Ali Baş Komandanın, prezidentin tapşırığı əsasında ölkəmizdə akkreditasiya olumuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatlarln rəhbərləri, diplomatlar və hərbi attaşelərin işğaldan azad olunmuş Füzuliyə səfəri təşkil olunur. Səfərdə 120-dən artıq diplomat iştirak edir.
Reportyor.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter”dəki səhifəsində yazıb.
Digər paylaşımında isə H.Hacıyev beynəlxalq ictimaiyyətin Ermənistanın işğalı dövründə Füzulidəki dağıntıların miqyasını qiymətləndirməli olduğunu vurğulayıb.