25-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

198 nəfəri aldadanların məhkəməsində zərərçəkmiş: “33 min manatımı alıb…”

10 İyul 2019, 16:12
Cəmiyyət
A A
198 nəfəri aldadanların məhkəməsində zərərçəkmiş: “33 min manatımı alıb…”

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Cahangir Alışov və Habil Fətəliyevin cinayət işi üzrə məhkəmə prsesi keçirilib.

Trend-in məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən zərərçəkmiş Ruhiyyə Rəsulova bildirib ki, “Yüksəliş” MTK-dan ev almaq üçün təqsirləndirilən şəxslərə 33 min pul verib, amma alacağı bir otaqlı mənzil başqa şəxslərə də satılıb: “Bu məbləğdən mənə yalnız 3 min manat qaytarılıb. Ev alqı-satqısı ilə məşğul olan Zaur istintaqda 3 min verib dedi ki, ona çatan bu məbləğ olub”.

Təqsirləndirilən Habil Fətəliyev bildirib ki, zərərçəkmişə dəymiş ziyan ödəniləcək.

Hakim deyib ki, bir neçə aydır davam edən məhkəmə istintaqı dövründə belə vədlər verilsə də, hələlik zərərçəkmişlərdən heç biri məhkəməyə barışıq ərizəsi təqdim etməyib. Habil Fətəliyev isə 81 nəfərlə razılığa gəldiklərini deyib.

Prokuror bildirib ki, zərərçəkən şəxslər dəymiş ziyanın əvəzinə mənzil almaq üçün “Şərur MTK”ya göndərilsə də, həmin şəxslərdən əlavə ödəniş tələb edilir. Zərərçəkənlər “Yüksəliş” MTK-ya mənzilin kvadratına görə 400 manat ödəyib. “Şərur” MTK isə mənzilləri 900-1250 manata satır. Bununla da zərərçəkənlərdən 400 manatdan əlavə ödənişlər tələb edilir və belə olan halda mənzil verilir. Prokuror deyib ki, bu zərərin ödənməsi demək deyil.

Təqsirləndirilən şəxslərin vəkilləri bildiriblər ki, “Şərur” MTK-nın təklif etdiyi mənzillər təmirli olduğu üçün baha satılır.

Məhkəmədə iştirak edən zərərçəkmişlər “Şərur” MTK-nın təklifi ilə razılaşmadıqlarını deyiblər: “Şərur” MTK-nın 1250 manata təklif etdiyi mənzillər bizi qane etmir. Yeni Yasamalda o qiymətə ev almağa dəyməz. Camaat 1300 manata “Elmlər Akademiyası”ndan ev alır. “Şərur” MTK isə divara rəng vurub adını “təmirli” qoyub o qiymətə satır”.

Proses davam edəcək.

Qeyd edək ki, Cahangir Alışov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı), H.Fətəliyevə isə 178.3.2 və 313-cü maddələri ilə ittiham edilir.

Cahangir Alışov “Yeni Yasamal” MTK-nın sədri olub. Habil Fətəliyev isə Cahangir Alışovun səlahiyyətli nümayəndəsi-hüquqşünas kimi fəaliyyət göstərib. İttihama görə, “Yeni Yasamal” MTK və “Yüksəliş-C” MMC-nin tikdiyi binalarda mənzillər biur neçə nəfərə satılıb. Bu cinayət işi üzrə zərərçəkən vətəndaşların sayı 198 nəfərdir.

Xatırladaq ki, Cahangir Alışovun oğlu Samir Alışov da həbsdədir. O da eyni ittihamlarla təqsirli bilinərək həbs edilib. Samir Alışov da bir evi bir neçə nəfərə satmaqda ittiham edilir.

Əvvəlki yazı

EYYUBOVUN OĞLUNUN LONDONDAN KANADAYDƏK UZANAN BÖYÜK BİZNESİ – Forolar

Sonrakı yazı

Prezident İlham Əliyev MEDEF-ə üzv olan şirkətlərin nümayəndələrini qəbul edib –TAM MƏTN

Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.