13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

2020-də seçki keçirən ölkələri və bizi nə gözləyir? – Təhlil

05 Dekabr 2019, 11:02
Gündəm, Manşet
A A
2020-də seçki keçirən ölkələri və bizi nə gözləyir? – Təhlil

2020-ci il dünyada məğribdən məşriqə qədər seçki təqvimidir. Anaxeber.info-nun xarici siyasət şöbəsi xəbər verir ki, gələn ilin noyabrında supergüc dövlət ABŞ-da prezident seçkiləri keçiriləcək. Eyni ildə Azərbaycana dost ölkə Belarusda da prezident seçkiləridir.

Qonşu Gürcüstan da parlament seçkilərinə hazırlaşır və proporsional sistem tələbi Tiflisin küçələrini indidən qarışdırıb. Amerikada noyabrda seçki keçiriləndə həmin ay bizdə də parlament seçkiləri olmalıydı.

Lakin Milli Məclis buraxıldı. İndi ya fevral, ya da apreldə növbədənkənar parlament seçkiləri keçiriləcək. 2018-ci ildə də prezident seçkiləri qabağa çəkilərək oktyabr deyil, aprelə təyin edilmişdi.

Anaxeber.info yazır ki,bəzi politoloqlar bunu həmin ilin payızında gözlənilən təxribatların qarşısının alınmasına hesablanması ilə əlaqələndirmişdilər.

Çünki 2018-in martında Rusiyanın başı öz seçkilərinə qarışmışdı və apreldəki seçkilərə hansısa dairələrin məkrli planlar qurmağa vaxt baxımdan fürsəti olmadı. Eynilə bu dəfə də oxşar ssenari müşahidə edilir.

Noyabrda ABŞ-da və Azərbaycanda seçkilər olmalıydı, amma hakimiyyət seçkinin vaxtını irəli çəkərək ilin əvvəlinə planlaşdırır. Doğrudur, Qərbin Bakıda Avromaydan projeləri yoxdur.

Tramp administrasiyası da sözünü tutdu, başqa ölkələrin daxili işlərinə qarışmadı. Ancaq kim zəmanət verə bilərdi ki, noyabra hansısa destruktiv “xəritə”lər cızılmasın. Ona görə parlamentin yenilənməsində daxili faktorların yükü çox olsa da,  beynəlxalq amilləri də gözardı etmək olmaz.

Təbii ki, Milli Məclisin buraxılması daha çox daxili proseslər, sistemdə dəyişikliklərlə bağlıdır.
İcraedici orqanların rəhbər postlarında dəyişikliklə yanaşı qanunverici orqanda da vitrin islahatların kursuna adekvat olmalıydı.

Amma Gürcüstandan fərqli olaraq, Azərbaycanda parlament seçkisiqabağı vəziyyət bağlı boğça, sirli sandıqça kimidir. Tiflisi və bölgələri aksiyalar cənginə alsa da, Bakıda və regionlarda sakitlikdir.
Əslində, son dəyişikliklər cəmiyyətin ürəyindən tikan çıxardığına görə hansısa qəzəb yığımı, nifrət püskürməsi də yoxdur.

O mənada müxalifətin və hansısa kənar güclərin təzyiqləri çətin ki, protest elektoratı hakimiyyətin üzərinə qaldıra bilsin. Yanvardakı gərginlik və cəmiyyətin ovqatı ilə dekabrdakı siyasi-sosial ab-hava arasında yerlə-göy qədər fərq var. Narazılığın qazı çıxarılıb, ölkədə boşalma gedib.

İkincisi, həmişə təhdid gözlədiyimiz Moskva ilə əlaqələr ən yüksək səviyyədə inkişafdadır. Gürcüstandan fərqli olaraq, Azərbaycanda anti-Rusiya ritorikası güclü deyil, cəmiyyət o əhval-ruhiyyəyə də köklənməyib.

O zaman əgər rəsmi Bakının erkən seçki planı payızda taleyüklü qərarların verilməsinə hazırlıq üçün hesablanıbsa, qazanılan divident sabun köpüyünə çevrilə bilər.

Hökumət nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmağa hazırlaşır (onsuz da Qoşulmama Hərəkatı sədrliyi bizdədir), nə də 5 rayonun qaytarılması müqabilində Dağlıq Qarabağın ermənilərdə qalmasına…Çünki buna gedilərsə, hakimiyyətə baha başa gələ bilər.

Əvvəlki yazı

Mədət Quliyev generala vəzifə verdi

Sonrakı yazı

Araz Əlizadə: “Hadı Rəcəbli ən kasıbıdır”

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.