Xarı Bülbül
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Maraqlı
  • Əlaqə
No Result
View All Result
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Maraqlı
  • Əlaqə
No Result
View All Result
Reportyor
Xarı Bülbül
No Result
View All Result
Home Cəmiyyət

31 Mart – Azərbaycan xalqının qan yaddaşı…

31 Mart 2023, 11:31
in Cəmiyyət
31 Mart – Azərbaycan xalqının qan yaddaşı…

 

Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində xalqımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişdir. Bu dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələri tərəfindən törədilmiş kütləvi qırğınlardır. Stepan Şaumyanın başçılıq etdiyi bolşeviklər Bakı quberniyasında hakimiyyəti ələ keçirdikdən sonra xalqımıza qarşı olan məqsədyönlü addımlar atmağa başlamışdır. Etnik erməni olan və kənar qüvvələrdən müxtəlif silah və maliyyə yardımları alan Stepan Şaumyan Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyyətçilərinin əməkdaşlığını təmin etmişdir. 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəşi açmış və martın 31-i səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan məhəllələrə hücum etmişlər. Martın sonlarından başlayaraq aprel ayının əvvəllərində də davam etdirilən qətliamlar zamanı dinc Azərbaycan əhalisi kütləvi surətdə qətlə yetirilmişdir. Şəhər və qəzalarda on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə öldürülmüş, insanlar işgəncələrə məruz qalmış, onlara qəsdən fiziki qüsurlar yetirilmişdir. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Mart soyqırımı zamanı Bakının şəhər camaatından o dövrün pulu ilə 400 milyon manatlıq daş-qaş və əmlak ələ keçirilmişdi. Müstəqil tədqiqatçı Kulqe mart qırğınları haqqında yazır: “Ermənilər müsəlman əhalisini işgəncələrlə öldürür, şəmşirlərlə parçalayır, süngü ilə dəlik-deşik edir, körpə uşaqları süngüyə keçirir, cəsədlərin burun, qulaq və başlarını kəsir, evlərə od vurub sakinlər qarışıq yandırır, qadınları soyundurur və saçlarını bir-birinə bağlayaraq tüfəngin qundağı ilə ölüncəyə qədər döyürdülər”. Kulqe ermənilər tərəfindən üzü divara çevrilərək itlərə parçaladılan azərbaycanlıların şəkillərini də çəkib. Bu faktlar erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin kiçik bir hissəsidir və yalnız 1918-ci ilin mart ayının son üç günündə törədilən Bakı qırğınını əks etdirir.
Bu qırğınlarda Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Üç gün davam edən qətliam zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişlər.
Ermənilər Azərbaycanın digər bölgələrində olduğu kimi, Şamaxıda da çox böyük qırğınlar törətmişlər. Təəssüf ki, sovet dövründə Şamaxıda törədilən qırğınların dəlillərinin bir qismi məhv edilmişdir. Ona görə də erməni cinayətlərinin tam mənzərəsi bu günə qədər formalaşmayıb. Ekspertlərin rəyinə əsasən Şamaxıda ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürüldüyü bildirilir. Bu faciənin tədqiqi məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. 1990-cı illərdə yerli tədqiqatçıların araşdırmaları nəticəsində isə məlum olmuşdur ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfəri qətlə yetirib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.
Ermənilərin törətdikləri qırğınlar bununla kifayətlənməyib, Quba və Quba ətrafında da Azərbaycanlıların qətliamları davam etdirilmişdir. Quba şəhərində öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır.
Qubada aşkarlanan kəllə və digər sümüklərin müayinəsi zamanı qırğınların nə dərəcədə qəddarlıqla həyata keçirildiyi bir daha sübut olunmuşdur. Belə ki, həmin sümüklərdə güllə yerləri, güllə izləri olmamışdır. Öldürülənlərin hamısının küt alətlərlə həyatlarına son qoyulduğu müəyyən edilmişdir. Soydaşlarımızın baş nahiyəsinə balta ilə vurmaqla, xəncərdən istifadə etməklə, ağır işgəncələr altında qətliamlarını həyata keçirmişlər. Hətta bəzi kəllə sümüklərində mismarlar aşkarlanıb. Bu da törədilən vəhşiliyin hüdudlarının olmadığını bir daha nümayiş etdirir.
Xalqımıza qarşı törədilən bu faciələrlə bağlı Ümummilli Lider Heydər Əliyev 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Bu Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq etmişdir.
Qeyd edək ki, 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində aşkarlanan kütləvi məzarlıqdakı insan sümükləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparılmışdır. Məzarlıqda 500-dək insan kəlləsi olmuş, onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu isə qadınlara aid idi. Bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar verilmişdir. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır. Prezident İlham Əliyev Soyqırımı memorial kompleksinin açılışı zamanı demişdir: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir… Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir”.

