23-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“10 noyabr sənədinə əməl olunmasa…” – Deputatdan şok müsahibə

27 Yanvar 2022, 13:27
Siyasət
A A
“10 noyabr sənədinə əməl olunmasa…” – Deputatdan şok müsahibə

Deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, BAXCP sədri Qüdrət Həsənquliyev “Yeni Müsavat”a geniş müsahibə verib. Dünya gündəminin aktual mövzularını da əhatə edən, Qarabağla bağlı vətəndaşlarımızın narahatlığına səbəb olan məsələlərlə əlaqədar maraqlı məqamların yer aldığı müsahibəni təqdim edirik:

– Qüdrət bəy, bugünlərdə dünyanın diqqəti Ukrayna ətrafında baş verənlərə yönəlib, “havadan barıt qoxusu gəlir”, yanaşması sərgiləyən, həyəcanlı xəbərdarlıqlar edənlərin sayı artır. Sizin proqnozunuz nədən ibarətdir? Rusiya və Qərb Ukraynada toqquşacaqmı?

– Mən ümid edirəm ki, sağlam düşüncə sonda qalib gələcək və müharibədən yayınmaq mümkün olacaq. Çünki böyük müharibə başlasa, onun nüvə müharibəsinə çevrilməyəcəyinə heç kim təminat verə bilməz. Nüvə müharibəsinin də nə ilə nəticələnəcəyini hər kəs təsəvvür edə bilər.  Həm də, sözün doğrusu, iki slavyan xalqı arasında müharibəni təsəvvür etmək də çətindir. Əminəm, ruslar fikirləşirlər ki, bu müharibədən sonra rus saydıqları ukraynalılarla  necə barışıq əldə etmək olar? Bu baxımdan  sonda 1962-ci ilin oktyabrında, Karib böhranı zamanı SSRİ ilə ABŞ anlaşa bildiyi  kimi, indi də ABŞ-la Rusiya hansısa formada anlaşacaq. Ola bilsin beynəlxalq ictimaiyyətə bu haqda geniş məlumat verməyəcəklər, amma pərdə arxasında elan olunmamış razılıqlar əldə olunacaq.

– Yəni Moskva Ukraynaya hərbi müdaxilə etməyəcək? Amma bu qədər hazırlıqlar görülür, qoşunlar, hərbi sursatlar, texnika daşınır…

– Mən Rusiyanın Ukraynanı asanlıqla işğal edəcəyini düşünmürəm. 2014-cü ildən sonra Ukraynada pis-yaxşı ordu qurulub və müasir silahlarla təchiz edilib. İkincisi, Krımın və Şərqi Ukraynanın ilhaqından sonra əhalinin mütləq əksəriyyəti  psixoloji cəhətdən sonadək Rusiya ilə döyüşməyə hazırdır. Başqa bir tərəfdən, Ukraynanın ərazi bütövlüyünə Budapeşt memorandumuna görə təminat verən ABŞ və Böyük Britaniya əsgəri yardım etməsə də  2014-cü ildən fərqli olaraq, bu dəfə Ukraynaya  hərbi sursat verir, müasir silahlar göndərirlər. Buna görə müharibə Rusiya  üçün ağır nəticələr doğura bilər, hətta sonda qalib gəlsə də. Düşünürəm Rusiya təzyiqlər yolu ilə Ukraynada siyasi böhran yaratmaq, NATO-dan təhlükəsizliyinə təminat almaq istəyir.

– Təəccüblüsü budur ki, Rusiya əhalisində bu hərbi müdaxilə hazırlıqlarına hər hansı müqavimət yoxdur. Sizcə, ruslar nədən bu qədər sakitdir, axı müharibə böyük itkilər, tabutlar deməkdir…

– Açığı, təbliğat nəticəsində əhali sanki keçmiş Çar Rusiyasının ərazilərinin bərpasını istəyir. Bu baxımdan hökumət müharibəyə başlasa, əhalinin böyük hissəsi, rus cəmiyyəti onu müdafiə edəcək. Bu, imperiyalar qurmuş  böyük xalqlara xas olan xüsusiyyətdir.

– Qüdrət bəy, nəzəri cəhətdən yanaşsaq, Rusiya-Ukrayna müharibəsinin baş verməsi, yaxud “soyuq müharibə”nin davam etməsi Azərbaycana nə vəd edir? Qarşımıza qoyduğumuz hədəflərə çatmağımıza mane olan proseslər cərəyan edə bilərmi? Yoxsa bu gərginliklərdə Rusiyanın və dünyanın başının qarışması bizim üçün faydalıdır, əlavə imkanlar yaradır?

