Bəşər Əsəd rejimi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qərarı və Rusiyanın elan etdiyi 5 saatlıq atəşkəsə rəğmən 5 il mühasirə altında saxladığı Şərq Qutaya doğru hərəkətə keçib.
Reportyor.info xarici mediaya istinadla xəbər verir ki, son bir neçə gündür şəhər havadan və qurudan güclü atəşə məruz qalır.
Rusiyanın havadan verdiyi dəstək sayəsində Şərqi Qutanın Utaya, Neşşabiye, Harizma və Hoş el Davahre bölgələrini ələ keçirən Əsəd qüvvələri şəhəri içərilərinə doğru irəliləyir.
Xatırladaq ki, Əsəd rejimi və dəstəkçilərinin Şərqi Qutaya fevralın 19-dan martın 2-dək etdiyi hücum zamanı 674 mülki şəxs həlak olub, 2 min 278-i isə yaralanıb.