02-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

1-ci Azərbaycan-Rusiya beynəlxalq qrant müsabiqəsinin nəticələri açıqlandı

07 İyun 2018, 20:05
Cəmiyyət
A A
1-ci Azərbaycan-Rusiya beynəlxalq qrant müsabiqəsinin nəticələri açıqlandı

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF), Federal dövlət büdcə təşkilatı “Rusiya Fundamental Tədqiqatlar Fondu” (RFTF) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasında imzalanmış əməkdaşlıq haqqında üçtərəfli saziş çərçivəsində 2017-ci il martın 28-də elan olunmuş birinci Azərbaycan-Rusiya üçtərəfli birgə beynəlxalq qrant müsabiqəsinin nəticələri açıqlanıb.

Müsabiqədə iştirak etmək üçün layihələr 2017-ci il martın 28-dən iyunun 29-dək qəbul olunub. Müsabiqəyə layihələr Elmin İnkişafı Fondunun yaratdığı innovativ texnologiya olan “e-QRANT”=“Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” vasitəsilə təqdim edilib. Nəticələr Elmin İnkişafı Fondu və Rusiya Fundamental Tədqiqatlar Fondunun Birgə Komissiyasında da müzakirə olunub.

1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi üzrə ümumi maliyyələşdirilmə həcmi 2 milyon 630 manat olmaqla 20 qalib layihə müəyyənləşdirilib. Uğur dərəcəsi (daxil olan və qalib olan layihələrin sayı üzrə) 28.76% olub və bu rəqəm beynəlxalq təcrübəyə uyğundur. Multidissiplinar və tətbiqi xarakterli tədqiqatlara, müxtəlif akademik və təhsil qurumlarından, sahə elmi-tədqiqat institutlarından olan alim və mütəxəssislər tərəfindən yerinə yetirilməsi planlaşdırılan elmi-tədqiqat mövzuları üzrə təqdim olunmuş layihələrə elmi ekspertizanın nəticələri əsasında seçim zamanı üstünlük verilib. Müsabiqə üzrə qalib layihələr AMEA-nın Fizika, Riyaziyyat və Mexanika, İnformasiya Texnologiyaları, Kataliz və Qeyri-üzvi Kimya, Aşqarlar Kimyası, Neft-Kimya Prosesləri, Geologiya və Geofizika, Neft və Qaz, Botanika, Fiziologiya, Molekulyar Biologiya və Biotexnologiyalar, Arxeologiya və Etnoqrafiya institutlarında, Şamaxı Astrofizika Rəsədxanasında, Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasında, Respublika Seysmoloji Xidmət Mərkəzində, həmçinin Milli Aviasiya Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu, “Azərkosmos” ASC, Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində yerinə yetiriləcək.

Azərbaycan alimləri Rusiya EA Fizika-Texnologiya İnstitutu, Yer Maqnetizmi, İonosferi və Radiodalğaların Yayılması İnstitutu, Baş (Pulkovo) Rəsədxana, İnformasiyanın Ötürülmə Problemləri İnstitutu, Yer Fizikası İnstitutu, Bitkilərin Fiziologiyası İnstitutu, Biologiyanın Fundamental Problemləri İnstitutu, Rusiya EA Sibir Bölməsinin Energetika Sistemləri İnstitutu, Rusiya EA Dağıstan Elmi Mərkəzinin Geologiya İnstitutu, Rusiya EA Kazan Elmi Mərkəzinin Kazan Fizika-Texnika İnstitutu, Sankt-Peterburq Dövlət Universiteti, Moskva Dövlət Universiteti, Ufa Dövlət Neft Texniki Universiteti, Rusiya Dövlət Neft-Qaz Universiteti, Rusiya Xalqlar Dostluğu Universitetinin Riyaziyyat İnstitutu, Başqırdıstan Dövlət Pedaqoji Universiteti və digər qurumlardan olan həmkarları ilə əməkdaşlıq edəcəklər.

Qalib layihələrin hamısı fundamental-tətbiqi xarakterlidir. Fizika-riyaziyyat və texnika elmləri üzrə 9 layihə, Kimya elmləri üzrə 4 layihə, Yer haqqında elmlər üzrə 3 layihə, Biologiya, tibb və aqrar elmləri üzrə 3 layihə, Humanitar və ictimai elmlər üzrə isə 1 layihə qalib olub. Qalib layihə rəhbərlərindən 3-ü qadındır.

Layihələrin icra müddəti 24 aydır. Layihələrin maliyyələşdirilmə həcmi 60 – 185 min manat arasında dəyişir. Qalib layihələr 2018-ci ilin 2-ci yarısından başlayaraq maliyyələşdiriləcək.

Müsabiqənin nəticələri ilə www.sdf.gov.az internet səhifəsində tanış olmaq olar.

Əvvəlki yazı

Fransa G7 sammitinin kommünikesini imzalamaya bilər! – ABŞ-a xəbərdarlıq

Sonrakı yazı

DEPUTAT BARƏDƏ ŞOK İDDİALAR – 6 villa tikdi, körpünü uçurdu…+ FOTOLAR

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35
Bakıdakı ağır qəzanın görüntüləri – Video

Bakıdakı ağır qəzanın görüntüləri – Video

02 Fevral 2026, 13:53
Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi – Video

Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi – Video

02 Fevral 2026, 13:51
Ədliyyə generalı Tərtərə prokuror göndərildi

Ədliyyə generalı Tərtərə prokuror göndərildi

02 Fevral 2026, 13:50
Teymur Musayev Karantin Mərkəzinin direktorunu vəzifəsindən azad edib

Teymur Musayev Karantin Mərkəzinin direktorunu vəzifəsindən azad edib

02 Fevral 2026, 13:10
Deputat: “Naxçıvanın statusu ilə bağlı qərarı əhali verəcək”

Deputat: “Naxçıvanın statusu ilə bağlı qərarı əhali verəcək”

02 Fevral 2026, 12:46
Zakir Fərəcovun sevimli şirkətləri – 6,4 milyonluq sifarişin izi ilə

Zakir Fərəcovun sevimli şirkətləri – 6,4 milyonluq sifarişin izi ilə

02 Fevral 2026, 12:24
Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

29 Yanvar 2026, 16:54
Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

29 Yanvar 2026, 16:37
Medina ən yaxşı müdafiəçilər sırasındadır

Medina ən yaxşı müdafiəçilər sırasındadır

29 Yanvar 2026, 16:35
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

29 Yanvar 2026, 16:34
Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

29 Yanvar 2026, 16:31
Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

29 Yanvar 2026, 16:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.