Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
No Result
View All Result
Reportyor
No Result
View All Result
Home Cəmiyyət

26 İyun – Şərəf tariximiz!

2022-06-22
in Cəmiyyət
A A
0
26 İyun – Şərəf tariximiz!
0
SHARES
8
VIEWS
Facebook-da paylaş"Twitter"-də paylaş

 

104 il öncə – 1918-ci ilin may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsində yazılırdı ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Cümhuriyyət hökumətinin önündə dayanan prioritet vəzifələrindən biri, bəlkə də birincisi ölkənin istiqlalının və təhlükəsizliyinin təminatçısı olan ordu yaratmaq idi. Çünki ordusu olmayan dövlətin müstəqilliyindən danışmaq mümkün deyil. AXC-nin ordu quruculuğu haqqında tədbirlər planına görə 1919-cu il noyabrın 1-nə qədər ordunun əsas struktur bölmələri yaradılıb başa çatdırılmalı idi. Azərbaycan Cümhuriyyəti yaradıldığı ilk dövrdə onun hərbi qüvvəsi 600 nəfərlik könüllü dəstədən ibarət idi. Hökumət 1918-ci il iyunun 19-da ölkə ərazisində hərbi vəziyyət elan etdi. 1918-ci il iyunun 26-da isə AXC mühüm bir tarixi qərar verdi. Cümhuriyyətin Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə Vəhşi diviziya (Дикая дивизия) adlanan keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi – 5000 nəfər şəxsi heyəti olan Əlahiddə Azərbaycan korpusu yaradıldı. Sonra isə ölkədə orduya çağırış haqqında fərman imzalandı. Qısa müddətdə Azərbaycanda milli ordu quruculuğunda önəmli irəliləyişlərə nail olundu. İyulun 11-də hökumət fərmanı ilə hərbi səfərbərlik elan edildi. Azərbaycan Respublikasının 1894-1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa çağırıldılar. Ordu quruculuğu sahəsində aparılan işlər nəticəsində 23 ayda 30.000 əsgərdən ibarət nizami ordu quruldu. Ordumuz Qarabağ və Zəngəzurda suverenliyimizin müdafiəsi istiqamətində mühüm uğurlar qazandı. Lakin 1920-ci il aprel ayının 27-də bolşeviklərin Azərbaycanı işğal etməsi nəticəsində Milli Ordumuz dağıdıldı. Sovet hakimiyyəti dövründə də azərbaycanlılara qarşı hərbi siyasət aparılırdı, belə ki, azərbaycanlı gənclər orduda yalnız tikinti batalyonlarında işlədilirdilər. Bu siyasət ona görə idi ki, azərbaycanlılar arasında hərb elminə yiyələnən, müasir silahla rəftar etməyi bacaran hərbçi yetişməsin. Dahi Rəhbərimiz, böyük siyasətçi Heydər Əliyev bunu yaxşı bilirdi. Və bilirdi ki, Azərbaycana öz torpaqlarını gələcəkdə də qorumaq üçün mütləq güclü ordu lazımdır. Odur ki, 1971-ci ildə C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin açılmasına qərar verdi. Torpaqlarımızın işğaldan azad edilməsində məhz bu məktəbin yetirmələrinin əsas rolu oldu.
Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsindən əvvəl çıxışlarında daim bildirirdi ki, nəyin bahasına olursa-olsun ərazi bütövlüyümüzü bərpa edəcəyik. Hər gün, hər ay bizim qələbəmizi yaxınlaşdırır. Hər ay, hər il Azərbaycan daha da güclənir, Ermənistan daha da zəifləyir. Bunu artıq bu məsələ ilə məşğul olan bütün maraqlı qurumlar, ölkələr də görür, bilir. Tarixin gedişatı aydın göstərir ki, işğalçı Ermənistan Azərbaycan ilə rəqabət aparmaq gücündə deyil. Onların əsas ümidi həmişə
xarici qüvvələrə, erməni lobbisinə, onun havadarlarına olub. Azərbaycan isə öz gücünə arxalanıb. Haqqın, ədalətin qalib gələcəyinə inanıb.
Müasir tariximiz də bunu təsdiq etdi.
27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsi 30 ilə yaxın davam edən erməni işğalına son qoyulması ilə başa çatdı. 3000-dən artıq qəhrəman gəncimiz Vətən uğrunda canından keçərək adını
Azərbaycan tarixinə qızıl hərflərlə yazdı. Bu gün Azərbaycan Silahlı Qüvvələr Gününü torpaqlarımızın işğaldan azad olunmasının
sevincini yaşayaraq qeyd edirik.
26 İyun – Azərbaycan Silahlı Qüvvələr Günündə 104 yaşlı ordumuzun keçdiyi inkişaf yoluna, onun Vətən müharibəsindəki misilsiz qəhrəmanlıqlarına nəzər saldıqda bir daha Azərbaycan Ordusunun nələrə qadir olduğunu görürük. Bu gün Azərbaycan Ordusu gücünə görə Cənubi Qafqazda 1-ci, dünyada isə artıq 50-ci yerə qədər irəliləyib. Ordumuz 44 günlük İkinci Qarabağ müharibəsi ilə qəhrəmanlıq tarixi yazıb, mənfur erməni işğalına son qoyub, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışa yol açıb.
Silahlı Qüvvələrimiz 44 gün davam edən müqəddəs savaş nəticəsində
Füzulinin, Ağdamın, Cəbrayılın, Kəlbəcərin, Qubadlının, Zəngilanın, Şuşanın, Hadrutun 300-ə yaxın kəndinim, strateji yüksəkliklərinin işğaldan azad olunması ilə bölgədə yeni geopolitik mənzərə yaratdı. Əlbəttə ki, Azərbaycan Ordusunun uğurları Prezident, Ali Baş Komandan İlham Əliyevin 17 illik gərgin siyasi-diplomatik səylərinin, dövlətçilik təcrübəsinin, torpağına bağlılığının, əsgər və zabitlərimizin ruh yüksəkliyinin, xalq-ordu birliyinin məntiqi nəticəsidir. “Şuşasız bizim işimiz yarımçıq olar”, söyləyən Ali Baş Komandan İlham Əliyev ulu babalarımızın əmanətini xalqımıza qaytarmaqla Ulu Öndər Heydər Əliyevin vəsiyyətini də yerinə yetirdi.
İlham Əliyev Ali Baş Komandan kimi hər zaman gənclərin döyüş ruhunu
yüksək qiymətləndirir: “Mən çox şadam ki, gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alırlar. Gənclərimiz bizim ümidimizdir. Gələcəkdə ölkəmizi onlar idarə edəcəklər. Mən çox şadam ki, orduda xidmət edən gənclər Vətənə bağlı olan insanlardır”.
Əminik ki, Ordumuz bundan sonra da Vətənimizi göz bəbəyi kimi qoruyacaq.
Eşq olsun Azərbaycan Ordusuna!
Bu gün bir daha bizə qələbə sevinci yaşadan, başımızı uca edən qəhrəman
övladlarımızın – Şəhidlərimizin ruhunu böyük ehtiramla anırıq!
Vətən uğrunda döyüşən hər bir qəhrəmanımız unudulmazdır!

