04-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“3 ildən 8 ilə qədər həbs oluna bilər” – Nazpərinin saxta alimlik qalmaqalı

19 İyul 2018, 19:50
Cəmiyyət
A A
“3 ildən 8 ilə qədər həbs oluna bilər” – Nazpərinin saxta alimlik qalmaqalı

Xalq artisti Nazpəri Dostəliyeva elmi dərəcə alması barədə məlumat yayıb. Belə ki, xalq artistinin paylaşımına görə, onun “Azərbaycanın şərq və qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili” adlı dissertasiya mövzusu qənaətbəxş hesab edilib və fəlsəfə doktoru elmi dərəcəsi təsdiq olunub. 

N.Dostəliyevanın elmi dərəcə alması sosial şəbəkədə müzakirələrə səbəb olub. Sənət dostları xalq artistini təbrik edib, bəzi şəbəkə izləyiciləri isə onun alim adı almasına istehza ilə yanaşıblar.

Ali Attestasiya Komissiyanın aparat rəhbəri Arif Quliyev isə lent.az-a açıqlamasında xalq artisti Nazpəri Dostəliyevanın elmi dərəcə alması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

O, bildirib ki, yayılan fotoşəkillərdəki imza onun deyil: “Ali Attestasiya Komissiyası Nazpəri Dostəliyevaya elmi dərəcə verməyib. Ümumiyyətlə, elə şey olmayıb. Şəkildə göstərilən imza da mənim deyil, başqa adamın imzasıdır. Kimsə götürüb, o imzanı ora vurub. Başdan-ayağa saxta bir şeydir”.

Musavat.com məsələ ilə bağlı xalq artistinin mövqeyini öyrənməyə çalışıb. Lakin onun məlum hadisədən dolayı telefonlarını söndürdüyü məlum olub.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov saytımıza açıqlamasında deyib ki, saxta sənəd qalmaqallı ilə bağlı onlara müraciət olunmayıb: “Bizə nə komissiyadan, nə də Nazpəri xanım tərəfindən müraciət olunmayıb. Mətbuatda gedən xəbərlərdən məlumatlıyıq, araşdırıb, geniş açıqlama verəcəyik”.

Bəs, saxta sənəd hazırlayan və saxta imza atan şəxsləri hansı cəza gözləyir? Nazpəri Dostəliyeva saxta sənəd hazırladıbsa və ya saxta sənəd olduğunu bilə-bilə ictimaiyyəti aldadıbsa, onu hansı cəza gözləyir?

naz.jpg (43 KB)

Hüquqşünas Əsabəli Mustafayev musavat.com-a açıqlamasında deyib ki, bu hadisə müxtəlif motivlidir:“Nazpəri Dostəliyeva həmin idarədən gizli yolla, prosedur qaydalarını pozmaqla saxta sənəd düzəltdiribsə, istintaqa cəlb olunacaq. Bilə-bilə saxta sənəddən istifadə edibsə, onu 1 ilə qədər həbs cəzası gözləyir. Saxta sənəd düzəltdirib ondan istifadə etməyibsə, bu, məsuliyyət yaratmır. Saxta olduğunu bilərək sosial şəbəkədə paylaşıb, gündəmə gəlibsə, istintaq bunu özünə nüfuz qazandırmaq üçün saxta sənəddən istifadə kimi qiymətləndirə bilər.

Amma kimsə onu aldadıbsa, sənədin saxta olduğunu bilmirdisə, heç bir cinayət məsuliyyəti daşımır. Nazpəri Dostəliyevanı aldadıblarsa, motiv dəyişir. Vəzifə səlahiyyətlərini aşma, vəzifəli şəxsin vəzifəsini mənimsəmə, dələduzluq yolu ilə insanı aldadıb, saxta sənəd vermə kimi cinayət tərkibi var. Vəzifə səlahiyyətlərini aşma maddəsi iki bəndlidir. Birinci bənddə 3 il, ikinci bənddə 8 ilə qədər azadlıqdan məhrum etmə maddəsi var.

Qol çəkməli olan şəxs deyil, onun rəhbəri olduğu komissiyanın üzvü və ya ayrı şəxs qol çəkibsə, bu, 310-cu maddənin (Vəzifəli şəxsin vəzifəsini mənimsəmə) pozulmasıdır. Buna görə 3 ilə qədər azadlıqdan məhrum edilmə cəzası var”.

Əvvəlki yazı

İlham Əliyev Fransaya səfərə gedib

Sonrakı yazı

Toy gecəsi həyat yoldaşının qız uşağı olmadığını öyrəndi – Qisası amansız oldu

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34
DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

03 Fevral 2026, 11:32
Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

03 Fevral 2026, 10:10
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.