12-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Əyləncə sahəsi və restoran biznesi yeni şəraitdə necə olacaq? (ŞƏRH)

01 Avqust 2020, 13:01
Cəmiyyət, Banner
A A
Əyləncə sahəsi və restoran biznesi yeni şəraitdə necə olacaq? (ŞƏRH)
“Hesab edirik ki, ictimai iaşə sektoruna və turizm sənayesinə yeni yardımlar lazımdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi əyləncə sahəsi və restoran biznesinin sərt karantin rejimindən sonrakı fəaliyyətlərinin təşkilini şərh edərkən deyib. Sədr assosiasiyanı həyəcanlandıran, maraqlandıran bir sıra sualların olduğunu vurğulayıb:
“Assosiasiya elə bir qurumdur ki, bir çox sahibkarlar, biznes adamları müraciət edirlər. Təbii ki, bu günə kimi yaratdığımız platformalar əsasında biz vaxtaşırı müzakirələrimizi aparırıq. Hələ mart ayının sonunda bir bəyanatla çıxış etdik. Orada sənaye nümayəndələri ilə görüşlərimiz əsasında 12 gün ərzində olan problemləri açıqladıq. O cümlədən post-pandemiya dövründən ziyansız çıxmağımızla bağlı bir neçə təkliflərlə çıxış etdik. Hamıya aydındır ki, bir neçə iri şəhərdə uzun sürən karantin dövrü oldu və bu gün də davam edir. İctimai iaşə müəssisələri, restoranlar, kafelər, yeməkxanaların işinə müəyyən məhdudiyyət qoyuldu. Karantin yumşalanda qısa müddətə onların işi bərpa olundu, yerində müştərilərə xidmət göstərmək imkanları əldə olundu, amma ondan sonra yenidən qadağa olundu. Hazırda çatdırma və yerində xidmət ilə müştəridən sifariş götürə bilirik. Kimlərsə bu üsülla bacardısa işlərini qurdu, bəziləri isə bu servisdən istifadə edə bilmədi. Onların işi tamam dayandı”.
Samir Dübəndi
Samir Dübəndi bazarlarda bəzi dəyişikliklərin müşahidə olunduğunu qeyd edib:
“Görürük ki, şəhərin mərkəzində olan bir çox restoranlarda turist yoxdur, işləri tam dayanıb. Onların işi turistlər üçün istiqamətlənmişdi, daha çox zərbə aldı və əziyyət çəkən müəssisələrdən oldu. Turist yoxdur, bunun da səbəbləri var, sərhəd bağlıdır, beynəlxalq çıxışlar yoxdur. Son dövrdə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bir sıra metodik göstərişlər dərc olunub. Biz də onların yayılmasında, tanıdılmasında, sənayeyə çatdırılmasında iştirak edirik. Konfranslar keçirib sənaye rəhbərlərini məlumatlandırırıq ki, bu qaydaların tərəfləri nədən ibarətdir. Burada məsafə, əlavə dezinfeksiya işləri, adam başına düşən ərazinin məhdudiyyəti və s. kimi işlər var. İşlərdə bir qədər dəyişiklik gözlənilir. Qəbul olunan müştəri sayından 50% aşağı tövsiyə olunur. Təbii ki, bunlar resatoranların qəbuletmə dövriyyəsinə təsir edən məsələlərdir”.
Sədr bildirib ki, problemlərlə bağlı təhlillər aparıb bir sıra sualları əhatə edən məktubla dövlətə və dövlət başcısına müraciət edilib:
“Biz gördüyümüz problemləri açıqladıq. Hesab edirik ki, ictimai iaşə sektoruna və turizm sənayesinə yeni yardımlar lazımdır, bu sahə üçün daha ixtisaslaşmış yardım paketləri təklif olunmalıdır. İlk öncə biz sənayeni xilas etməyin yollarını düşünməliyik. Ona görə ki, bir çox məkanların vəziyyəti yaxşı deyil. Bir çox müəssisələr xidmət üsülünu dəyişərək çatdırma üsülü ilə çalışırlar. Metodik göstərişlərin yeni tərəfləri və bunların əsasında hər bir müəssisənin əlavə xərcləri ortaya çıxır. Qoruyucu vasitələr, maskalar, əlcəklər və s. Məqsədimiz bunların ən azından topdan satış qiyməti ilə realizə olunmasını təşkil etməkdir. Bu vacib məsələdir. Ona görə ki, hər bir müəssisə metodiki göstərişlərə riayət etməlidir. Amma buna əməl etmək üçün əlavə xərclər ortaya çıxır”.
Əvvəlki yazı

İnam Kərimovun müavini işdən çıxarıldı – Yeni təyinat

Sonrakı yazı

Bazar gününün hava proqnozu

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

11 Fevral 2026, 17:34
“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

11 Fevral 2026, 16:34
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

11 Fevral 2026, 14:25
Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

11 Fevral 2026, 13:52
“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.