19-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Laçındakı tədbirlərin ən önəmli tərəfləri bunlar idi” – Əvəz Qocayevdən maraqlı açıqlamalar

28 Avqust 2023, 11:03
Cəmiyyət
A A
“Laçındakı tədbirlərin ən önəmli tərəfləri bunlar idi” – Əvəz Qocayevdən maraqlı açıqlamalar

“Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Kəlbəcər və Laçın səfərləri Azərbaycanın müasir tarixinin ən şərəfli səhifələrindəndir”.

Reportyor.info globalinfo.az-a istinadla  xəbər verir ki, bu fikirləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədr müavini, YAP Nəsimi rayonu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ərazi üzrə ilk partiya təşkilatının sədri Əvəz Qocayev deyib.

Onun sözlərinə görə Prezident və Birinci xanım vaxtaşırı Qarabağa və işğaldan azad edilmiş digər ərazilərə baş çəkirlər. Orda gedən bərpa-quruculuq işləri ilə yaxından tanış olurlar:

“Cənab Prezident göstəriş və tövsiyələrini verir. Çatışmayan məqamlara düzəlişlər edir. Necə ki, sonuncu səfərdə də bunun şahidi olduq. Amma bu səfəri fərqləndirən bir məqam təqvimlə bağlı idi. 2022-ci ilin 26 avqust tarixində Laçın şəhəri Azərbaycanın yurisdiksiyasına qaytarıldı. Bu proses hərbsiz, itkisiz, qansız baş verdi. Artıq Laçına qayıdış başlayıb. Azərbaycanın bu cənnət bölgəsi yenidən laçınlıların nəfəsi ilə qovuşdu, yerli insanların ayaqları dədə-baba torpaqlarına dəydi. Bunu bizə qismət edən Şanlı Ordumuza, Müzəffər Ali Baş Komandanımıza minnətdarıq. Bu yolda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə can sağlığı arzu edirəm”.

Əvəz Qocayev deyib ki, daxili və xarici düşmənlər deyirdilər ki, bəs nə oldu, Laçın şəhərini niyə qaytarmırlar? Onlar hətta rişxənd edərək söyləyirdilər ki, Zəngəzur dəhlizi, Xankəndi deyilir, Laçın kimi vacib məntəqə hələ də düşməndədir:

“Ötən il avqustun ilk günlərində “Qisas” əməliyyatı keçirildi. Bu əməliyyatlarda hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu qəhrəmancasına şəhid oldu. Azərbaycan Ordusu bölmələrinin keçirdiyi cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüldü. Ardınca Zabux və Zod kəndləri, Laçın şəhəri Azərbaycanın nəzarətinə keçdi. Beləliklə, ən vacib proses başa çatdı. 2023-cü il 23 aprel günü Laçın yolunda sərhəd buraxılış məntəqəsinin qoyulması ilə bu mərhələ qapanmış oldu. Cənab Prezidentin dediyi kimi, Laçın Sərhəd Buraxılış Məntəqəsinin fəaliyyətə başlaması Azərbaycanın ərazi bütövlüyünün tam olaraq bərpası deməkdir”.

Əvəz Qocayev bildirib ki, Laçında dövlət başçısının və Birinci vitse-prezidentin açılışlarda iştirakı, bayram törəninə qatılması, görülən işlərlə tanışlığı qürurverici idi:

“28 il düşməm işğalında qalan Laçın artıq əvvəlik görkəmindən də gözəl olacaq. Ermənilər burda da vandalcasına dağıntılarla məşğul olublar. Daşı daş üstə qoymayıblar. İndi cənab Prezidentin rəhbərliyi ilə bərpa-quruculuq işləri sürətlə davam edir. Əsas məqsəd budur ki, işğaldan azad etdiyimiz torpaqlara vətəndaşlarımız, o torpaqların sahibləri qayıtsınlar. Çox şükür, bu proses sürətlə və yüksək səviyyədə gedir”.

Əvəz Qocayevin sözlərinə görə, Qarabağa çəkilən yollar, aparılan abadlıq dünyaya sübut etdi ki, bu ərazilər Azərbaycanın tarixi torpaqlarıdır:

“Dövlət rəhbərliyinin göstərişi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məsul əməkdaşı olaraq işğaldan azad edilən ərazilərdəki quruculuq işlərində yaxından iştirak edirik. Rəhbərliyində təmsil olunduğum Agentliyin layihələri ilə əlaqədar işğaldan azad edilən ərazilərə tez-tez baş çəkirik, işlərlə yerində tanış oluruq. Hazırda Kəlbəcər istiqamətində yol, tunel çəkilişləri, körpü tikintisi sürətlə aparılır. Laçına yolların çəkilişi də keyfiyyətli və sürətli şəkildə davam edir. Bu yollar sıradan bir infrastruktur layihəsi sayıla bilməz. Bu yol Azərbaycanın gələcəyə uzanan yoludur. Cənab Prezident bu yolla xalqını və ölkəsini xoşbəxt sabaha, təhlükəsiz gələcəyə aparır”.

Mehriban Əliyeva laçınlı uşaqlarla. 26.08.2023, Laçın şəhəri

Ə.Qocayev bir vacib məqama da toxunub. Deyib ki, 26 avqust tarixi həm də Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür:

“Fürsətdən istifadə edib, Azərbaycanın birinci xanımını ad günü münasibəti ilə təbrik edirəm. Ona sağlam həyat, xoşbəxt günlər arzulayıram. Fikir verdinizsə, Mehriban xanım özünün ad gününü işğaldan azad edilən ərazilərdə, o ərazilərə yenicə köçmüş insanlarla keçirdi. Uşaqlarla birgə oldu, bayram şənliyinə qatıldı, vətəndaşlarla səmimi söhbətlər etdi. Artıq bu, bir ənənə halını alıb. Cənab Prezident, hörmətli Birinci vitse-prezident öz ad günlərini düşməndən azad edilən Qarabağ torpaqlarında, Azərbaycan üçün əhəmiyyətli, taleyüklü topalantılarda keçirirlər”.

Əvəz Qocayev sonda tarixi paralel aparıb:

“2011-ci ilin dekabr ayında cənab Prezident özünün 50 illiyini Ağcabədi rayonu ərazisində məskunlaşmış məcburi köçkünlərlə keçirmişdi. Prezident o görüşdə demişdi ki, tezliklə bütün məcburi köçkünlər öz dədə-baba torpaqlarına qayıdacaq. Üstündən 10 il keçdi, arzular reallaşdı. Cənab Prezidentin və Birinci xanımın Laçın şəhər günündə dediyi bütün arzuların, diləklərin də sona qədər gerçəkləşəcəyinə əminik. Allah Azərbaycanımızı qorusun. Cənab Prezidentə Tanrıdan güc-qüvvət diləyirəm. Ordumuz var olsun. Nə qədər ki, xalq-dövlət birliyi mövcuddur, İlham Əliyev kimi liderimiz var, bütün çətinliklərə qalib gələcəyik. Bütün hədəflərimizə çatacağıq”.

Əvvəlki yazı

Hadisə Bakı konsertindən nə qədər qazandı? (FOTOLAR)

Sonrakı yazı

Səhiyyə Nazirliyi EG.5-lə bağlı əhaliyə xəbərdarlıq etdi

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.