12-05-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

1918-ci ildə təməli qoyulan dövlətçiliyimiz bu gün inkişaf və tərəqqi dövrünü yaşayır

25 May 2023, 18:52
Cəmiyyət
A A
1918-ci ildə təməli qoyulan dövlətçiliyimiz bu gün inkişaf və tərəqqi dövrünü yaşayır

 

Zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqının tarixində 28 may xüsusi önəm kəsb edir. 1918-ci ilin bu günündə yüz ildən artıq müddətdə rus imperiyasının irticaçı siyasətinin qurbanı olan, bütün hüquqlarından məhrum edilərək “velikorus” ideologiyasının girovuna çevrilən bir xalq ayağa qalxıb məhv edilmiş dövlətçilik ənənələrinə söykənərək Şərqin ilk demokratik cümhuriyyətinin əsasını qoydu. Bu o xalq idi ki, rus imperializmi illərlə onu ən geridə qalmış xalq, mədəniyyətdən, sivilizasiyadan uzaq düşmüş kütlə kimi qələmə verirdi. Amma bütün təzyiqlərə, hədələrə baxmayaraq 28 may tarixində Şərqdə-Azərbaycanda bir ay-ulduz parladı-azadlığın və demokratiyanın ilk qığılcımı !

Tarixi hadisələri analiz etsək belə qənaətə gəlmək olar ki, əgər 1918-ci ildə Xalq Cümhuriyyəti qurulmasaydı, sonrakı mərhələdə SSRİ təşkil olunarkən Azərbaycan, bəlkə də, bu İttifaqın tərkibinə müttəfiq respublikalardan biri kimi yox, muxtar-avtonom vilayət kimi daxil olardı. Eyni zamanda, tarixdə Azərbaycan Xalq Cümhuriyyəti olmasaydı, SSRİ-nin dağılmasından sonra ölkəmiz Rusiya Federasiyasının subyekti kimi hüquqi status qazana bilərdi. Bütün bunlar AXC-nin tariximizdə nə qədər böyük rol oynadığını bir daha sübut edir.

1918-ci ilin martında bütün Azərbaycan boyda bir soyqırım törədilmişdi. Bakıdan İrəvana , Şuşadan Qubaya qədər 50 mindən çox azərbaycanlının günahsız qanı axıdılmışdı. Məhz belə bir məqamda-dünyanın siyasi xəritəsinin yenidən çəkildiyi məqamda böyük bir tarixi yükü, missiyanı çiyinlərinə götürən istiqlal savaşçıları Tiflisdə Azərbaycan tarixinin ən böyük, şərəfli bir sənədinə imza atdılar. Zaman 1918-ci il, tarix 28 may idi…

Bütün dünyaya müsəlman Şərqinin ilk azad, demokratik respublikasının yarandığını duyuran “İstiqlal Bəyannaməsi” elan edildi.Çox çətin iqtisadi-siyasi şərtlər altında cəmi 23 ay mövcud olmuş AXC tariximizdə silinməz izlər qoymuş, müstəqil dövlətçiliyimizin atributlarını formalaşdırmışdır. 23 ay tarix baxımından çox qısa zaman olsa da qurucu babalarımız həmin müddət ərzində bütün dünyaya örnək olacaq bir demokratik dövlət strukturu formalaşdırmağı bacardılar.
Daşnak-bolşevik işğalı altında olan Bakının azad olunması üçün qəti adımlar atıldı, iyunun 26-da Milli ordunun yaradılması barədə fərman verildi. Nəticədə Qafqaz İslam ordusu və Azərbaycan silahlı qüvvələri sentyabrın 15-də həlledici hücumla Bakını düşmən tapdağından azad etdi.

Qısa müddət ərzində çoxpartiyalı, bütün millətlərin nümayəndələrinin təmsil olunduğu parlament seçkiləri və 1918-ci il dekabrın 7-də demokratik parlamentin ilk iclası keçirildi. Fəaliyyət göstərdiyi müddət ərzində 230-dan çox qanun qəbul edən parlament dövlətçiliyimizin qorunması istiqamətində mühüm rol oynadı.

Mövcud olduğu 23 ay ərzində AXC dövlətçilik tariximizdə mühüm əhəmiyyət kəsb edən addımlar atdı.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin vətəndaşlarda milli özünüdərki və istiqlal duyğularını gücləndirməyə xidmət edən mühüm addımlarından biri də 1918-ci il iyunun 27-də “Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında” qərarın qəbulu olmuşdur. Həmçinin milli bayrağımızın, gerbimizin, dövlət himninin qəbul olunması dövlətçilik atributlarının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar hesab olunur.

