Bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Tovuz rayonunda 27 sentyabr – Anım Günü ilə bağlı keçirilən tədbirdə iştirak edib.
Reportyor.info-nun məlumatına görə, tədbirdə çıxış edən millət vəkili qeyd edib ki, 27 Sentyabr xalqımızın həm hüzn, həm də qürur günüdür.
O, Vətən müharibəsində qazanılmış Qələbənin Azərbaycanın siyasi-iqtisadi və hərbi qüdrətinin göstəricisi olduğunu vurğulayaraq, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının ölkə rəhbərliyinin əsas prioritetlərindən biri olduğunu bildirmişdir.
Tədbirin sonunda şəhidlərin ruhuna dualar oxunmuş, Şəhidlər Xiyabanında ucaldılmış abidə kompleksi və əbədi məşəl önünə gül dəstələri düzülərək şəhidlərin əziz xatirəsi böyük ehtiramla yad edilmişdir.


