Xatirə İsmayılova,
Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medallarına layiq görülən şəhid Həsənli Elçin Vaqif oğlunun anası

ShareTweetSendSendShareScan
Bizim Video
Previous Post

Siyavuş Novruzov və Ombudsman ayına 16 min qazanacaq

Next Post

Ramiz Mehdiyevin gəlini bankına 2 milyon manat borc verdi

Next Post
Ramiz Mehdiyevin gəlini bankına 2 milyon manat borc verdi

Ramiz Mehdiyevin gəlini bankına 2 milyon manat borc verdi

Bu şəxslər 1000 manat cərimə olunacaq

Bu şəxslər 1000 manat cərimə olunacaq

Səfər Mehdiyev Prezident Administrasiyasına çağırıldı

Səfər Mehdiyev Prezident Administrasiyasına çağırıldı

Discussion about this post

Bizə Qoşulun

  • 11.9k Subscribers
  • 1.2k Subscribers

Son Xəbərlər

Roman Abramoviç bu klubu alır

Roman Abramoviç bu klubu alır

2022-06-29
Kürdəxanıda faciə ilə bitən yanğının təfərrüatı: “Körpələr çarpayıdan düşərək…” – VİDEO

Kürdəxanıda faciə ilə bitən yanğının təfərrüatı: “Körpələr çarpayıdan düşərək…” – VİDEO

2022-06-29
Ermənistanda qadın yeni baş prokuror seçildi

Ermənistanda qadın yeni baş prokuror seçildi

2022-06-29
“Yeni Şəhər Gündəliyi” şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə səylərimizi istiqamətləndirir

“Yeni Şəhər Gündəliyi” şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə səylərimizi istiqamətləndirir