BDU-nun yaradılması, təhsil sahəsində aparılan inqilabi islahatlar, erməni işğalçılarına qarşı qalibiyyətli mübarizə, sosial-iqtisadi tədbirlər, dünya birliyi ilə-xüsusilə qonşu dövlətlərlə formalaşdırılan diplomatik münasibətlər AXC-nin qısa müddət ərzində nail olduğu böyük uğurlardır. Dünyanın zəngin demokratik ənənələrə malik olan dövlətlərinin on illərlə qət etdiyi yolu AXC cəmisi 23 aya keçməyə müvəffəq oldu. Özünü demokratiyanın beşiyi hesab edən ölkələrdə milli, cinsi ayrıseçkiliyin hökm sürdüyü bir zamanda AXC qadınlara seçki hüququ verərək nə qədər demokratik dəyərlərə sadiq olduğunu bir daha dünyaya sübut etdi.

Amma Ümummilli Lider Heydər Əliyevin təbirincə desək “Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi.” Təsadüfi deyil ki, yaranmış gərgin beynəlxalq siyasi şəraitdə AXC öz müstəqilliyini uzun müddət qoruyub saxlaya bilmədi və 1920-ci ilin aprelində Rusiyasının növbəti işğalına məruz qaldı. Amma Sovet rejiminin amansız işğal rejiminə, milli kimliyimizi məhvetmə siyasətinə baxmayaraq Azərbaycan xalqı tarixin bu sınağından da alnı açıq çıxmağı bacardı.

Tam əminliklə demək olar ki, bu günkü müstəqil Azərbaycanın təməlləri hələ ötən əsrin 70-ci illərindən – Heydər Əliyevin ölkəmizə rəhbərliyə başlamasından sonra atılıb. AXC-nin dövlət quruculuğu sahəsində atdığı addımları H.Əliyevin 70-ci illərdə qəbul etdiyi qərarlarla müqayisə etsək dediklərimizə şübhə qalmaz. Azərbaycan dilinin dövlət dili səviyyəsinə qaldırılması, hüquqi islahatların aparılması, milli ordu formalaşdırılması, iqtisadiyyatın gücləndirilməsi və s. Məhz Ulu Öndərin zamanında atdığı müdrik addımlar sonradan Azərbaycanın müstəqillik yolunda əhəmiyyətli rol oynadı.

Tarix Heydər Əliyevə həm də müstəqil Azərbaycanın xilaskarlıq missiyasını bəxş etmişdi. Əgər 90-cı illərdə Heydər Əliyev dühası və siyasi müdrikliyi olmasaydı Azərbaycan qazandığı müstəqilliyi daha qısa müddətdə itirəcəkdi. Ümummilli liderin fövqəladə istedadı və dövlətçilik bacarığı dünyanın siyasi xəritəsində seçilməyən, parçalanaraq məhv olmaq təhlükəsi ilə üz-üzə qalan kiçik bir ölkəni strateji bir tərəfdaşa, regionun söz sahibinə, etibarlı bir dövlətə çevirdi. Ulu Öndər bütün dünyaya Azərbaycan həqiqətini çatdırdı, sübut etdi, inandırdı…

Ümummilli lider Heydər Əliyev torpaqları işğal olunan, ruhu sındırılan bir ölkəyə rəhbər gəlmişdi. Amma öz xalqına güclü iqtisadi təməlləri olan, dünyanın tanıdığı, etibar etdiyi və ən əsası qalibiyyət eşqi ilə yaşayan bir Azərbaycan miras qoydu. Onun xalqına özü qədər inandığını söylədiyi İlham Əliyev böyük liderin, dövlət adamının bütün əməllərini uğurla davam etdirir.

Bu gün Azərbaycan dünyada söz sahibi olan, beynəlxalq layihələrdə aparıcı rol oynayan, qalib bir ölkədir. İllərlə torpaqları pay-püşk olunan, məğlubiyyət sindromundan qurtara bilməyən Azərbaycanımız qalib dövlət kimi dünyada tanınır. Bayrağımız Şuşada düşmənə göz dağı kimi dalğalanır.
Artıq 1918-ci ildə müstəqil dövlətimizi yaradan babalarımızın da ruhu şaddır. Onların bizlərə miras qoyduğu Azərbaycan düşündüklərindən də güclü və qüdrətlidir. 1918-ci ildə təməlləri atılan dövlətçiliyimiz bu gün inkişaf və tərəqqi dövrünü yaşayır.

Əlvan Həsənova
Abşeron rayon Qobustan kənd tam orta məktəbin direktoru

Əvvəlki yazı

Fırtına başlayır… Zelenskinin müşaviri açıqladı: Əks-hücum artıq başlayıb

Sonrakı yazı

PFDK qərarları açıqlandı! Şenol Günəşə pul cəzası kəsildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.