27-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Növbədənkənar Prezident seçkilərində qalib xalq qalib liderinə səs verdi

16 Fevral 2024, 11:19
Cəmiyyət
A A
Növbədənkənar Prezident seçkilərində qalib xalq qalib liderinə səs verdi

 

20 ildən artıqdır ki, Azərbaycan xalqı böyük siyasətçi, Azərbaycan xalqının xilaskarı, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun davamçısı İlham Əliyevə öz dəstəyini verir.

 

Bu illər ərzində xalq öz prezidenti ətrafında bir yumruq kimi sıx birləşdi. Hər bir çətinliyə sinə gərdi. Bu illər uğurla dolu oldu. Bu müddət ərzində Ali Baş Komandanımızın rəhbərliyi ilə hər gün qələbəyə doğru irəlilədik və möhtəşəm Zəfər çaldıq.

 

30 il ərzində ermənilər tərəfindən quldurcasına işğal edilmiş torpaqlarımızı öz gücümüzlə-müharibə yolu ilə cəmi 44 gün ərzində Ermənistan ordusunu darmadağın edərək geri qaytardıq.

 

Müharibədə öz ordusu, əsgəri haqqında mif yaradan Ermənistanın 12 mindən çox fərarisi oldu. Azərbaycan Ordusunun qəhrəman əsgərləri isə bir addım belə geri atmadılar, daim irəli gedərək ərazilərimizi mənfur, xain ermənilərdən təmizlədilər. Vətənimiz bütövləşdi. Suverenliyimizə qovuşduq və bütün dünyaya öz gücümüzü, nəyə qadir olduğumuzu göstərdik. Tarixi ədaləti özümüz bərpa etdik. Şuşada, Laçında, Xankəndidə, Xocavənddə və digər bir vaxt işğal altında olan torpaqlarımızda artıq Azərbaycan bayrağı dalğalanır.

 

Bütöv, suveren Azərbaycanda ilk dəfə Prezident seçkiləri və Prezidentin andiçmə mərasimi keçirildi.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Verdiyim vədlər arasında təbii ki, ilk növbədə, ölkəmizin ərazi bütövlüyünün bərpası idi. O vaxt və ondan sonrakı illərdə, o cümlədən 2018-ci ildə bax, bu kürsüdən andiçmə mərasimində demişdim ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycan ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır, heç vaxt Azərbaycan xalqı öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Biz qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdik. Biz onların və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda qururuq, yaradırıq, yaşayırıq.”

 

Azərbaycan xalqı sülhsevər xalqdır. Biz heç vaxt müharibə istəməmişik. Lakin ermənilər öz havadarlarına arxayın olaraq bu illər ərzində sülh yolu ilə torpaqları qaytarmaq niyyətində olmayıblar. BMT-nin verdiyi 4 bəyanata da əməl etməyiblər. Belə olduğu halda Azərbaycanın işğalla barışacağını düşünüblər.

 

Lakin Azərbaycan Ordusunun, Azərbaycan əsgərinin, Ali Baş Komandanımızın qarşısında duruş gətirə bilməyərək təslim olaraq kapitulyasiya aktına imza atdılar. Bütün bunlara baxmayaraq yenə də ərazi iddiasından əl çəkmədi erməni terroristləri.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Üç il ərzində nəinki Ermənistan öz silahlı qüvvələrini Qarabağ bölgəsindən çıxarmayıb, hətta əlavə silah-sürsat, minalar göndərib, bizə qarşı mina terroru davam edib, daha geniş vüsət almışdı.

 

Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı Silahlı Qüvvələrimizin gücünü göstərdi. Cəmi bir neçə saat ərzində Ermənistan ordusunun təxmini 15 minlik ekspedisiya korpusu tamamilə iflic vəziyyətinə salınmışdır və onlar ikinci dəfə kapitulyasiya aktına imza atmağa məcbur olmuşlar. Bununla da Azərbaycan ərazisində separatizmin kökü kəsildi. Bununla da Azərbaycan həm öz ərazi bütövlüyünü, həm də dövlət suverenliyini tam bərpa etdi.”

 

Dövlət başçısı bu dəfəki prezident seçkilərinin əsas əlamətinin və önəminin müstəqillik dövründə ilk dəfə olaraq bütün ərazilərimizdə keçirilməsi olduğunu vurğulayıb. Eyni zamanda qeyd edib ki, Xankəndidə verilən səs, qutuya atılan bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi.

 

Azərbaycanın gücü, qüdrəti gün gündən artır. Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında ön yerlərdə durur. İkinci Qarabağ müharibəsindən sonra aparıcı Qərb mətbuat orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası yenilik sayılaraq müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir.

 

Artıq azad, müstəqil, suveren Azərbaycan alnı açıq, üzü ağ, yeni nailiyyətlərlə yeni dövrə daxil olur. Qarşıda bizi nailiyyətlər, yüksəliş, quruculuq gözləyir.

 

Milli Məclisdə baş tutan inaqurasiyada dövlət başçısı çıxış edərək Azərbaycanın qarşıdakı yeddi il ərzində daxili, xarici, hərbi sosial, iqtisadi və bir çox sahələr üzrə siyasətini əks etdirən məqamlardan da danışdı.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: Növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən biri Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir. Bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür və cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir.

 

Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımı addımlar atılır, lazımı silah-sürsat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. XüsusiTəyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb, yeni yaradılmış “Komando” silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür və bu proses davam edir. Ermənistan və ona hərbi cəhətdən dəstək verənlər bilməlidirlər ki, bizi heç nə dayandıra bilməz. Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq.”