Gülşən Qazanxanova
Vətən Müharibəsi şəhidi Şamil Nəcəfovun anası, müəllimə

ShareSendTweetShare
Previous Post

Quba polisi ictimai şura üzvləri ilə görüş keçirib

Next Post

Lavrov Abdullahianı aşağıladı – Video

Related Posts

Vilayət Eyvazovdan yeni təyinat
Cəmiyyət

Vilayət Eyvazovdan yeni təyinat

by reportyor info
03 İyun 2023, 18:23
Ucar sakini arvadını və başqa kişini qətlə yetirib
Cəmiyyət

Ucar sakini arvadını və başqa kişini qətlə yetirib

by reportyor info
03 İyun 2023, 18:16
DİN-dən sosial şəbəkələrdə özünü polis kimi təqdim edən şəxs barədə AÇIQLAMA – VİDEO
Cəmiyyət

DİN-dən sosial şəbəkələrdə özünü polis kimi təqdim edən şəxs barədə AÇIQLAMA – VİDEO

by reportyor info
03 İyun 2023, 12:38
Azərbaycanın uğurlu enerji siyasəti…
Cəmiyyət

Azərbaycanın uğurlu enerji siyasəti…

by reportyor info
03 İyun 2023, 11:48
Baş Prokurorluqda konfrans keçirildi – FOTOLAR
Cəmiyyət

Baş Prokurorluqda konfrans keçirildi – FOTOLAR

by reportyor info
02 İyun 2023, 17:57

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Xəbər lenti

Şenol Günəş: Çatışmazlıqlarımız oldu, amma layiq olduğumuz nəticəni aldıq - Beşiktaş

Şenol Günəş: Çatışmazlıqlarımız oldu, amma layiq olduğumuz nəticəni aldıq – Beşiktaş

03 İyun 2023, 23:15
Nenad Bjelica: “Trabzonspor” üçün yaxşı gecə oldu

Nenad Bjelica: “Trabzonspor” üçün yaxşı gecə oldu

03 İyun 2023, 23:06
Işıl Alben karyerasını bitirdi!  - Basketbol

Işıl Alben karyerasını bitirdi! – Basketbol

04 İyun 2023, 00:12
Başakşehir son dəqiqələrdə uzaqlaşdı!  - Adana Demirspor

Başakşehir son dəqiqələrdə uzaqlaşdı! – Adana Demirspor

03 İyun 2023, 22:05
Giresunspor'dan kritik 3 xal!  - Ümraniyespor

Giresunspor’dan kritik 3 xal! – Ümraniyespor

03 İyun 2023, 21:57
CANLI İFADE |  Kayserispor - Ankaragücü - Kayserispor

Ankaragücü “Kayserispor”a tək qolla qalib gəlib – “Kayserispor”

03 İyun 2023, 21:57
Trabzonspor'dan ev sahəsində fərqli qalibiyyət!  Penalti və qırmızı vərəqə qərarı - Trabzonspor

Trabzonspor’dan ev sahəsində fərqli qalibiyyət! Penalti və qırmızı vərəqə qərarı – Trabzonspor

03 İyun 2023, 21:55
CANLI İFADE |  Ümraniyespor - Giresunspor - Ümraniyespor

CANLI İFADE | Ümraniyespor – Giresunspor – Ümraniyespor

03 İyun 2023, 19:57
CANLI İFADE |  Adana Dəmirspor - Başakşehir - Adana Dəmirspor

CANLI İFADE | Adana Dəmirspor – Başakşehir – Adana Dəmirspor

03 İyun 2023, 19:56
CANLI İFADE |  Kayserispor - Ankaragücü - Kayserispor

CANLI İFADE | Kayserispor – Ankaragücü – Kayserispor

03 İyun 2023, 19:55
CANLI İFADE |  Trabzonspor - Alanyaspor - Trabzonspor

CANLI İFADE | Trabzonspor – Alanyaspor – Trabzonspor

03 İyun 2023, 19:53
Aİ Kosovo ilə bağlı xəbərdarlıq: Aİ qəti tədbirlər görməyə hazırdır

Aİ Kosovo ilə bağlı xəbərdarlıq: Aİ qəti tədbirlər görməyə hazırdır

03 İyun 2023, 19:51
Məsciddə türk bayrağına çirkin hücum

Məsciddə türk bayrağına çirkin hücum

03 İyun 2023, 19:30
Azərbaycan və Ermənistan dəmir yolu xəttinin yenidən açılması barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan dəmir yolu xəttinin yenidən açılması barədə razılığa gəliblər

03 İyun 2023, 19:09
Prezident Ərdoğanın andiçmə mərasimi dünya mətbuatında...

