Ukraynanın Odessa vilayətində partlayış olub. “Report” UNİAN-a istinadən xəbər verir ki, yerli əhali partlayış səsləri eşidib. Hadisənin təfərrüatları hələ ki, məlum deyil. Rusiya Ukraynanın Zaporojye şəhərinə 12 ədəd S-300 raketi atıb, ölən var. Bu barədə Zaporojye Regional Hərbi Administrasiyasından bildirilib.
Qeyd olunub ki, ictimai iaşə obyektləri, o cümlədən təhsil müssisələri ilə yanaşı, dövlət obyektləri də hədəf alınıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidəki yanğını söndürüblər. Məlumata görə, Rusiyanın atdığı 2 raket avtosalona düşüb, 1 nəfər ölüb.