Hər bir dövlət, hər bir ölkə öz sərhədlərindən başlayır. Odur ki, sərhədlər möhkəm qorunmalıdır. Biz də sərhədlərimizi elə qorumalıyıq ki, ermənilər kimi yurdsuzlar, torpağımızda məskunlaşıb özlərinə dövlət quran vətənsizlər və onların havadarları sərhədlərimizə yaxın düşə bilməsinlər.

 

Buna görə də sərhəd infrastrukturumuzun qurulması üçün müasir üsullardan istifadə edilir. Sərhədlərimiz möhkəmlənir, qorunur. Sərhədlərimizin qorunması, təhlükəsizlik tədbirlərinin görülməsi olduqca vacibdir. Sərhədlərimizin möhkəm olması xalqımızı, dövlətimizi xarici risklərdən qoruyacaq.

 

Azərbaycan xalqı cənab İlham Əliyevə inandı və ona etimad göstərərək dəfələrlə səs verdi, prezident seçdi. Bu etimad hər dəfə doğruldu. Respublikamız inkişafa doğru irəlilədi, torpaqlarımız azad olundu. Azərbaycan bütün dünyada tanındı, önəmi artdı. Dünyada oynadığı rolu artdı və artmaqdadır. Mötəbər kürsülərdə öz sözünü dedi, söz sahibi oldu.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “İdeoloji risklər sərhəd tanımır, xüsusilə indiki şəraitdə. Ona görə burada əsas vəzifə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır. Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir.

 

Elə bir gənc nəsil yetişdirməliyik ki, onlar daim milli ənənələrə, milli dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Milli-nənəvi dəyərlər bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir. Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə gənclərimizin milli ruhda tərbiyə edilməsi, yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi – bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur.”

 

Azərbaycanda bir çox xalqların nümayəndələri azərbaycanlılarla birgə eyni hüquqda, bir ailə kimi yaşayırlar. Onlar da bir Azərbaycan vətəndaşı olaraq vətənin ağır günündə silaha sarıldılar, vətən üçün candan keçərək işğalçılardan təmizlədilər, şəhid oldular, qazi oldular. Bu gün isə quruculuq işlərində iştirak edirlər.

 

Lakin Azərbaycanın nailiyyətlərini, Ermənistan üzərində şanlı Zəfərini həzm edə bilməyən anti-Azərbaycan qüvvələr Azərbaycanda yaşayan etnik qruplarla araya nifaq salmağa çalışırlar. Bizim isə birliyimiz əbədi olmalıdır. Biz onlarin aramıza nifaq salmasına imkan verməməliyik.

 

Bu gün dövlətimizin qarşısında duran ən əsas vəzifə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Bu yerlərdə qısa müddətdə çox böyük işlər görülüb. Müharibədən sonra buradakı dağıntıları görmüş xarici qonaqlar, yenidən və belə sürətlə tikilmiş şəhər və kəndlərə heyran qalırlar. Qarşılarında açılmış yeni mənzərə qərəzsiz qonaqları valeh edir.

Çox sevindirici haldır ki, 30 il öz doğma yurd yerlərindən didərgin düşmüş soydaşlarımız yenidən ata-baba torpaqlarına geri dönürlər. Bu günə kimi 5400-dən çox keçmiş köçkün bərpa edilmiş beş yaşayış məntəqəsinə göndərilib. Bu il isə artıq 20 yaşayış məskəni 20 min nəfərdən artıq keçmiş sakinlərini qoynuna almağa hazırdır. Qayıdış proqramının birinci mərhələsi 2026-cı ilin sonuna başa çatacaq. O vaxt isə 140 min köçkünün öz doğma torpaqlarına qaytarılması nəzərdə tutulur.

 

İşğaldan azad edilmiş ərazilərdə iki beynəlxalq hava limanı açılıb, üçüncüsü isə Laçında açılacaq. Xəstəxanalar, məktəblər, infrastruktur obyektlər tikilir. 130-dan çox tunel və körpü, – 40 tunel və 90 körpü inşa edilir, avtomobil yolları, dəmir yolları çəkilir.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Bu gün heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir, öz xarici siyasətini də buna uyğun şəkildə aparır. Bu ilin yanvar ayının nəticələri ümidvericidir. Ümumi daxili məhsul 5 faiz, qeyri-neft sektoru isə 12 faizdən çox artıb. 2003-cü ildə bizim ümumi daxili məhsulumuz 7 milyard dollar idi, keçən ilin yekunlarına görə isə bu rəqəm 72 milyard dollardır. Yəni bu, 20 ildə iqtisadiyyatımızın inkişafının əsas göstəricisidir. Bizim 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, 69,5

milyard dollardır və biz bu 20 il ərzində görün öz valyuta hesabımızı necə artırmışıq.”

 

Dövlət başçısı öz çıxışında şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsi, onların dövlət tərəfindən evlə təmin olunması, kadr hazırlığı, texnologiyanın inkişafı, təbii qaz ixracı, neft-qaz işlərinin davam etdirilməsi, bərpa olunan enerji və bir sıra başqa məsələlər barədə də danışdı.

 

Cənab Prezident eyni zamanda qeyd etdi ki, “Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Biz müştərək səylərə əməl etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik.”

 

Şəhla Ağbulud

“Abşeron” qəzetinin baş redaktoru

Əvvəlki yazı

Bakıda 1 nəfərin ölümü, 3-nün yaralanması ilə nəticələnən davanın görüntüsü (VİDEO)

Sonrakı yazı

Azərbaycanda 3 milyonluq dələduzluq… – Saxlanılanlar var

Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.