Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
No Result
View All Result
Reportyor
No Result
View All Result
Home Gündəm

11 ildir damda yaşayıram – Şeyx Əbdül

2022-06-23
in Gündəm
A A
0
11 ildir damda yaşayıram – Şeyx Əbdül
0
SHARES
3
VIEWS
Facebook-da paylaş"Twitter"-də paylaş
Mənim “Qayınana” filmi haqqında səsləndirdiyim fikirlərdən sonra özünü “tank altına atan” həmkarlarım mənə olan təxribata qarşı niyə münasibət bildirmədilər? Hacıbala Abutalıbovun qanunazid əməlləri ucbatından mən bu gün hələ də “Karlson” kimi damda yaşayıram. Mənim sənətçi dostlarım onda niyə danışmır, dillənmirdilər? Yaltaqlıq edirlər, qorxurlar ki, çörəklərini kəsərlər? Çox təəssüf ki, Xalq artistini damda yaşamağa məcbur qoyanlar utanmırlar, həmin qorxaqlar isə bunu edənləri müdafiə edirlər.
Bakupost.az xəbər verir ki, bu sözləri Oxu.az-a açıqlamasında xalq artisti Şeyx Əbdül Mahmudov bildirib.
Kinorejissor “Qayınana” filmi haqqında səsləndirdiyi “bu film Azərbaycan əxlaqına ziddir” fikirlərindən sonra ona irad bildirən həmkarlarına cavab verib.
Şeyx Əbdül fikirlərinə aydınlıq gətirərək, “mən filmə yox, gəlin-qayınana münasibətlərinin o cür təbliğ olunmasına qarşıyam” deyib:
“Məni o fikrə gəlməyə konkret vadar edən səbəblər var. Ailə-məişət məsələlərinin fəlakət vəziyyətinə gəlməsinin səbəbi qayınana-gəlin münasibətləridir. Bütün faciələr gəlin və qayınanaların maariflənməməsi, primitiv düşüncələrlə yaşaması, gəlinin qayınanaya fırıldaq gəlməsidir. Hər bir gəlin-qayınana, ər-arvad, nənə-baba münasibəti düzgün qurulmadıqda biz “yetim uşaqlar” istehsal edirik. Dama-dama göl olur. Nə qədər ki bu hadisələrə qarşı təbliğat aparılmayıb, əksinə, yola veriblər, buna görə də eybəcər qayınana-gəlin münasibətlərinin bu formada nümayişi sosial problemlərin, münasibətlərin çat verməsinə gətirib çıxaracaq.
Nəsibə xanım yüksək peşəkarlığı ilə hər şeyi elə təqdim edir ki, ona yalnız əl çalırlar. Artıq bunu gündəm halına gətirib, təbliğ etmək, ideologiyaya çevirmək lazım deyil. Bu gün boşanmaların, evdən qaçmaların, yetim uşaqların sayının, sosial problemlərin artdığı bir vaxtda bu cür şeyləri təbliğ etməyə ehtiyac varmı?
Mən nə o filmdən, nə də Nəsibə xanımdan danışıram. Mən o əsərin mahiyyətindən, bugünkü mövcud reallığa təsir qüvvəsindən danışıram. Mahiyyəti başa düşməyənlərin, qayınanasının, nənəsinin, anasının elə olmasını istəyənlərin isə Allah işini avand eləsin. Neqativlər var deyə biz neqativləri təbliğ etməliyik?”
Şeyx Əbdül Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevlə yaşadığı qalmaqaldan da danışıb:
