05-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Orta Asiya, Mərkəzi Asiya, yoxsa Türküstan… – Necə yazmalıyıq?

15 Oktyabr 2024, 14:55
Gündəm
A A
Orta Asiya, Mərkəzi Asiya, yoxsa Türküstan… – Necə yazmalıyıq?
“Vahid əlifba layihəsindən sonra Türküstan adının siyasi gündəmə gətirilməsi xüsusi önəm daşıyan addımdır. Ona görə Azərbaycan da analoji qərar verməlidir”.
Reportyor.info xəbər verir ki, bunu  araşdırmaçı jurnalist Rəsul Mirhəşimli deyib.
Onun fikrincə, Türkiyə Təhsil Nazirliyinin Orta Asiyanın Türküstan adlandırılması ilə bağlı qəbul etdiyi qərar yalnız bölgənin tarixi və mədəni kimliyini bərpa etməklə qalmayacaq:
“Eyni zamanda Türk Dövlətləri Təşkilatının inkişafına və Türk cümhuriyyətləri arasında inteqrasiyanın dərinləşməsinə də müsbət təsir göstərəcək. Bu qərar təkcə mədəni və ictimai məzmun kəsb eləmir, eyni zamanda, Stalin repressiyalarında itirilmiş hüquqların bərpası baxımından önəmlidir. Tarixə nəzər salsaq, görərik ki, Türküstan 1922-ci ildə SSRİ-yə bu adla daxil olub. Lakin türk adına nifrəti ilə tanınan diktartor Stalinin göstərişi ilə bu ad repressiyalar zamanı “Orta Asiya” adına dəyişdirilib. Bununla da Türküstanın mədəni və milli kimliyinə ciddi zərbə vuruldu. Bu dəyişiklik bölgənin tarixi irsinin unudulmasına, etnik cəhətdən müxtəlif xalqların bir-birindən uzaqlaşmasına səbəb oldu”.
Həmsöhbətimiz qeyd edib ki, Türküstan adının dəyişdirilməsi yalnız coğrafi deyil, eyni zamanda tarixi və mədəni bir kimliyin simvolu kimi unutdurulmaq üçün qəbul edilən siyasi qərar idi:
“Qeyd etmək lazımdır ki, Stalin repressiyaları təkcə Türküstanın adını dəyişdirməklə qalmadı, həmçinin Azərbaycanda 1938-ci ilə qədər mövcud  olan türk kimliyini və türk dilinin adını dəyişdirib, azərbaycanlı və Azərbaycan dili ifadəsini ortaya atdı”.
Rəsul Mirhəşimli hesab edir ki, Azərbaycan da Türkiyə Təhsil Nazirliyinin bu qərarını dəstəkləməklə yetinməməli, analoji qərar da verməlidir:
“Bu qərar həmin ərazilərin coğrafi baxımından adını özündə ehtiva edə bilər. Yetər ki, tarixi ədalətsizliyin aradan qaldırılması və mədəni, siyasi inteqrasiyanın genişləndirilməsinə yardımçı olsun. Bu da Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi baxımından mühüm rol oynaya bilər. Vahid  əlifba layihəsindən sonra Türküstan adının siyasi gündəmə gətirilməsi xüsusi önəm daşıyan addımdır. Bu qərarın real həyatda gerçəkləşdirilməsi üçün mühüm işlər görülməlidir”.
Qeyd edək ki, Türkiyənin Milli Təhsil Nazirliyi yeni təhsil proqramında ciddi dəyişiklik edib. Türkiyə Əsri Təhsil Modeli çərçivəsində edilən dəyişikliyə görə, tarix dərsliklərində artıq Mərkəzi Asiya regionu “Türküstan” adlandırılacaq. Türklərin yurdu mənasını verən Türküstan sözü ən qədim dövrlərindən işlənməyə başlayıb. XIX əsrin əsrin ikinci yarısında başa çatan rus istilası nəticəsində isə Türküstan anlayışı Orta Asiya adı ilə əvəzlənib (Qaynarinfo).
Əvvəlki yazı

Xəzər rayonunda nə baş verir? – Elşən Salahovun qohumları ilə bağlı ilginc iddialar

Sonrakı yazı

Erkən nikahlara qarşı Hindistan modeli: Dövlət təhsildən yayınan qızlar üçün nə edə bilər?

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.