– Burada da hər şey yaranacaq şəraitdən və həmin şəraitdən necə istifadə etməkdən asılı olacaq. Həmin əlverişli şərait yaranarsa, onu görmək, həm də cəsarətli qərarlar qəbul etmək lazımdır. Əlverişli şərait yaranacaqsa, əlbəttə, Azərbaycan hansısa addımlar atmalıdır. Həmçinin Rusiya ilə əməkdaşlıq və danışıqlar daha da gücləndirilməlidir.

– Gücləndirilməli?

– Bəli. Beynəlxalq birliyin Rusiyaya qarşı olmasına baxmayaraq, Bakı Moskva ilə münasibətləri inkişaf etdirməlidir. Ona görə ki, Rusiya böyük qonşumuzdur və bəzi adamların qəbul edib-etməməsindən asılı olmayaraq, Qarabağ məsələsində  əsas söz sahibi Rusiyadır.  Ona görə də Rusiya ilə danışmaq, onu inandırmaq lazımdır ki, Azərbaycanın Qarabağ üzərində suverenliyinin bərpasına mane olmasın.  Azərbaycan XİN yubanmadan açıq bəyanatla çıxış etməlidir ki, əgər Ermənistan özünün 10 noyabr öhdəliklərini yerinə yetirməsə və Rusiya bu istiqamətdə İrəvana hər hansı  formada təzyiq etməsə, o halda 5 ilin tamamında sülhməramlılar Qarabağdan çıxarılacaq, müddət uzadılmayacaq. Biz görürük ki,  1 il 3 ay vaxt keçib, amma Qarabağdakı erməni icmasının Azərbaycan cəmiyyətinə inteqrasiyası istiqamətində bir addım da olsa, atılmayıb.  Rusiya bu istiqamətdə heç nə etmir.

““Şuşa ili”dir və Şuşa Bəyannaməsinin ratifikasiyası vacibdir”

Azərbaycan özü bu istiqamətdə təşəbbüsdə olmalıdır. Qarabağdakı erməni icmasının nümayəndələri ilə müxtəlif görüşlər təşkil oluna bilərdi, necə ki, Ermənistan və Azərbaycan ziyalıları arasında belə görüşlərdən biri  bu yaxınlarda  Moskvada keçirildi. Münaqişədən sonra mətbuata verdiyi ilk açıqlamada Putin  bəyan etdi ki,  Dağlıq Qarabağın statusunu gələcək rəhbərlər həll edəcək. Biz bunu gələcək nəsillərə saxlamamalı, indi həll etməliyik.

– Azərbaycan Prezidenti isə bəyan edib ki, münaqişə bitib…

– Amma Qarabağa nəzarət edən Putin də “gələcək rəhbərlər” status məsələsini həll edəcək söyləmişdi. Belə çıxır ki, ən azı özündən sonrakı Rusiya prezidentinin dönəmində məsələ həll oluna bilər. Bu, onu deməyə əsas verir ki, Putin hələ 2024-dən sonra da 12 il müddətində hakimiyyətdə qalmağı düşünürsə, deməli, ən azı 2036-cı ilədək bugünkü status-kvonu saxlamaq istəyir. Bu mənada Azərbaycan indidən bəyan etməlidir ki, konkret addımlar atılmayacağı təqdirdə, sülhməramlıların müddəti uzadılmayacaq. Bir var təbii proses gedir, Azərbaycan sülhməramlıların çıxmasının tez olduğu qənaətinə gəlir və müddəti 1-2 il, yaxud daha beş il  artırır, amma bir də var ki, bu istiqamətdə heç bir addım atılmır.

– Nəinki addım atılmır, hətta erməni separatçıları himayə olunur, bütün səylər ermənilərin sayının artırılmasına yönəlib…

– Bəli. Əslində onlar darmadağın olmuşdular, qaçıb getmişdilər. Ancaq indi  qondarma rejimin  strukturları bərpa olunur, onlara köməklik göstərilir. Açığı, sanki oranı özlərinin hərbi bazasına çevirirlər. Erməni əhali də həmin hərbi bazaya qulluq edəcək, xidmət göstərəcək, onlar üçün kənd təsərrüfatı məhsulları yetişdirəcək, bunların hərbi hissələrində işləyəcəklər. Söhbət 25-30 min nəfərdən gedir.  Mən hesab edirəm ki, fevral-mart aylarında rəsmi Bakı məsələni qəti şəkildə qoymalıdır ki, bu istiqamətdə konkret addımlar atılmalıdır. Bununla bağlı Ermənistana da xəbərdarlıq edilməlidir, Rusiya da məlumatlandırılmalıdır, beynəlxalq ictimaiyyət də. Qəti addımlar atılmayacağı təqdirdə, səmimi deyirəm, Qarabağda bizim suveren hüquqlarımızın necə bərpa olunacağını təsəvvür edə bilmirəm. Məsələn, mən təsəvvür edirdim ki, saziş imzalanandan sonra yavaş-yavaş orada Azərbaycanın milli valyutası bərpa olunacaq, dövlət strukturlarımız oraya daxil olacaq. Yəni ruslar da o proseslərdə iştirak edəcəklər ki, zorakılıq olmasın, təmaslar olsun və s. Yəni düşünürdüm ki, Rusiya Qarabağın Azərbaycana inteqrasiya olunmasına yardım edəcək… Biz 2004-cü ilin 6 fevralında Rusiya ilə Moskva bəyannaməsi imzalamışıq. Düz iki ay sonra Azərbaycan Prezidenti Milli Məclisdə qəbul olunmuş, həmin sazişi təsdiq edən qanunu imzalayıb.  Həmin bəyannamə ilə  Rusiya üzərinə öhdəlik götürür ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu problemin həllinə töhfə verməyə çalışacaq. Amma hansı formada bu töhfə verilir, hansı iş görülür?

