Təxminən 3 min 500 kvadrat kilometr əraziyə yayılan şəhərlərin bir-birinə yollarla bağlandığı müşahidə edildi. Tədqiqatçılar vurğuladılar ki, sözügedən şəhərlər inkişaf etmiş mərasim kompleksləri, kənd təsərrüfatı infrastrukturu və suvarma sistemləri ilə Maya sivilizasiyasının əvvəllər düşünüldüyündən çox daha inkişaf etmiş olduğunu göstərir.
Minlərlə ildir sıx meşə örtüyü altında gizlənən strukturların üzə çıxarılaraq qabaqcıl bir radar texnologiyası ilə xəritələndiyi və tapıntıların Amerika qitəsinin tarixi ilə bağlı bilinənləri dəyişdirə biləcəyi ifadə edildi.