07-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Əsl müxalifət bizik” – Açıqlama

30 Oktyabr 2019, 16:13
Siyasət, Seçmə
A A
“Əsl müxalifət bizik” – Açıqlama

Azərbaycanda parlamentdə təmsil olunan partiyalarına münasibət birmənalı deyil. Əksəriyyət parlament partiyalarının müxalif düşüncələrdən tamamilə uzaqlaşdığını, aydın hiss ediləcək səviyyədə iqtidarmeyilli  olduğunu düşünür. Belə fikirləri sosial şəbəkələrdə tez-tez yazır, cəmiyyətdə tez-tez səsləndiriləlr.

Modern.az-ın əməkdaşı bununla bağlı parlament partiyalarının rəhbərlərinin münasibətini öyrənib.

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa parlamentdə olan partiyaların iqtidar, yaxud müxalif mövqedə olmağı haqqında maraqlanmadığını deyir. O bildirib ki, sıravi insana belə diqqət etdikdə, iqtidar-müxalifət ayırımı etmək əvəzinə, ağıllı-ağılsız olmasına qiymət verir:
“Ona görə, hesab edirəm ki, ağılllı mövqedə olub, ölkəyə xeyir vermək lazımdır. Kimsə müxalifətçilikdən şərəf duyursa, qoy bu şərəfi yaşasın. Kiminsə öz şərəfi varsa, elə onu da daşıyacaq. Əsas odur ki, cəmiyyətin xeyrinə nə isə iş görə biləsən. Kimin məni necə adlandırmasının mənim üçün əhəmiyyəti yoxdur”.

F.Mustafanın sözlərinə görə, o insanlar ki, özlərini qəlibin içərisinə sığışdırırlar, onlar öz şəxsiyyətlərinə güvənmirlər:

“Ona görə də müxalifətçiyəm deyib, fəxr edirlər. Müxalifətçi olub da, ortaya maraqlı təklif qoymusanmı, bir ideyanın müəllifisənmi? Elə deyilsə, 30 il də bundan sonra “girələn”, nə olacaq? Ona görə, bu məsələlər müzakirə mövzusu deyil”.

Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı müxalifəti bu cür xarakterizə edib:

“Müxalifət o deyil ki, küçələrə çıxsın, polisə daş atsın, yaşıllıqları tapdalasın, qarşısına çıxan hər şeyi məhv etsin, anarxist xarakterli addımlar atsın. Bu qüvvələrə dağıdıcı, anarxist düşüncəli qaragüruh deyirlər. Belə insanlar düşünür ki, müxalifət bu cür olmalıdır. Halbuki, yanlış fikirdir. Demokratik cəmiyyətdə iqtidar olduğu müddətcə müxalifət də olmalıdır və olması vacibdir. Bu müxalifət iqtidarın fəaliyyətini müşahidə edir, təhlil aparıb, konkret nəticələr çıxarır. Harada dövlətçiliyin inkişafına, xalqın rifahına xidmət edən uğurlar varsa, bunu etiraf edir. Bu etiraf iqtidarın yanında olmaq deyil. Əsl müxalifət iqtidarın fəaliyyətində çatışmayan nöqtələrin üzərində dayanıb, onun aradan qaldırılması yollarını da göstərir”.

F.Ağamalı əlavə edib ki, müxalifət cəmiyyətdə özünə müəyyən sosial baza formalaşdıra bilir:

“Sosial baza genişlənib, müəyyən səviyyəyə qalxırsa, partiya seçkilərdə iştirak edib, səs qazanır. Milli Məclisdə təmsil olunanlar əsl müxalifətdir, konstruktiv müxalifətdir. Parlamentdən kənarda qalan partiyalar arasında da konstruktiv mövqedə dayananlar var. Düşünürəm ki, onlar da öz işlərini daha yüksək səviyyədə qursalar, növbəti parlament seçkilərində xalqın etimadını qazanıb, parlamentdə təmsil oluna bilərlər”.

Vəhdət Partiyasının sədri Tahir Kərimli hesab edir ki, parlamentdəki müxalifət partiyalarını ittiham edilməsi sadəcə ortaya atılan subyektiv fikirlərdir:

“Biz Vəhdət Partiyası olaraq, əvvəldən elan etdiyimiz kursa sadiqik. Bu kurs ondan ibarətdir ki, ölkənin daxili və xarici strateji xəttini müdafiə edirik. Prezidentin stabillik və inkişaf planı ilə həmrəyik. Amma razılaşmadığımız məsələlərdə müxalifətik. Biz Azərbaycan xalqının Qarabağ problemindən tutmuş,  pensiya, kredit məsələlərinə qədər hər mövzuda müxalif mövqeyimizi bildirmişik.