– Unutmayaq ki, bizim qardaş Türkiyə ilə imzaladığımız Şuşa Bəyannaməsi də var…

– İyun ayının 15-də Şuşa Bəyannaməsinin 1 ili tamam olacaq, amma hələ ratifikasiya olunmayıb. Milli Məclisdə  ratifikasiyadan sonra Prezident bu barədə qanunu imzamalıdır.  Moskva bəyannaməsi kimi, Şuşa Bəyannaməsi də tezliklə ratifikasiya olunmalıdır.  Bu il “Şuşa ili”dir və Şuşa Bəyannaməsinin təsdiqlənməsi də vacibdir. Həm də bu, konstitusiyanın tələbidir. Hər halda, bu sənədin ratifikasiya olunmasının özü də Şuşa Bəyannaməsinin hüquqi qüvvəyə minməsi demək olacaq. Konstitusiyaya görə, dövlətlərarası müqavilələr Milli Məclisdə təsdiq olunmalıdır, ondan sonra hüquqi qüvvəyə minir. Bu barədə qanunvericiliyin də təkmilləşdirilməsinə ciddi ehtiyac var. O cümlədən xarici əsgərlərin Azərbaycana çağırılması proseduru, qanunların hansı müddətə ratifikasiya olunması məsələsi, konstitusiya ilə ratifikasiya olunmalı dövlətlərarası müqavilələrin  qüvvəyə minməsi qaydası qanunvericiliklə tənzimlənməlidir.

– Gələn həftə başlayacaq, yaz sessiyasında bu məsələ gündəliyə salına bilərmi?

– Hər halda,  ümid edirəm. Mən çalışacağam ki, təklif də verim  məsələ yaz sessiyasının gündəliyinə salınsın. Gündəliyə salınmırsa, ən azı aydınlıq gətirilsin. Türkiyə tərəfimi  imtina edir, ya başqa səbəb var.

– Ola bilərmi ki, Rusiya tərəfdən hansısa maneçilik, təzyiq var?

– Bilmirəm, istənilən halda, aydınlıq gətirilməlidir.  Türkiyənin də ratifikasiya etməsini eşitməmişəm. Mətbuatda oxumadım ki, Türkiyə Şuşa Bəyənnaməsini ratifikasiya edib.

– Türkiyə Azərbaycan məsələsində çox açıq və birmənalı siyasət sərgiləyir, müdafiə naziri Hulusi Akar bu günlərdə növbəti dəfə Azərbaycanın yanında olduqlarını açıqladı. Həmçinin Ankara Qətərlə hərbi əməkdaşlığını yüksək səviyyədə davam etdirir. Bəs buna nə deyirsiniz?

–  Hər halda, Türkiyə  Şuşa Bəyannaməsini təsdiq etməyib. Hesab edirəm ki,  Azərbaycan hökuməti ictimaiyyətə açıqlama verməlidir, aydınlıq gətirməlidir ki, Qarabağın Rusiya hərbçilərinin təsir zonasında olan torpaqlarımız üzərində suveren hüquqlarımızın bərpasını hansı formada görür? Biz görürük ki, atəşkəsdən bir il üç ay keçir amma  Qarabağdakı ermənilər səngər qazır, müdafiə istehkamları qururlar. Ona görə də ictimaiyyətə deyilməlidir ki, bu  proses təqribən nə vaxt, necə başlayacaq, hökumət bu məsələlərin həllini necə təsəvvür edir? Ümumilikdə hökumətin bütün bunlarla bağlı ictimaiyyətə bir açıqlaması olmalıdır…

Əvvəlki yazı

KTM: Omicron sürətlə yayılmağa başlayıb

Sonrakı yazı

“Xalq olaraq bir olmalıyıq”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20
Yol polisi piyadalara çağırış etdi

Yol polisi piyadalara çağırış etdi

22 Avqust 2025, 10:18
Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

22 Avqust 2025, 10:16
Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

22 Avqust 2025, 10:14
İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

22 Avqust 2025, 10:12
Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.