2022-06-29
Azərbaycan və İran prezidentləri görüşdü

Azərbaycan və İran prezidentləri görüşdü

2022-06-29
Yoldaşı onu çox incidirdi, döyürdü… – Həkimin rəfiqələri danışdı

Yoldaşı onu çox incidirdi, döyürdü… – Həkimin rəfiqələri danışdı

2022-06-29
Abşeronda Silahlı Qüvvələr Günü tədbirləri davam edir – Fotolar

Abşeronda Silahlı Qüvvələr Günü tədbirləri davam edir – Fotolar

2022-06-29
İcbari tibbi sığortada yeyinti iddiası – əhali narazı…

İcbari tibbi sığortada yeyinti iddiası – əhali narazı…

2022-06-29
Britaniya: “Sülh yalnız Rusiya məğlub olduğu halda mümkündür”

Britaniya: “Sülh yalnız Rusiya məğlub olduğu halda mümkündür”

2022-06-29
Repçinin xanımından qəribə açıqlama

Repçinin xanımından qəribə açıqlama

2022-06-29
Xalidə Kəngərlinin əri istintaqa cəlb olundu

Xalidə Kəngərlinin əri istintaqa cəlb olundu

2022-06-29
“Rusiya ilə danışıqlar aparırıq” – Zelenski

“Rusiya ilə danışıqlar aparırıq” – Zelenski

2022-06-29
“İdman elminin müasir aspektləri” mövzusunda beynəlxalq konfrans KEÇİRİLDİ

“İdman elminin müasir aspektləri” mövzusunda beynəlxalq konfrans KEÇİRİLDİ

2022-06-28
Zaqatala rayon mərkəzi xəstəxanası: əsassız iddialar və reallıq

Zaqatala rayon mərkəzi xəstəxanası: əsassız iddialar və reallıq

2022-06-28
Şagirdlərə Xameneyiyə həsr olunan mahnı oxudulması araşdırılır

Şagirdlərə Xameneyiyə həsr olunan mahnı oxudulması araşdırılır

2022-06-28
Məşhur həkim özünü 11-ci mərtəbədən atdı

Məşhur həkim özünü 11-ci mərtəbədən atdı

2022-06-28
Rus general: Taktiki nüvə zərbəsi endirə bilərik

Rus general: Taktiki nüvə zərbəsi endirə bilərik

2022-06-28
Raket hücumunda deputat ağır yaralandı

Raket hücumunda deputat ağır yaralandı

2022-06-28
“Mənəviyyatımıza da pul xərcləməliyik” – Deputat

“Mənəviyyatımıza da pul xərcləməliyik” – Deputat

2022-06-28
Rusiyanın 2 gündə atdığı raketlərin qiyməti…

Rusiyanın 2 gündə atdığı raketlərin qiyməti…

2022-06-28

Seçmə

  • Bütün
  • SEÇMƏ
Ukraynada ölən uşaqların sayı 340-ı ötüb
Dünya

Ukraynada ölən uşaqların sayı 340-ı ötüb

2022-06-28
Silahlı Qüvvələr Günü ilə bağlı 114 hərbçi təltif olunub
Gündəm

Silahlı Qüvvələr Günü ilə bağlı 114 hərbçi təltif olunub

2022-06-25
Azərbaycanla Rusiya arasında Saziş imzalandı
Manşet

Azərbaycanla Rusiya arasında Saziş imzalandı

2022-06-24
Məşhur klinika qapadıldı: Araz Bayramov dələduzdurmu?! – VİDEO
SEÇMƏ

Məşhur klinika qapadıldı: Araz Bayramov dələduzdurmu?! – VİDEO

2022-06-24
Əsir düşən ukraynalı polis intihar etdi
SEÇMƏ

Əsir düşən ukraynalı polis intihar etdi

2022-06-23
Qubadlı sakini Kəmaləddin Heydərova müraciət etdi, şok faktlar açıqladı
SEÇMƏ

Qubadlı sakini Kəmaləddin Heydərova müraciət etdi, şok faktlar açıqladı

2022-06-23
Reportyor

Bizi İzləyin

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Köşə
  • Manşet
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Uncategorized

Son əlavələr

Roman Abramoviç bu klubu alır

Roman Abramoviç bu klubu alır

2022-06-29
Kürdəxanıda faciə ilə bitən yanğının təfərrüatı: “Körpələr çarpayıdan düşərək…” – VİDEO

Kürdəxanıda faciə ilə bitən yanğının təfərrüatı: “Körpələr çarpayıdan düşərək…” – VİDEO

2022-06-29

Xeberler

  • Reportyor.İnfo
  • Əlaqə

© 2020 Reportyor.info.

  • Manşet
  • Gündəm
  • Cəmiyyət
  • SEÇMƏ
  • Siyasət
  • Dünya
  • Sosial
  • Araşdırma
No Result
View All Result

© 2020 Reportyor.info.