09-05-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“1 TON SUYU BİZƏ 5 MANATA SATIRLAR…” – “AZƏRSU” Binəqədi sakinlərini yenə suya həsrət qoyub (FOTO)

02 İyul 2018, 09:44
Sosial
A A
“1 TON SUYU BİZƏ 5 MANATA SATIRLAR…” – “AZƏRSU” Binəqədi sakinlərini yenə suya həsrət qoyub (FOTO)

Ötən il, təxminən bu vaxtlar Bakı şəhəri, Binəqədi rayonu, “3-cü mədən (Qəsəbə Binəqədi, 75-104-cü korpus) ərazisində yaşayan bir qrup sakin “AzPolitika.info”ya müraciət edərək, qəsəbədə olan su problemini işıqlandırmağımızı xahiş etmişdilər. Bu günlərdə həmin sakinlər bir daha saytımıza müraciət edərək, su problemlərini yenidən işıqlandırmağımızı xahiş etdilər.

Binəqədi rayonunun problemləri bitmək, tükənmək bilmir. Demək olar ki, günaşırı bu rayonda olar problemlər mətbuat vasitəsi ilə ictimaiyyətə çatdırılır. Lakin məmurlar bu yazılara sanki “Siz yazdığınızı yazın, biz öz işimizdəyik” münasibətini göstərirlər. Yuxarıda qeyd etdiyimiz kimi, ötən ildən (artıq bir neçə ildir!) davam edən problem, bu gün də aktuallığını qoruyur.

36462482_282165415661310_7383158857540829184_n

Qızmar yay istisində su üzünə həsrət qalan Binəqədi sakinləri problemin həll olunmasını tələb edirlər: “Yayın bu istisində suya həsrət qalmışıq. Hamının evində qocası, uşağı var. Nə səsimizə səs verən var, nə də maraqlanan! “Azərsu” problemimizi həll edə bilmir, ya da etmək istəmir. Dəfələrlə Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etsək də, heç bir nəticəsi olmadı. Əlacsız qalıb yenidən “Azərsu”ya müraciət etdik. “Ayna Sultanova”dakı idarədə hərə bir söz deyir. Kimin üstünə gedirsən, o da göndərir başqasının üstünə. Heç kim bu problemin əsl səbəblərini izah etmir. Keçmiş icra başçısı Xaləddin İsgəndərova da mürciət etmişdik. 1-2 ay maşınlarla bizə (Binəqədi Qəsəbəsi, 3-cü mədən, 75-104-cü korpus) su göndərdi. Ancaq sonradan gələn maşınlar da bizdən suya qarşılıq pul tələb etməyə başladılar. Əlacımız yoxdu, biz də məcbur qalıb su gətirənlərə pul veririk. 1-1.5 ton suya görə, bizdən 5 manat alırlar. Bir maşın suyu isə 20 manata satırlar. Bir neçə aydır ki, bu əraziyi su xətti çəkildiyini bildirirdilər. Amma nə işdisə, bu əraziyə çatanda borunun ağzını bağlayıb yerə basdırdılar. Yəni, yeni xəttin bizə aidiyyatı olmadığını göstərdilər. Köhnə xəttdən samovara gələn suya 17 xəttin qoşulmağına icazə verilir. Amma 36 xətt qoşulub. Bu əlavə edilmiş 19 xətti “Azərsu” əməkdaşları pul müqabilində camaata satırlar. Bu isə qanunsuzdur! Onsuz da ayda-ildə verilən su qapıya gəlib çatmamış yoxa çıxır! “Azərsu”dan bizə haray yoxdu. Sizin sayt vasitəsilə üzümüzü Binəqədinin icra başçısına tutub, onda bu işə əl atmasını xahiş edirik. Bu dəfə də bu işə əl atmayıb, bizi bu qızmar yay istisində susuz qoysalar, bizim etiraz etməkdən başqa çarəmiz yoxdur” – deyə, qəsəbə sakinləri şikayətlərini dilə gətirdilər.

36454274_282165395661312_5132672054012674048_n

Çox maraqlıdır, yəni, bu böyüklükdə qurum (Azərsu) bir qəsəbənin su problemini illərdir həll edə bilmir? Bəlkə də, qəsəbə sakinlərinin ayağa qalxmasını, etiraz aksiyası keçirilməsini, məsələnin daha da böyüməsini gözləyirlər?…

Ümid edək ki, aidiyyatı qurumlar bu qəsəbə sakinlərinin harayına səs verəcək, lazımı tətbirlər görüləcək!

Məsələni dəqqətdə saxlayacağıq.

Əvvəlki yazı

Qüdrət Həsənquliyev: “Fermer soğanın kisəsini 3 manata satır, bunu Allah da qəbul eləməz”

Sonrakı yazı

Qida Agentliyi fiaskosu: Qoşqar Təhməzli korrupsionerlərdən komanda qurur

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.