Prezident Ərdoğanın andiçmə mərasimi dünya mətbuatında…

03 İyun 2023, 18:27
Vilayət Eyvazovdan yeni təyinat

Vilayət Eyvazovdan yeni təyinat

03 İyun 2023, 18:23
Ucar sakini arvadını və başqa kişini qətlə yetirib

Ucar sakini arvadını və başqa kişini qətlə yetirib

03 İyun 2023, 18:16
ABŞ-da marinada qayıqlar yanıb

ABŞ-da marinada qayıqlar yanıb

03 İyun 2023, 17:45
Rusiyada sürətlə gələn yük maşını qarşı zolağa çıxıb: 12 nəfər yaralanıb

Rusiyada sürətlə gələn yük maşını qarşı zolağa çıxıb: 12 nəfər yaralanıb

03 İyun 2023, 17:24
Yaralılar dəhşətlərini danışdılar: 10-15 nəfər üstümə düşdü... Çölə çıxanda ətrafa səpələnmiş əzalar gördüm.

Yaralılar dəhşətlərini danışdılar: 10-15 nəfər üstümə düşdü… Çölə çıxanda ətrafa səpələnmiş əzalar gördüm.

03 İyun 2023, 16:42
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyəyə işgüzar səfərə gəliblər – YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyəyə işgüzar səfərə gəliblər – YENİLƏNİB

03 İyun 2023, 16:21
Ərdoğan Ersin Tatardan şərh: Milli siyasətin davamı üçün çox əhəmiyyətli idi

Ərdoğan Ersin Tatardan şərh: Milli siyasətin davamı üçün çox əhəmiyyətli idi

03 İyun 2023, 15:39
CANLI İFADE |  Konyaspor - Fatih Karagümrük - Konyaspor

CANLI İFADE | Konyaspor – Fatih Karagümrük – Konyaspor

03 İyun 2023, 15:00
Azərbaycandan İrana öz vətəndaşlarına səyahət xəbərdarlığı

Azərbaycandan İrana öz vətəndaşlarına səyahət xəbərdarlığı

03 İyun 2023, 14:56
Youtube: Əsassız seçki iddiaları olan məzmunu silməyəcəyik

Youtube: Əsassız seçki iddiaları olan məzmunu silməyəcəyik

03 İyun 2023, 14:35
Fabrizio Romano tərəfindən Sacha Boey iddiası!  Budur Qalatasaray rəhbərliyinin qərarı - Qalatasaray

Fabrizio Romano tərəfindən Sacha Boey iddiası! Budur Qalatasaray rəhbərliyinin qərarı – Qalatasaray

03 İyun 2023, 13:34
Qərb mediası İsveçdən razılıq tələb edərkən Stokholm administrasiyasının qalmaqallı qərarı

Qərb mediası İsveçdən razılıq tələb edərkən Stokholm administrasiyasının qalmaqallı qərarı

03 İyun 2023, 12:50
DİN-dən sosial şəbəkələrdə özünü polis kimi təqdim edən şəxs barədə AÇIQLAMA – VİDEO

DİN-dən sosial şəbəkələrdə özünü polis kimi təqdim edən şəxs barədə AÇIQLAMA – VİDEO

03 İyun 2023, 12:38
Hindistanda qatarın toqquşması nəticəsində ölənlərin sayı 288 nəfərə çatıb

Hindistanda qatarın toqquşması nəticəsində ölənlərin sayı 288 nəfərə çatıb

03 İyun 2023, 12:08
Azərbaycanın uğurlu enerji siyasəti…

Azərbaycanın uğurlu enerji siyasəti…

03 İyun 2023, 11:48

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon – (99477) 399-55-66
Votsap – (99455) 3490491
Email – [email protected]

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Köşə
  • Manşet
  • Maraqlı
  • Özəl
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Uncategorized
İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930  
« May    

© 2022 Reportyor.info

No Result
View All Result
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Maraqlı
  • Əlaqə

© 2022 Reportyor.info