2020-ci ilin sentyabr-noyabr aylarında İkinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusunda yaralı və xəstə sayı 11 min nəfər olub.
Reportyor.info bildirir ki, bunu Ermənistan Müdafiə Nazirliyi hərbi tibb şöbəsinin rəis müavini, polkovnik Qeqam Paşikyan deyib.
Onun sözlərinə görə, yaralıların 55% -nin xəsarətləri yüngül, 36% -də orta dərəcəli olub. 2%-i həddindən artıq ağır, 7% -i isə ağır yaralanıb.
Döyüş əməliyyatları zamanı yaralıların və xəstələrin təxliyəsi üçün 440 helikopter uçuşu həyata keçirilib, 5000-dən çox cərrahi müdaxilə edilib.