“Mənim ağlıma gəlməyən, Rasim Balayev adlı 40 illik bir dostum var. Dörd filmimdə baş rola çəkilib və dövlət mükafatı alıb. Sən indi sədr olmusan, mən də demişəm ki, düz eləmirsiniz, gəlin bir olaq, birləşək. Bunu bir şou etdilər, efirə çıxıb müsahibə verdilər. Rasim müsahibə verib ki, Şeyxin insanlıqda da, sənətdə də heç bir yeri yoxdur. Əlindən tutub kinoya gətirdiyim adam deyib bunu. Deyib ki, Şeyx pul alıb, Tariyel Qasımovu filmə çəkib. Həmin filmdə özü də oynayıb, bu adam başa düşmür ki, həmin dövrdə sponsor olmurdu, kinoya pul vermirdilər, kinonu dövlət çəkirdi. Adam haqqı itirməz. Mən şeyx nəslindənəm, min il də keçsə, mənim ağzımdan bəy qoxusu gəlir. Mən deyirəm ki, barışıq edək. Mən kinoçuyam, artistlər kinoçu deyillər. Artistin yeri teatrdır, biz dəvət edirik, onları çəkirik, sonra pulunu verib, deyirik, yaxşı yol. Kinonun taleyini kino adamları həll edirlər. Puç olanlar, həyatını kinoya qurban verənlər, dilənçi kökündə yaşayan kinoçular… Baba Vəziroğlu gəlib kinodan danışır. Bu, dəhşətlidir, gülməlidir (gülür).
Dilənçi kökündə yaşadığım bir vaxtda gedib kiminsə qanadının altına girmədim. Mənim 78 yaşım var, artıq axirət dünyası haqqında fikirləşirəm. Bunlar o koldan bu kola yalançı bülbül kimi cikkildəşirlər. İndi cikkildəşənlərin vaxtıdır. Bu minvalla günümüz, güzəranımız, ailə münasibətlərimiz bundan da pis olacaq hələ”.
Xalq artisti mənzil problemindən də söz açıb. O qeyd edib ki, Hacıbala Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən getsə də, onun mənzil problemi öz həllini tapmayıb və keçmiş icra başçısı məhkəmənin qərarını icra etməkdən imtina edib:
“Mən ölkə başçısına təşəkkür edirəm ki, mənim fəaliyyətimə qiymət verib, məni dəyərləndirib, ev verib. Amma mənim o evi də təmir etdirməyə imkanım yoxdur. Pandemiyadan əvvəl istədim, təmir edəm, tanışlardan pul aldım, bir dostumdan da 50 min manat götürdüm, təmir etdirmək istədim, amma pandemiya gəldi, qiymətlər qalxdı, iş yarımçıq qaldı.
Mənimlə görüşənlər, məndən dəstək alıb qidalananların biri mənə olunan haqsızlığa dillənib-danışmadı. Sosial problemlərdən danışıram deyə hamısı başladı dil çıxarmağa. Keçməz bu şeylər, reallıq nədirsə, odur. Hacıbala Abutalıbov qəbul olunan üç məhkəmə qətnaməsini – rayon məhkəməsinin, Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qətnamələrini heçə sayıb və bu gün də həmin məhkəmə qətnamələri icra olunmadan qalır. Ona görə mən 11 ildir, ölkə başçısının mənə ev verməyinə rəğmən, qalmışam damda, oraya köçə bilmirəm. Bu damı da sənətimə, işimə hörmət edən bir insan verib mənə. Bəs həmin o qayınanası üçün narahat olanlar dövlətin qanununu heçə sayan Hacıbalalardan niyə danışmadılar? Biri səsini çıxarıb, məni müdafiə etmədi. Mən qətnamənin icrasını tələb edirəm.
Hazırda yaşadığım damda üç ailə birgə yaşayırıq – oğlumun ailəsi, qızımın ailəsi və mən. Bir dostumu, qohumumu evimə dəvət edə bilmirəm, utanıram kimisə evimə dəvət etməyə. İnanın, işıqpulunu, qazpulunu, supulunu çatdırıb verə bilmirəm. Yay olanda kondisioner işlədən kimi işıq çox pul yazır, ödəyə bilmirəm, qışda da istilik avadanlıqları işlədirik, yenə ödəməyə imkanım çatmır. Mən də yaşlı adamam, emosional, əsəbi adamam, qalıram belə”.
ShareTweetSendSendShareScan
Bizim Video
Previous Post

