22-01-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Ramiz Mehdiyevin cinayət işi üzrə bir çox şəxslər istintaqa cəlb edilib” — Deputatdan ŞOK AÇIQLAMA

10 Dekabr 2025, 16:36
Gündəm, Cəmiyyət, Seçmə, Manşet
A A
“Ramiz Mehdiyevin cinayət işi üzrə bir çox şəxslər istintaqa cəlb edilib” — Deputatdan ŞOK AÇIQLAMA

“Azərbaycanda bir neçə dəfə hakimiyyəti qeyri-konstitusiya yolu ilə ələ keçirmək cəhdləri olub və bu prosesdə ən aktiv olan Şimal qonşumuzdur. Şimal qonşumuz Azərbaycandakı uzantıları və tərəfdarları vasitəsilə ölkədə nəzarət imkanları əldə etmək və öz adamlarını önə çəkərək  Azərbaycana təsir göstərmək istəyib. Hər dəfə bunun qarşısı alınıb, Azərbaycan xüsusi xidmət orqanları bu prosesləri vaxtında önləyə bilib”.

Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.

O bildirib ki, Moskvanın Azərbaycandakı əsas fiqurlarından biri, bəlkə də birincisi Ramiz Mehdiyev olub:

“Uzun müddət önəmli vəzifə daşıyan bu şəxs ətrafında geniş çevrə formalaşdırmağa nail olub. Nəhayət, onun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılıb və dövlətə xəyanət, hakimiyyəti zorakı yolla ələ keçirməyə cəhd kimi ciddi ittihamlar irəli sürülüb. Bu ittihamda göstərilən cinayətin həyata keçirilməsi üçün komanda olmalı idi və bunu bir nəfərin təkbaşına etməsi mümkün deyil. Bu baxımdan Ramiz Mehdiyevin formalaşdırdığı komanda müəyyən edilməli və həmin şəxslər məsuliyyətə cəlb olunmalıdır. Bu istiqamətdə ciddi addımlar atılır”.

Deputat qeyd edib ki, rəsmi məlumat verilməsə də, bir çox şəxslərin istintaqa cəlb edildiyi və ifadə verdiyi məlumdur və artıq həbs olunanlar da var:

“Əli Kərimli də bu cinayət işi üzrə şübhəli şəxs qismində məsuliyyətə cəlb edilib, barələrində həbs qətimkan tədbiri seçilib, eləcə də bu çevrədən olan bir neçə nəfər məsuliyyətə cəlb olunub. Görünən odur ki, Dövlət Təhlükəsizliyi Xidmətinin bu şəxslərin məsuliyyətə cəlb edilməsinə əsas verən ciddi məlumatları var və onların barəsində həbs qətimkan tədbirinin seçilməsi də bununla bağlıdır. Bu proses davam edəcək və davam etməlidir. Azərbaycanda qeyri-konstitusiya yolu ilə hakimiyyəti ələ keçirməyə cəhd edən şəxslər tam müəyyən edilməli və hər biri məsuliyyət daşımalıdır”.

Onun sözlərinə görə, dövlət qarşısında xidmətləri olmuş şəxslər belə, bu xidmətlər nəzərə alınmadan məsuliyyətə cəlb edilməlidir:

“Çünki dövlətin suverenliyinə qarşı yönəlmiş zorakılıq fəaliyyəti ən böyük cinayətdir və heç bir halda əfv edilə bilməz. Bu istiqamətdə fəaliyyət göstərən hər kəs məsuliyyətə cəlb olunmalıdır. Dövlət maraqları və milli təhlükəsizlik hər şeydən öndədir və kimliyindən asılı olmayaraq bu prosesdə iştirak edən hər kəs sərt şəkildə cəzalandırılmalıdır. Azərbaycan hüquq-mühafizə orqanların peşəkarlığına tam əminəm. Proses sona qədər davam edəcək və bu məsələdə günahı olan hər bir kəs layiqli cəzasını alacaq”.

