11-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

180 MİNLİK “BMW” “QAÇQINKOM”UN HARASINA YARAŞIR?! – İslahat israfçılıq demək deyil…

27 Yanvar 2019, 21:15
Seçmə, Banner
A A
180 MİNLİK “BMW” “QAÇQINKOM”UN HARASINA YARAŞIR?! – İslahat israfçılıq demək deyil…

Hər kəsə bəllidir ki, Azərbaycanda yüksək vəzifə bir çox fəzilətlərlə yanaşı, bahalı mebelli böyük kabinet və par-par yanan xidməti avtomobil deməkdir. Təbii ki, bütün bunlar vəzifəyə təyin olunan məmurun cibi yox, dövlətin vəsaiti hesabına təmin olunur. Ona görə də, bir çox hallarda bu və ya digər qurumun idarəetmə və təsərrüfat xərcləri özünü fantastik rəqəmlərdə ifadə edir, bəzən də korrupsiya araşdırması predmetinə çevrilir.

Bugünlərdə mətbuatda bəzi büdcə təşkilatlarına dövlət satınalmaları xəttilə alınan bahalı avtomobillərin siyahısı dərc edilmişdi. Siyahıda adı və əhəmiyyəti geniş ictimaiyyət üçün az qala heç bir məna kəsb etməyən qurumlar var. Məsələn, Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi Üzrə Dövlət Müfəttişliyi üçün alınan iki xidməti avtomobilə 106 min 200 və 72 min 700 manat olmaqla, cəmi 200 min manata yaxın pul ödənilib. Yaxud, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsis etdiyi “Təhlükəli Tullantılar” MMC-yə 140 min manat (!) qiyməti olan 1 ədəd “Toyota Land Kruiser” avtomobili alınıb.

Bir soruşan varmı ki, bu qurumlar ölkəyə hansı məbləğdə xeyir veriblər ki, onlara bu bahalıqda maşınlar alınır? Lap tutaq ki, bu təşkilatlar hansısa ciddi əhəmiyyətə malikdirlər. Hətta bu halda da, daha ucuz marka və modellərdə minik avtopmobilləri almaq olmazdımı? Böyük ehtimalla həmin avtomobillər sözügedən qurumlara rəhbərlik edənlərin xidməti maşınlarıdır. Hansı ki, hələ 2016-cı ilin yanvar ayında Azərbaycan prezidenti məmurlara Naxçıvanın Avtomobil Zavodunda (NAZ) istehsal edilmiş avtomobilləri tövsiyə etmişdi. Bir tərəfdən ölkə rəhbərliyi səviyyəsində idarəetmə aparatının təkmilləşdirilməsi, xərclərin azaldılması tapşırığı, digər tərəfdən də əhalinin vergiləri və neft gəlirləri hesabına formalaşan büdcəyə münasibətdə bu israfçılıq və bər-bəzək, komfort, lüks həyat yarışı…

bmv

Təəssüf ki, bu israfçılıq və dəbdəbə yarışına qoşulanlar sırasında Azərbaycanın Qarbağ və Qərbi Azərbaycan kimi böyük dərdlərinin əsəri olan Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi də var. Komitəyə ötən il 179 min 444 manatqiymətində bir ədəd “BMW 740 Lİ” markalı xidməti avtomobil alınıb. Əslində, bu faktı şərh etməyin özü utancvericidir. Çünki modelindən və qiymətindən bəlli olur ki, bu lüks avtomobil böyük ehtimalla komitənin sədri üçün nəzərdə tutulub.

Xatırladaq ki, ötən il “Qaçqınkom”un rəhbərliyi dəyişdirildi və sədr vəzifəsinə deputat Rövşən Rzayev gətirildi. Bu təyinatdan əvvəl uzun illər həmin quruma rəhbərlik edən Əli Həsənov isə bu komitədə yaratdığı korrupsiya bataqlığı və nəvəsinin təxminən 200 min civarında qiyməti olan maşını ilə şəhərin mərkəzində qaçhaqov oynayanda törətdiyi ağır qəza ilə yadda qaldı. Və hamı da bu maşının alışında “qaçqın pullarının” payı ilə maraqlandı…

sedr

Əli Həsənovun əvəzinə sədr postuna gətirilən Rövşən Rzayev isə daha çox islahatçı komandanın nümayəndəsi kimi tanınır. Ancaq bu bahalı lüks avtomobildən istifadə edilməsi onun “islahatçı” imicini kölgə altına almış olmurmu? Axı islahat və israfçılıqsözləri zahirən bir-birinə oxşasalar da, mahiyyətcə tamamilə fərqli və bir yerə sığmayan anlayışlardır. Xüsusilə də “Qaçqınkom” kimi missiyası bəlli bir qurumda dəbdəbə, komfort və lüks anlayışları öndə gələ bilərmi?

Görəsən, hələ də bir xeyli hissəsi antisanitariyanın tüğyan etdiyi, adi məişət şəraitinin olmadığı yataqxanalarda ağır sosial vəziyyətdə yaşayan insanlarla işləyən bir qurumun rəhbəri az qala 200 min manat qiyməti olan maşına oturmağı özünə necə rəva bilir?Bu avtomobili uzaqdan görən qaçqının ağlına gələn birinci söz “toxun acdan nə xəbəri” deyilmi? Görəsən, ümumiyyətlə “od qiymətinə” olan bu lüks maşının pəncərəsindən əyin-başı və daxmasındakı “var-dövləti” heç onun bir təkərinin qiyməti qədər olmayan qaçqın, həmin qaçqının dərd-səri necə görünür? Axı 180 minlik “BMW” “Qaçqınkom”un nəyinə, harasına yaraşır?

Bir sözlə, hamı bilir və “Qaçqınkom”a rəhbərlik edənlər də bilməmiş deyillər ki, bu qurum kefdən yox, əlacsızlıqdan yaradılıb – el-obasından, ev-eşiyindən didərgin düşənlərin dərdinə az da olsa əlac etmək üçün, kimlərəsə lüks həyat tərzi təmin etmək üçün yox…

Cəlal MƏMMƏDOV
AzPolitika.info

Əvvəlki yazı

BAKI MƏHKƏMƏSİNDƏ HAKİMİN İLDIRIMSÜRƏTLİ QƏRARI – 12 milyon avroluq işə cəmi 4 dəqiqə?

Sonrakı yazı

Məhəmmədəli Qəribli “reket jurnalist”in ipini buraxmadı – GÖYGÖLDƏ MƏHKƏMƏ

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.