12-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

10 günə 10 qol: Qurban Qurbanov istefa verəcəkmi?

30 Noyabr 2018, 18:44
İdman
A A
10 günə 10 qol: Qurban Qurbanov istefa verəcəkmi?
10 günə 10 qol və ya “Gün var qola bərabər”. Bu, Qurban Qurbanovun Azərbaycan millisi və “Qarabağ”ın baş məşqçisi kimi noyabrın sonlarında azarkeşlərə “bəxş” etdiyi acı məğlubiyyətlərin acı statistikasıdır. Həm də qırğız yazıçısı Çingiz Aytmatovun məşhur əsərinin Azərbaycan futboluna məhz bu mütəxəssis vasitəsilə tətbiq olunmuş variantı.
Azərbaycanın dövlət olaraq tanımadığı Kosovoya yığmamız noyabrın 20-də UEFA Millətlər Liqasının son tur oyununda 0:4 hesabı ilə uduzdu. Ötən gün isə Avropa Liqasının qarşılaşmasında Portuqaliya “Sportinq”i Bakıda “Qarabağ”ı daha böyük hesabla məğlub etdi – 6:1. Hər iki halda uduzan komandaların – həm milli, həm də “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov idi (Elə indi də odur – red.). Az qala Aytmatov qədər göylərə qaldırılan, öz günahını etiraf etməyən, “İnkişafa sıfırdan başlamalıyıq” deyən Qurbanov…
Kosovoya biabırçı məğlubiyyətdən sonra yaxın ətrafına bəzi futbolçuların bilərəkdən oynamayaraq, ona “torba tikdikləri” barədə tezislər ötürmüşdü. Guya həmin “torba”nı xarici klublardan dəvət olunmuş futbolçular “tikirmişlər”. Hə, bir də Kamran Ağayev qəsdən özünü zədəli göstərərək, qrupdakı son səfər oyununa getməyib. Getsəydi, belə uduzmazdıq…
Zədəli və cəzalı futbolçuların yoxluğunda “Sportinq”in baş məşqçisi Marsel Kayzerin güc-bəla ilə topladığı 19 nəfərlik heyət isə ötən gün “Qarabağ”a verdiyi dərslə belə iddiaları puça endirdi. Təsəvvür edin, Kosovoya qarşı əsas heyətdə oynayanların dördü – Qara Qarayev, Maksim Medvedev, Araz Abdullayev və Mahir Mədətov yenə iş başında idilər. Üstəlik, avrokuboklarda 100-cü oyununu keçirən Rəşad Sadıqov onlara və 6 legionerə kapitanlıq edirdi.
Elə Priştinadakı kimi, Bakıda da erkən qol buraxan komandaları Qurbanovun vacib oyunlara necə hazırladığı açıq-aydın göründü. Görəsən, bu dəfə “torba tikənlər” kimlər idi: Penaltinin səbəbkarı Yakub Jezniçak, uzaqdan adi zərbədən sonra top buraxan Hannes Halldorsson, yoxsa Luiş Naninin uşaq kimi doladığı Qarayevli, Medvedevli, Sadıqovlu yerli futbolçulardan ibarət müdafiə xətti?
Fakt ortadadır. Azərbaycan millisi və “Qarabağ” həyati əhəmiyyətli qarşılaşmalara hazır deyildi. Səbəbini başqa yerlərdə axtarmağa gərək yoxdur. Çempionatın lideri “Neftçi” olduğu halda, Qurban Qurbanov millidə də öz komandasının futbolçularını oynadır. Nəticədə onlar yorulur, üstəlik, hər ağır məğlubiyyətdən sonra psixoloji cəhətdən sarsılırlar. Axırı isə belə olur və olmalı idi də.
İngiltərənin “Arsenal” klubu da Bakıya aparıcı futbolçularının çoxunu gətirməmişdi. Onların yerinə gənclər çıxış edirdilər. Həmin vaxt “Qarabağ”ın futbolçuları hələ bu qədər yüklənməmişdilər. Amma “topçular” 3 top vurub getdilər. Qurban Qurbanov isə həmin məğlubiyyətdən dərs çıxarmadı. Beynəlxalq oyunlarda hər dəfə eyni heyəti meydana buraxdı, heç bir yenilik etmədi. Elə düşündü ki, bu yolla komandanın oyununu oturuşduracaq. Amma get-gedə zəifləyən “Qarabağ” nəinki Avroliqada, hətta Premyer Liqada da mövqeyini əldən verməyə başladı. İndi bu komanda “Neftçi”dən 5 xal geri qalır. “Hoca” isə get-gedə tükənir…
Bu, “Qarabağ”ın avrokuboklarda 103-cü oyunda 40-cı məğlubiyyəti idi. İlk dəfə idi komanda öz meydanında bu qədər top buraxırdı. Son 11 ildə Azərbaycan millisi qapısından cəmi 2 oyunda 6 top buraxıb. Biri 2007-ci ildə Bakıda Serbiya ilə görüşdə – 1:6. Digəri isə 2014-cü ildə səfərdə Xorvatiya ilə qarşılaşmada – 0:6. Hər iki halda yığmanın baş məşqçiləri Şahin Diniyevlə Berti Foqts istefa verib. O vaxtdan milli komanda ən pis halda 4 top fərqi ilə uduzub. Bunların biri Robert Prosineçkinin dövründə səfərdə Şimali İrlandiya (0:4) və Almaniya (1:5), digəri Qurban Qurbanovun rəhbərliyi altında Kosovo ilə matça təsadüf edib.
“Qarabağ” isə son iki mövsümdə qapısından ikinci dəfə 6 top buraxdı. Biri ötən mövsüm İngiltərədə “Çelsi” ilə matçda (0:6), ikincisi isə noyabrın 29-da.
İndi nə Diniyev var, nə Foqts, nə də Prosineçki. Amma Qurban Qurbanov 10 ildir “Qarabağ”a, 1 ildən çoxdur milliyə rəhbərlik edir. Görəsən, ağır məğlubiyyətlərə görə hansısa komandadan istefa verəcəkmi?
Qaynarinfo
Əvvəlki yazı

DYP RƏİSİNİ İTTİHAM EDƏN HƏBS OLUNDU! – “Özü bunu etiraf etdi…” (Yeniləndi)

Sonrakı yazı

“SOVETSKİ” SAKİNLƏRİ PREZİDENTDƏN KÖMƏK İSTƏYİRLƏR – “Başqa ümid yerimiz qalmayıb” + FOTOLAR

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.