20-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Antikorrupsiya həbsləri Ağsudan Bərdəyə çatır – İsayevlə yeganə müavini panikada…

24 Sentyabr 2024, 10:35
Gündəm
A A
Antikorrupsiya həbsləri Ağsudan Bərdəyə çatır – İsayevlə yeganə müavini panikada…

 

 

Ölkənin yerli icraedici orqanlarında aparılan antikorrupsiya həbslərinin Bərdə şəhərinə də çatacağı haqda xəbərlər yayılıb. Reportyor.info-nun məlumatına görə, ötən həftə Ağsu rayon İcra Hakimiyyətində korrupsiya faktı üzrə saxlanılan vəzifəli şəxslərin aqibəti Bərdə RİH-dəki məmurların canına vəlvələ salıb. Xüsusən də icra başçısı Vidadi İsayevlə müavini, daha doğrusu, onunla bütün çirkin maliyyə işlərini faizlə işləyən adamı İlham Məmmədovun “kürkünə birə salıb”. Çünki Bərdə İH hazırda iki nəfərin istilası altındadır. Biri Bərdə hakimi Vidadi İsayevdirsə, digəri dediyimiz kimi, onun olan-qalan müavini İlham Məmmədovdur. İH rəhbəri vaxtilə onunla işləyən, əslində, onlarla müqayisədə Bərdə camaatına ürək qızdıran digər müavinləri yola salıb, indi ikiadamlıq idarəetmə bazarı yaradıb. Ona görə də ətraflarına kimsəni yaxın buraxmayan Vidadi İsayev – İlham Məmmədov tandemi Bərdəni dükana çeviriblər. Bu ticarətdə isə İlham Məmmədovun öz gəlir faizi var, yerdə qalanı təbii ki, özünü padşah görən Vidadi İsayevə çatır. Eyni zamanda, İlham Məmmədov Vidadi İsayevin təkcə rüşvət, “qara dəftər” işlərinin başında getmir, həmçinin, bu illər ərzində başçının tapşırığı əsasında seçki saxtakarlıqlarında xüsusi imzası var. Vidadi İsayevin Bərdə rəhbəri olduğu dövrdə məhz İlham Məmmədov seçkilərin saxtalaşdırılmasını təşkil edib, icra nümayəndələri, seçki məntəqələrinin sədrləri, komissiya üzvləri başçı müavininə biət ediblər. İddialara görə, seçkilərdə onbaşılar, yüzbaşılar İlham Məmmədovun rəhbərliyi altında təşkil olunub. Yəni həm büdcə vəsaitlərinin mənimsənilməsində öz payı var, həm korrupsiya və rüşvət haqq-hesablarında canfəşanlıqla iştirak edib, həm seçki saxtakarlıqlarında müstəsna rolu olub. O baxımdan Ağsudan sonra Bərdədə antikorrupsiya əməliyyatı həyata keçirilərsə, Vidadi İsayev və “sağ əli” İlham Məmmədov məsuliyyətə cəlb oluna bilər.
Artıq bu yoxlamaların və həbslərin Bərdə İH-də təkrarlanacağı barədə sosial mediada iddialar səslənməkdədir. Məlumata görə, icra başçısı Vidadi İsayevin səkiləri, piyada yollarını satışa çıxarması, qanunsuz tikintilərə rüşvət müqabilində şərait yaratması ilə bağlı istintaq materialları, dəlil-sübutdan ibarət dosye hazırlanır. Bu qanunsuzluqlar üzrə toplanan sübutlar və materiallar əsasında Bərdə rayon İcra Hakimiyyətində antikorrupsiya həbsləri olacağı xəbər verilir. Eyni zamanda, yol verilən özbaşınalıqlar və korrupsiya faktları ilə bağlı icra başçısı Vidadi İsayevin hazırda vəzifədə olan yeganə müavini İlham Məmmədovun da əməllərinin təftişi gözlənilir. V. İsayevin nə birinci müavini, nə ictimai – Siyasi sektor üzrə müavini postundadır. Onların Bərdədədəki özbaşınalıqlara etirazına görə işindən kənarlaşdırılmasından sonra yalnız sosial-iqtisadi şöbənin müdiri İlham Məmmədov qalıb. Məlumata görə, başçı müavini Vidadi İsayevlə məhz faiz əsasında işləyir və onlar şəhərdə qanunsuz tikintilərə, yaşıllıqların, səkilərin zəbt olunub yerində obyekt inşa olunması cinayətlərinə birgə yol verirlər. Yəni başçı və müavini bölgəni ələ keçirib, onlara Bərdədə mane olacaq qüvvə də hələ ki yoxdur. Ümumən, Vidadi İsayev Bərdə rayonunda abadlıq-quruculuq işləri adı altında milyonlarla dövlət vəsaitini mənimsəyib. Onun 2011-ci ildən indiyədək Bərdəyə rəhbərlik etdiyi dövrdə satmadığı yer qalmayıb. Yerli mənbələr də qeyd edirlər ki, Ağsu rayonundan sonra növbə Bərdənin olmalıdır. Hətta bu əməliyyatın gecikdiyini vurğulayan müşahidəçilərin fikrincə, şəhər əldən gedir, İsayevlə Məmmədovu isə durduran yoxdur. Ona görə təxirəsalınmaz addımlar atılmasına zərurət var.
Ümumiyyətlə, Vidadi İsayevin Bərdədə apardığı talançılıq siyasətində onun sosial-iqtisadi məsələlər üzrə müavini olan İlham Məmmədov hər gün aktiv iştirak edir. İndinin özündə də hər gün otağına bir kitabça ilə daxil olduğu, gündəlik hesablama apardıqları, haradan nə qədər gəlir götürdükləri saf-çürük olunur. Rayonun sosial-iqtisadi sahəsinin inkişafı məqsədilə dövlətin ayırdığı milyonlarla vəsait də bu iki şəxs tərəfindən müxtəlif adlar altında mənimsənilib. Buna misal olaraq kənd təsərrüfatına ayrılan güzəştli kreditləri, subsidiyaları qeyd etmək olar. Əgər belə olmasaydı, İlham Məmmədov 150 minlik maşınları necə ala bilərdi? İlham Məmmədovun Vidadi İsayevə arxalanaraq son 5-6 ildə aqrar sektorun inkişafı üçün Bərdədə tikilən bütün heyvandarlıq komplekslərindən “pay” götürüb. Sahibkarlara verilən kreditlərdən icra hakimiyyəti “şapka” tutub.
Bundan başqa, İlham Məmmədovun oğlanları, 03.03.1996 təvəllüd Nicat və Kənan Məmmədovla, onların avtomobil kolleksiyası həmişə gündəm olub.
Dövlət nişanlı 90LV800, 90HL333, 90OV800, 90OR800, 99GE080 nömrələrlə, Range Rover, Mercedec AMG S65, Mercedec S500, Toyota Camry avtomobillər Məmmədovlara aiddir, amma hansı pulla? Hər halda, dövlət maaşına mümkün deyil…
Beləliklə, korrupsiya, seçki saxtakarlığı kimi dövlətə zərər vuran cinayətlərə bulaşmaqla bağlı ittihamlarla üzləşən Vidadi İsayev və İlham Məmmədov üçün sonun başlanğıcı görünməkdədir…

Əvvəlki yazı

Alimlər Cənubi Afrikada ən qədim insan DNT-sini deşifrə etdi

Sonrakı yazı

Rəqsanənin evindən 400 minlik oğurluq edildi Ətraflı

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.