Bir müddət əvvəl Bakıda yaşadığı ünvanda silahlı hücuma məruz qalan millət vəkili Fazil Mustafanın müalicə aldığı xəstəxanadan fotosu yayılıb.
Reportyor.info xəbər verir ki, foto Real TV-nin rəhbəri Mirşahin Ağayevlə deputatın müsahibəsi zamanı lentə alınıb.
Xatırladaq ki, martın 28-də Milli Məclisin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında – Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.
Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.