19-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Çin lideri Ukraynaya gəlir: Qərb yeni planı işə salır

30 Mart 2023, 11:08
Dünya, Manşet
A A
Çin lideri Ukraynaya gəlir: Qərb yeni planı işə salır

“Ukrayna Prezidenti V.Zelenski Çin lideri Si Szinpini ölkəsinə səfərə dəvət edib. Çin Xarici İşlər Nazirliyi təklifi müsbət qiymətləndirib. Qeyd olunub ki, Si Szinpinin Ukraynaya səfəri gözləniləndir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Kənan Novruzov deyib.

O bildirib ki, Si Szinpin bir müddət əvvəl Rusiyaya səfər etmiş, Prezident Vladimir Putinlə görüşmüşdü:

“Həmin görüşdə Kreml rəhbəri Çinin sülh proqramı ilə tanış olduğunu və danışıqlara açıq olduğunu söyləmişdi. Pekinin Moskva ilə Kiyev arasındakı müharibədə neytral olacağını gözləmək sadəlövhlük olar. Nəzərə almaq lazımdır ki, Ukraynadakı savaş əslində Qərblə onun rəqibləri arasında gedir. İran kimi Çin də başa düşür ki, Rusiya bu müharibədə məğlub olsa, növbə onlara çatacaq. Odur ki, Pekin Qərb blokunun qalib gəlməsini istəmir. Təsadüfi deyil ki, son vaxtlar Rusiya ilə Çin arasında əməkdaşlıq möhkəmlənib. Tərəflər həmçinin Belarus vasitəsilə də təmaslarını gücləndirirlər”.

Ekspertin sözlərinə görə, rəsmi Kiyev də bilir ki, Pekinin vasitəçik səyləri səmimi deyil:

“Birincisi, Zelenski Si Szinpini ölkəsinə dəvət etməklə, yəqin, Çinlə münasibətləri qorumaq istəyir. İndiki halda Pekinlə “körpüləri yandırmaq” Kiyevə sərf etmir. Çünki Ukrayna Çinin bütün addımlarından xəbərdar olmaq istəyir.

İkinci bir tərəfdən, Zelenski, çox güman, Si Szinpini Rusiyanın Ukraynada törətdiyi dağıntılarla əyani tanış etmək niyyətindədir. Düzdür, bundan sonra Pekinin Moskvanı dəstəkləməkdən imtina edəcəyi inandırıcı görünmür. Amma Çin liderinin Ukraynadakı dağıntılarla əyani tanışlığından sonra Pekin Kiyevin ehtimal edilən əks-hücum əməliyyatlarına mane olmaya bilər.

Üçüncü bir tərəfdən, yay aylarına doğru Ukraynanın genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayacağı gözlənilir. Ukrayna müdafiə naziri Aliksey Reznikov artıq bunun anonsunu verib. O bildirib ki, əks-hücum əməliyyatları aprel-may aylarında başlaya bilər.

Ola bilsin, həmin vaxtadək Zelenski Çini “oyundankənar vəziyyət”ə salmaq, belə demək mümkünsə, neytrallaşdırmaq istəyir. Bunun üçün isə yeganə yol danışıqlardır.
Əlbəttə, Si Szinpinin ancaq Ukraynadakı vəziyyətlə tanış olması kifayət deyil. Eyni zamanda Rusiyaya dəstəyinin artacağı təqdirdə bunun nə ilə nəticələnə biləcəyinə dair Çinə xəbərdarlıqlar edilməlidir. Bu mənada, yəqin ki, ABŞ və müttəfiqləri də Çinlə təmasları intensivləşdirəcək və ultimatum verəcək. Yay aylarında cəbhədə ciddi dönüş nöqtəsinin yaranacağı gözlənilir. Görünür, Ukrayna və Qərb indidən buna hazırlıq görür”.

Əvvəlki yazı

ORDUMUZ LAÇIN YOLU İSTİQAMƏTİNDƏ SƏRHƏDİ NƏZARƏTƏ GÖTÜRDÜ

Sonrakı yazı

Zeynəb Xanlarovanın yeni fotosu yayıldı

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.