11-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

20 Yanvar olmaya bilərdimi? – Nemət Pənahlıya ittiham

20 Yanvar 2022, 10:41
Gündəm
A A
20 Yanvar olmaya bilərdimi? – Nemət Pənahlıya ittiham

Jurnalist Xəqani Səfəroğlu facebook hesabında 13 yanvar 1990-cı ildə Azadlıq meydanındakı mitinqdə milli azadlıq hərəkatının öncül isimlərindən sayılan Nemət Pənahlının çıxışının stenoqramından bir parça paylaşıb. Çıxışda Nemət Pənahlı rəsmən Sovet Ordusunu Bakıda qırğına sövq edir. O deyir ki, Şmidt adına zavodda silah istehsalına başlanıb. Milli fədailərdən ibarət silahlı könüllülər yaradılıb və s.

Amma indiyə qədər 20 Yanvar faciəsi günlərində nə silahların hazırlanması, nə də könüllü dəstələrin yaradılması barədə bir fakt belə yoxdur.

AXC rəhbərliyi bu cür provokasiyaların qarşısını almaqda niyə acizlik edib? Görünən odur ki, AXC-nin ovaxtkı rəhbərliyində fikir ayrılığı olub. Radikallar və liberallar qanadları olub ki, onlar arasında ciddi mübahisə yaranıb. Birincilər deyiblər ki, barrikadalar quraq, müqavimət göstərək, ikincilər isə bunun faydasız olduğunu, xalqı qırğına verəcəyini bildiriblər.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, xalq hərəkatının iştirakçılarından olan Fərəc Quliyev də deyir ki, o açıqlamalar qüsurlu idi: “Orada da, ondan sonra da, bu gün də Nemət Pənahlı çıxışlarında Əbülfəz Elçibəyə qarşı olub. O, sərbəst davranır, meydanda mən nə deyirəmsə o olmalıdır, oturun, durun kimi hərəkətlər edirdi. Doğrudur, o vaxt Xalq Cəbhəsində fraksiyaçılıq var idi. Bunu mədəni şəkildə deyirəm. Əslində bu, bölünmə idi. Liberal və radikal qanadlar fəaliyyət göstərirdi. Bu çağırışlar tamamilə yanlış idi”.

Fərəc Quliyevin səs yazısı yayıldı - “Baxın görün, bizi Milli Məclisdə  kimlər təmsil edir” | KONKRET

Fərəc Quliyev: “Nemətin fikirləri o, vaxtkı Xalq Cəbhəsi rəhbərliyinin fikirləri deyildi”

F.Quliyev həmin dövrdə kustar silahların hazırlandığını da bildirdi: “Hər yerdə primitiv silahlar hazırlamaq kimi işlər görülürdü. Amma bunlar rus ordusunu çağırıb onlara qarşı vuruşmaq məqsədilə edilmirdi. Həmin vaxt Qarabağda döyüşlər gedirdi. Sərhəd bölgələrində vəziyyət çox gərgin idi. Ən müxtəlif yerlərdə primitiv silahlar hazırlamaq üçün işlər aparılırdı. Əlimizə keçən silahları İrandan Araz çayı vasitəsilə keçirirdik. Bu məsələlərdə çox çətinliklər çəkirdik. Əlbəttə, meydanda və başqa yerlərdə bu cür çağırışlar etmək anormal məsələlər idi. Gərək düşmənin üstünə gəlməyinə əsas verməyəsən. Əlbəttə, bizim möhtəşəm hazırlığımız, gücümüz olsaydı, rus ordusunun qarşısını alardıq, Bakımızdan qovardıq. Amma bu imkanlar yox idisə, sükut günləri elan edib evlərə çəkilməyin tərəfdarı idim. Amma hesab edirəm ki, Nemətin fikirləri ovaxtkı Xalq Cəbhəsi rəhbərliyinin fikirləri deyildi. Onun özü də bu məsələləri etiraf edib. Razılaşıram ki, belə çağırışlar etmək doğru deyildi”.

Ənvər Əliyev: “Deputat iş verən, yolçəkən, ağacəkən deyil” - MÜSAHİBƏ

Ənvər Əliyev: “Bilərəkdən, yaxud bilməyərəkdən Nemət bu hadisələrin şiddətini artırdı, ölənlərin sayının çoxalmasına səbəb oldu”

Meydanın ilk aparıcısı və təşkilatçılarından olan Ənvər Əliyev Nemət Pənahlının məsuliyyətsiz çıxışlarının bu prosesi şiddətləndirdiyini qeyd etdi: “Mən də həmin  vaxt o meydanda olmuşam. Orada arxa binalardan ermənilərin təhrik etmələrinin də şahidiyəm. Silah məsələsini mən də eşitmişəm. Onda biz əsasən Prezident Aparatının qabağına yığışmışdıq. Bir söz də deyim. Bu hadisələr olacaqdı. Gözümüzün qabağında baş verənlərdən çıxış edərək bunları əminliklə deyirəm. Amma bunun müəyyən şiddəti var. Əgər məsuliyyətsizlik olmasaydı, hamıya deyilsəydi ki, evdən bayıra çıxmayın, o zaman nə edəcəkdilər? Evlərə girib insanları qırası deyildilər ki. Xüsusi qüvvələr var idi. Bizim həyətdə, 6-cı mikrorayonda ”QAZ-24″ maşınla qışqıra-qışqıra iki dəfə fırlanıb çağırış edirdilər ki, küçələrə çıxın, qoşun gəlir, onun qarşısını almaq lazımdır. O vaxt sovet vətəndaşlarının hamısında bu fikir var idi ki, bu qoşunlar adamları öldürməz. Hər kəs eyforiyaya qapılmışdı. Heç kəs gözləmədiyi halda bu qəddarlıqla üzləşdi. Amma Nemətin də məsuliyyətsiz çıxışlarının olduğunu demək lazımdır. Elə meydanın özündə mənimlə mübahisə etdi ki, sən niyə istefa vermirsən. Adam anlamırdı ki, silah vətəndaş müharibəsi deməkdir. Bəlkə də yalandan xal qazanmaq üçün püfüləyirdi ki, silah istehsalına başlanılıb. Bir sözlə, meydanda məsuliyyətsiz hərəkətləri çox idi. Özü bir neçə dəfə etiraf edib, hökumət məni çağırdı, tapşırıq verdi ki, meydanı necə ələ almaq, nümayişlərə necə mane olmaq lazımdır. Onun məsuliyyətsizliyi bu hadisələri, sadəcə, şiddətləndirdi. Əks tərəfə bir sözlə sanki fürsət verirdi. Necə ki, OMON-çulara qarşı belə münasibət sərgiləndi ki, hökuməti yıxmaq istəyirdilər. 20 Yanvarda da həmin şeylər oldu. Bilərəkdən, yaxud bilməyərəkdən Nemət bu hadisələrin şiddətini artırdı, ölənlərin sayının çoxalmasına səbəb oldu”.

Əvvəlki yazı

İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər

Sonrakı yazı

“Ermənistandan cavab gözləyirik” – Hikmət Hacıyev

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.