12-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

12 Avqust 2025, 13:38
Cəmiyyət, Manşet
A A

“Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə” təsdiq edilib.

Reporyor.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti Azərbaycan Prezidentinin aktlarının bu Fərmana və “Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi”nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Prezidentinin 2024-cü il 28 sentyabr tarixli 199 nömrəli Fərmanına uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməli, Elektron Hökumət İnformasiya Sisteminin (EHİS) və onun altsistemlərinin aparılması, saxlanılması və təkmilləşdirilməsi, habelə bu Fərmanın 3.2-ci və 5.2-ci bəndlərində nəzərdə tutulmuş işlərin həyata keçirilməsi ilə əlaqədar xərclərin cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi, növbəti illərdə isə dövlət büdcəsi layihələrində müvafiq vəsaitin nəzərdə tutulması üçün tədbirlər görməlidir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi EHİS-in aparılması, fəaliyyətinin təşkili və inkişafı, EHİS-in Azərbaycan Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməli, Dövlət Təhlükəsizliyi Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdəAzərbaycan Prezidentinin “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” 2021-ci il 17 aprel tarixli 1315 nömrəli və “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli fərmanlarının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

Eyni zamanda elektron xidmətlərin təşkili, göstərilməsi və təkmilləşdirilməsi məqsədilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin (o cümlədən Mərkəzi Bankın) və digər büdcə təşkilatlarının (bundan sonra – qurumlar), eləcə də elektron imza xidmətindən istifadə üçün müraciət edən digər hüquqi və fiziki şəxslərin elektron imza vasitələri ilə təmin olunması işini təşkil etməli, qurumların elektron xidmətlər göstərməsində istifadə edilən dövlət informasiya ehtiyatları və sistemləri arasında informasiya mübadiləsinin EHİS vasitəsilə aparılmasının təmin edilməsi məqsədilə zəruri tədbirləri həyata keçirməli, qurumların elektron xidmətlərindən EHİS vasitəsilə “bir pəncərə” prinsipi əsasında istifadəni qurumlar tərəfindən elektron xidmətlər göstərilməsinin nəticəsi olaraq verilən sənədlərin EHİS vasitəsilə identikləşdirilməsi mexanizmini, eləcə də həmin mexanizmin təhlükəsizliyini və elektron xidmətlərin təşkili, göstərilməsi və təkmilləşdirilməsi üçün qurumlara metodiki dəstəyi təmin etməlidir. O cümlədən dövlət qulluqçularının və hərbi qulluqçuların informasiya texnologiyalarından istifadə və kibertəhlükəsizlik sahəsində hazırlıq səviyyələrinin artırılması məqsədilə tədris kurslarının təşkili istiqamətində zəruri tədbirləri həyata keçirməlidir.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Dövlət Xidmətlərinin Elektron Reyestrindən aşağıdakı məlumatların EHİS vasitəsilə “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə ötürülməsini və həmin məlumatların aktuallığını təmin etməlidir:

– elektron xidmətin adı, həmin xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısı, habelə elektron xidmətin göstərilməsindən imtina halları, ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişin məbləği, hüquqi əsası və ödənilmə üsulları barədə məlumatların;

– dövlət xidmətinin inzibati reqlamentində müəyyən edilən və xidmətin elektron formada göstərilməsi ilə bağlı olan digər məlumatların.

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, dövlət adından yaradılan publik hüquqi şəxslərə və digər büdcə təşkilatlarına tapşırılıb və Mərkəzi Banka tövsiyə edilib ki, EHİS-in fəaliyyətinin təmin edilməsi ilə bağlı sahibi və (və ya) operatoru olduqları dövlət informasiya ehtiyatlarının və sistemlərinin istifadəçilərinin identikləşdirilməsi prosesinin sadələşdirilməsi (asanlaşdırılması) məqsədilə həmin informasiya ehtiyatlarında və sistemlərində “Vahid Giriş” altsistemini tətbiq etsinlər, “Açıq məlumatlar” portalının fəaliyyətinin təmin edilməsi məqsədilə Nazirliklə birlikdə sahibi olduqları (formalaşdırdıqları) açıq məlumatların EHİS vasitəsilə “Açıq məlumatlar” portalına ötürülməsini, bu mümkün olmadığı halda daxil edilməsini və həmin məlumatların mütəmadi olaraq yenilənməsini təmin etsinlər.

Eyni zamanda elektron xidmətlər göstərilməsinin təşkili ilə bağlı aşağıdakı tədbirləri həyata keçirsinlər:

– fəaliyyət istiqamətlərinə uyğun olaraq elektron xidmətlər göstərilməsi üçün rəsmi internet informasiya ehtiyatlarında xüsusi elektron xidmət bölməsinin yaradılmasını və həmin bölmədə EHİS-ə keçidin verilməsini;

– elektron xidmətlərin “bir pəncərə” prinsipi əsasında EHİS vasitəsilə göstərilməsini;

– elektron xidmət bölməsində “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə keçid verilməsini, eləcə də bu bölmədən maneəsiz və sərbəst istifadənin təmin edilməsini;

– elektron xidmət bölməsinə müraciət edən şəxslər tərəfindən müvafiq sənədlərin (ərizə, blank və sair) elektron formasının interaktiv qaydada doldurulmasını, elektron informasiya ehtiyatlarına (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) daxil edilməyən sənədlərin skan edilmiş surətlərinin, elektron sənədlərin və məlumatların elektron formada qəbul edilməsini, bu barədə şəxsə təsdiq bildirişinin göndərilməsini və həmin sənədlərə normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada və müddətdə baxılmanın, eləcə də elektron xidmətlərin fasiləsiz göstərilməsinin təmin olunmasını;