Əvvəlki yazı

“Batmaq ehtimalları yoxdur, bəlkə də, İrana gedib çıxıblar…” – Video

Sonrakı yazı

Gəncə sakini 80 manata görə tanışını döydü — TƏFƏRRÜAT

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

22 Yanvar 2026, 12:47
Azyaşlı “Bəhlulun xeyrinə 3:2 olacaq” demişdi, ondan forma istəyir — VİDEO

Azyaşlı “Bəhlulun xeyrinə 3:2 olacaq” demişdi, ondan forma istəyir — VİDEO

22 Yanvar 2026, 12:39
Fuad Ələsgərovla Mədət Quliyev 3-cü qola belə sevindilər — VİDEO/FOTOLAR

Fuad Ələsgərovla Mədət Quliyev 3-cü qola belə sevindilər — VİDEO/FOTOLAR

22 Yanvar 2026, 12:24
Ağdamın ilk küçə adları — FOTO

Ağdamın ilk küçə adları — FOTO

22 Yanvar 2026, 12:22
Qumral: “Musayevlər ailəsini özümə düşmən bilirəm” — VİDEO

Qumral: “Musayevlər ailəsini özümə düşmən bilirəm” — VİDEO

22 Yanvar 2026, 12:21
“Referans” klinikasında pasiyentlərə qarşı hörmətsizlik — FOTOLAR

“Referans” klinikasında pasiyentlərə qarşı hörmətsizlik — FOTOLAR

22 Yanvar 2026, 12:19
Kəmalə Ağazadə xəstəxanaya yerləşdirildi — Vəziyyəti ağırdır

Kəmalə Ağazadə xəstəxanaya yerləşdirildi — Vəziyyəti ağırdır

22 Yanvar 2026, 12:18
Şeyxin qudasının Məkkədə biznesi var? — Özündən AÇIQLAMA

Şeyxin qudasının Məkkədə biznesi var? — Özündən AÇIQLAMA

22 Yanvar 2026, 12:16
21 yaşlı oğlan küçədə infarktdan öldü – Foto

21 yaşlı oğlan küçədə infarktdan öldü – Foto

22 Yanvar 2026, 12:15
“Çıxmaq istəyib, lap yaxşı, xoş getdi!” – Anardan reaksiya

“Çıxmaq istəyib, lap yaxşı, xoş getdi!” – Anardan reaksiya

22 Yanvar 2026, 12:06
Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkarlanıb

Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkarlanıb

22 Yanvar 2026, 12:04
Bəşər Əsədin əmisi öldü

Bəşər Əsədin əmisi öldü

21 Yanvar 2026, 16:34
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib

21 Yanvar 2026, 16:24
Leyla Əliyeva Efiopiya səfərindən görüntülər paylaşıb — VİDEO

Leyla Əliyeva Efiopiya səfərindən görüntülər paylaşıb — VİDEO

21 Yanvar 2026, 16:10
Həbsxanadan çıxan Elşad Xose paylaşım etdi

Həbsxanadan çıxan Elşad Xose paylaşım etdi

21 Yanvar 2026, 16:07
“İnanın mənə, bu, xoş hissdir” – Prezident

“İnanın mənə, bu, xoş hissdir” – Prezident

21 Yanvar 2026, 13:18
4 ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı

4 ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı

21 Yanvar 2026, 13:16
İsa Həbibbəyli bu şəxsin çətiri altına giribmiş — FOTO

İsa Həbibbəyli bu şəxsin çətiri altına giribmiş — FOTO

21 Yanvar 2026, 13:15
İlham Əliyev İsrail Dövlətinin Prezidenti ilə görüşüb — FOTOLAR

İlham Əliyev İsrail Dövlətinin Prezidenti ilə görüşüb — FOTOLAR

21 Yanvar 2026, 13:13
Trampla Əliyev arasında məktub mübadiləsi oldu

Trampla Əliyev arasında məktub mübadiləsi oldu

21 Yanvar 2026, 13:03

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.