Administrasiya: “İlan adası”nda Rusiya bölmələri və silahları məhv edilib

Next Post

Qubadlı sakini Kəmaləddin Heydərova müraciət etdi, şok faktlar açıqladı

Next Post
Qubadlı sakini Kəmaləddin Heydərova müraciət etdi, şok faktlar açıqladı

Qubadlı sakini Kəmaləddin Heydərova müraciət etdi, şok faktlar açıqladı

Quru sərhədlər nə zaman açılacaq? – Deputat danışdı

Quru sərhədlər nə zaman açılacaq? - Deputat danışdı

Şəkər tozu bir az da bahalaşacaq – Ekspert

Şəkər tozu bir az da bahalaşacaq - Ekspert

Discussion about this post

Bizə Qoşulun

  • 11.9k Subscribers
  • 1.2k Subscribers

Son Xəbərlər

“İdman elminin müasir aspektləri” mövzusunda beynəlxalq konfrans KEÇİRİLDİ

“İdman elminin müasir aspektləri” mövzusunda beynəlxalq konfrans KEÇİRİLDİ

2022-06-28
Zaqatala rayon mərkəzi xəstəxanası: əsassız iddialar və reallıq

Zaqatala rayon mərkəzi xəstəxanası: əsassız iddialar və reallıq

2022-06-28
Şagirdlərə Xameneyiyə həsr olunan mahnı oxudulması araşdırılır

Şagirdlərə Xameneyiyə həsr olunan mahnı oxudulması araşdırılır

2022-06-28
Məşhur həkim özünü 11-ci mərtəbədən atdı

Məşhur həkim özünü 11-ci mərtəbədən atdı

2022-06-28
Rus general: Taktiki nüvə zərbəsi endirə bilərik

Rus general: Taktiki nüvə zərbəsi endirə bilərik

2022-06-28
Raket hücumunda deputat ağır yaralandı

Raket hücumunda deputat ağır yaralandı

2022-06-28
“Mənəviyyatımıza da pul xərcləməliyik” – Deputat

“Mənəviyyatımıza da pul xərcləməliyik” – Deputat

2022-06-28
Rusiyanın 2 gündə atdığı raketlərin qiyməti…

Rusiyanın 2 gündə atdığı raketlərin qiyməti…

2022-06-28
Cüneyt Arkın vəfat etdi

Cüneyt Arkın vəfat etdi

2022-06-28
Ukraynada ölən uşaqların sayı 340-ı ötüb

Ukraynada ölən uşaqların sayı 340-ı ötüb

2022-06-28
Xəzərdən Kiyevə hücum: Ən bahalı raketlər atılıb

Xəzərdən Kiyevə hücum: Ən bahalı raketlər atılıb

2022-06-26
Mövlud Çavuşoğlu Azərbaycana gəlir

Mövlud Çavuşoğlu Azərbaycana gəlir

2022-06-26
Sergey Şoyqu Ukraynada – VİDEO

Sergey Şoyqu Ukraynada – VİDEO

2022-06-26
Azərbaycanlı qadın müğənni: “Pike kimi kişidən ayrılmaq olar?!”

Azərbaycanlı qadın müğənni: “Pike kimi kişidən ayrılmaq olar?!”

2022-06-26
BNA indi də kondisionerli dayanacağı su anbarına çevirdi – Foto

BNA indi də kondisionerli dayanacağı su anbarına çevirdi – Foto

2022-06-26
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 104 il ötür

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 104 il ötür

2022-06-26
Silahlı Qüvvələr Günü ilə bağlı 114 hərbçi təltif olunub

Silahlı Qüvvələr Günü ilə bağlı 114 hərbçi təltif olunub

2022-06-25
Bir qrup hərbçiyə ali hərbi rütbələr verilib – SƏRƏNCAM

Bir qrup hərbçiyə ali hərbi rütbələr verilib – SƏRƏNCAM

2022-06-25
Abşeronda 26 İyun Silahlı Qüvvələr Günü silsilə tədbirlərlə qeyd olundu

Abşeronda 26 İyun Silahlı Qüvvələr Günü silsilə tədbirlərlə qeyd olundu

2022-06-25
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin sonuncu respublika zona konfransı keçirilib

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin sonuncu respublika zona konfransı keçirilib

2022-06-24

Seçmə

  • Bütün
  • SEÇMƏ
Ukraynada ölən uşaqların sayı 340-ı ötüb
Dünya

Ukraynada ölən uşaqların sayı 340-ı ötüb

2022-06-28
Silahlı Qüvvələr Günü ilə bağlı 114 hərbçi təltif olunub
Gündəm

Silahlı Qüvvələr Günü ilə bağlı 114 hərbçi təltif olunub

2022-06-25
Azərbaycanla Rusiya arasında Saziş imzalandı
Manşet

Azərbaycanla Rusiya arasında Saziş imzalandı

2022-06-24
Məşhur klinika qapadıldı: Araz Bayramov dələduzdurmu?! – VİDEO
SEÇMƏ

Məşhur klinika qapadıldı: Araz Bayramov dələduzdurmu?! – VİDEO

2022-06-24
Əsir düşən ukraynalı polis intihar etdi
SEÇMƏ

Əsir düşən ukraynalı polis intihar etdi

2022-06-23
Qubadlı sakini Kəmaləddin Heydərova müraciət etdi, şok faktlar açıqladı
SEÇMƏ

Qubadlı sakini Kəmaləddin Heydərova müraciət etdi, şok faktlar açıqladı

2022-06-23
Reportyor

Bizi İzləyin

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Köşə
  • Manşet
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Uncategorized

Son əlavələr

“İdman elminin müasir aspektləri” mövzusunda beynəlxalq konfrans KEÇİRİLDİ

“İdman elminin müasir aspektləri” mövzusunda beynəlxalq konfrans KEÇİRİLDİ

2022-06-28
Zaqatala rayon mərkəzi xəstəxanası: əsassız iddialar və reallıq

Zaqatala rayon mərkəzi xəstəxanası: əsassız iddialar və reallıq

2022-06-28

Xeberler

  • Reportyor.İnfo
  • Əlaqə

© 2020 Reportyor.info.

  • Manşet
  • Gündəm
  • Cəmiyyət
  • SEÇMƏ
  • Siyasət
  • Dünya
  • Sosial
  • Araşdırma
No Result
View All Result

© 2020 Reportyor.info.