– dövlət xidmətləri, o cümlədən elektron xidmətlər göstərilməsini tənzimləyən normativ hüquqi aktlarla ərizəyə əlavə edilməli olan sənədlərin və məlumatların EHİS vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsini, yalnız bu mümkün olmadığı hallarda onların təqdim edilməsinin müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunmasını və ya müraciət edən tərəfindən təmin olunmasını;

– göstərilən elektron xidmətlərə görə normativ hüquqi aktlarda nəzərdə tutulmuş rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsinin (ödəniş xidməti təchizatçıları vasitəsilə) təmin edilməsini, eləcə də elektron xidmət bölməsi vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə zəruri texniki təhlükəsizlik tədbirlərinin görülməsini;

– elektron xidmətlər göstərilməsində istifadə olunan dövlət informasiya ehtiyatlarında və sistemlərində saxlanılan məlumatların tamlığının, aktuallığının, mötəbərliyinin və təhlükəsizliyinin təmin edilməsini;

– elektron xidmətlər göstərilməsinin gedişatı barədə şəxsə EHİS-də yaradılan şəxsi kabinet, elektron poçt və ya telefon (mobil və stasionar) vasitəsilə məlumat almaq imkanının yaradılması üçün tədbirlər görülməsini və nəticənin ona təqdim olunmasını;

– elektron xidmətlər göstərilməsinin nəticəsi olaraq elektron sənədin və ya identikləşdirməyə imkan verən rekvizitlərə malik digər sənədin verilməsini (elektron xidmət göstərilməsinin nəticəsi olaraq sənədlərin və məlumatların verildiyi hallarda)

Əvvəlki yazı

“Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm” – Aytən Səfərova

Sonrakı yazı

Zəngəzur dəhlizinin əsas qapılarından biri bu kənddən keçəcək – Video

Viləşçay su anbarının qanunsuz zəbt edilməsi aşkar edildi

Viləşçay su anbarının qanunsuz zəbt edilməsi aşkar edildi

12 Avqust 2025, 15:31
Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir

Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir

12 Avqust 2025, 14:56
Saleh Məmmədov idarə rəisini işdən çıxardı

Saleh Məmmədov idarə rəisini işdən çıxardı

12 Avqust 2025, 14:15
Təhlükə yaradan “Ford” sürücüsü postda saxlanıldı – Video

Təhlükə yaradan “Ford” sürücüsü postda saxlanıldı – Video

12 Avqust 2025, 14:03
Arzu Nağıyev: ”Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi”

Arzu Nağıyev: ”Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi”

12 Avqust 2025, 14:01
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi

Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi

12 Avqust 2025, 13:55
“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar

“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar

12 Avqust 2025, 13:41
Zəngəzur dəhlizinin əsas qapılarından biri bu kənddən keçəcək – Video

Zəngəzur dəhlizinin əsas qapılarından biri bu kənddən keçəcək – Video

12 Avqust 2025, 13:39

12 Avqust 2025, 13:38
“Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm” – Aytən Səfərova

“Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm” – Aytən Səfərova

12 Avqust 2025, 13:36
Prezidentdən Hicran Hüseynova ilə bağlı – Sərəncam

Prezidentdən Hicran Hüseynova ilə bağlı – Sərəncam

12 Avqust 2025, 13:35
Azercell-in “İnfocell” xidməti müştərilərini “qarət edir”?!

Azercell-in “İnfocell” xidməti müştərilərini “qarət edir”?!

11 Avqust 2025, 14:27
Ağsuda 34 yaşlı kişini qətlə yetirib, meyitini doğrayaranlar həbs edildi

Ağsuda 34 yaşlı kişini qətlə yetirib, meyitini doğrayaranlar həbs edildi

11 Avqust 2025, 14:11
Vladimir Feketeyə “Dostluq” ordeni verildi

Vladimir Feketeyə “Dostluq” ordeni verildi

11 Avqust 2025, 13:55
Dövlət başçısından daha bir SƏRƏNCAM

Dövlət başçısından daha bir SƏRƏNCAM

11 Avqust 2025, 13:52
Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb – SƏRƏNCAM

Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb – SƏRƏNCAM

11 Avqust 2025, 11:30
TƏBİB: Metroda doğulan körpə süni tənəffüs aparatından ayrılıb, vəziyyəti yaxşılaşır

TƏBİB: Metroda doğulan körpə süni tənəffüs aparatından ayrılıb, vəziyyəti yaxşılaşır

11 Avqust 2025, 11:25
Abdin Fərzəliyevin yol əməliyyatı – 5 milyonluq tender və bərbad yollar

Abdin Fərzəliyevin yol əməliyyatı – 5 milyonluq tender və bərbad yollar

11 Avqust 2025, 11:22
34 yaşlı kişi qətlə yetirilib, meyiti doğranaraq Ağsuda dağlıq əraziyə atılıb

34 yaşlı kişi qətlə yetirilib, meyiti doğranaraq Ağsuda dağlıq əraziyə atılıb

11 Avqust 2025, 11:15
8 Noyabrdan 8 Avqusta… – Rəşad Məcid yazır

8 Noyabrdan 8 Avqusta… – Rəşad Məcid yazır

11 Avqust 2025, 11:01

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.