Keçmişdə danışıqla parlamentdə oturan indiki radikal müxalifət hər kəsin bu yolla parlamentdə təmsil olunduğunu sanır. Onlara demək lazımdır ki, siz çoxluq idiniz, danışdınız. 10 il parlamentdə oturdunuz, müxalifəti parçaladınız. 2003-cü il parlament seçkilərində Azərbaycan Xalq Cəbhəsi Partiyası İsa Qəmbəri müdafiə etmədi. Müsavat onları düşmən elan etdi. Sonradan Müsavat parlament partiyası olanda AXCP ona qarşı kampaniyaya başladı. Həmin vəziyyət indi də gedir. Kim nə deyir desin, kiminsə səsini oğurlamamışam. Heç bir saxtakarlığa ehtiyacım olmayıb. Düşünürlər ki, ancaq gərək hakimiyyəti söyəsən, elə müxalifət olasan”.

Əvvəlki yazı

Oqtay Gülalıyevin əməliyyatı bitdi – Rəsmi

Sonrakı yazı

Xanhüseyn Kazımlı içkili olub? – Açıqlama

Azərbaycanlı musiqiçinin qızı ağır vəziyyətdədir – FOTO

Azərbaycanlı musiqiçinin qızı ağır vəziyyətdədir – FOTO

07 Avqust 2025, 16:04
ABŞ-də İlham Əliyevi müşayiət edən kortej – Video

ABŞ-də İlham Əliyevi müşayiət edən kortej – Video

07 Avqust 2025, 15:33
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-a işgüzar səfərə gəlib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-a işgüzar səfərə gəlib

07 Avqust 2025, 15:31
Tanınmış idmançı FHN-də vəzifəyə TƏYİN OLUNDU

Tanınmış idmançı FHN-də vəzifəyə TƏYİN OLUNDU

07 Avqust 2025, 14:15
“Bu cür iddialar əsassız, boş, axmaq söhbətlərdir” — Artur Rasizadədən açıqlama

“Bu cür iddialar əsassız, boş, axmaq söhbətlərdir” — Artur Rasizadədən açıqlama

07 Avqust 2025, 14:12
7 nəfərin öldüyü qəzadan görüntülər – Foto-Video

7 nəfərin öldüyü qəzadan görüntülər – Foto-Video

07 Avqust 2025, 14:09
Azərbaycan yığmasının 27 yaşlı üzvü vəfat etdi

Azərbaycan yığmasının 27 yaşlı üzvü vəfat etdi

07 Avqust 2025, 13:52
“Qabiliyyət imtahanları jurnalistikaya xidmət etmədi və etməyəcək” — Fadil Paşayev

“Qabiliyyət imtahanları jurnalistikaya xidmət etmədi və etməyəcək” — Fadil Paşayev

07 Avqust 2025, 13:50
DYP sərnişindaşıma fəaliyyəti göstərənlərə müraciət edib

DYP sərnişindaşıma fəaliyyəti göstərənlərə müraciət edib

07 Avqust 2025, 13:24
Paytaxtı iyrənc qoxu bürüyüb – SƏBƏB

Paytaxtı iyrənc qoxu bürüyüb – SƏBƏB

05 Avqust 2025, 18:08
AHİK endirim fırıldağı edir? – FOTO

AHİK endirim fırıldağı edir? – FOTO

05 Avqust 2025, 18:06
TBMM-də tarixi gün: “Terrorşuz Türkiyə” üçün komissiya işə başladı

TBMM-də tarixi gün: “Terrorşuz Türkiyə” üçün komissiya işə başladı

05 Avqust 2025, 18:04
Lerik Rayon İcra Hakimiyyətinin 400 minlik tenderi ləğv edildi

Lerik Rayon İcra Hakimiyyətinin 400 minlik tenderi ləğv edildi

05 Avqust 2025, 15:39
Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldı

Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldı

05 Avqust 2025, 15:36
Ana və azyaşlı övladının həyatına son qoyan səhlənkarlıq – BDYPİ-dən açıqlama

Ana və azyaşlı övladının həyatına son qoyan səhlənkarlıq – BDYPİ-dən açıqlama

05 Avqust 2025, 15:33
“Balaxanı Operating Company” LTD şirkəti cərimələndi – FOTOLAR

“Balaxanı Operating Company” LTD şirkəti cərimələndi – FOTOLAR

05 Avqust 2025, 15:31
“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin layihələri elan olunub

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin layihələri elan olunub

05 Avqust 2025, 15:27
Beynəlxalq axtarışda idi – Azərbaycanda tutuldu

Beynəlxalq axtarışda idi – Azərbaycanda tutuldu

05 Avqust 2025, 15:23
“Ai-95” yanacağı ilə bağlı AÇIQLAMA – Bu gündən

“Ai-95” yanacağı ilə bağlı AÇIQLAMA – Bu gündən

05 Avqust 2025, 13:38
Məşhur müğənninin qardaşı “Qocalar evi”nə yerləşdirildi – FOTO

Məşhur müğənninin qardaşı “Qocalar evi”nə yerləşdirildi – FOTO

05 Avqust 2025, 13:34

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.