19-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ərim içki məclisində məni dostlarına təklif edirdi” – Qayınatadan gəlinə təklif

20 Fevral 2021, 09:38
Cəmiyyət
A A
Ərim içki məclisində məni dostlarına təklif edirdi” – Qayınatadan gəlinə təklif

“Bu rəngli qolbağlardan xoşum gəlir. Boz həyatıma rəng qatan bircə bunlardır. Tək rənglərinə görə sevmirəm, elə bilirəm həyatımdakı ağrı-acını uşaqlara unutdurur. Bir də nə zamansa bizə uğur gətirəcəyinə inanıram”…

“Reportyor.info” xəbər verir ki, Lent.az-ın qəhrəmanı qolbağlarına baxa-baxa asta səslə danışır. Sanki özü ilə dərdləşir…

5 aydı “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinə sığınıb. Adının çəkilməsini və fotolarda görünməsini istəmir. Anlayışla qarşılayırıq, “necə istəyirsən, elə də edərik” deyirik. Amma yenə nədənsə çəkinir, tərəddüd edir. Deyir, bu yaşa kimi heç kim mənə verdiyi sözü tutmayıb, ona görə heç kimə inanmıram.

Həyatda üzü gülməyən, otuz illik ömrünə bəlkə yüz illik əzab sığışdıran qəhrəmanıma şərti olaraq Sevinc adını verirəm. Yaşadıqlarından sonra onun və uşaqlarının sağ qalması möcüzədir. Ağır həyatının lap əvvəlindən danışmağa başlayır. Yaşamadığı, daha doğrusu, kimlərinsə yaşamağa qoymadığı uşaqlıq illərindən:

“Üç yaşım olanda atamla anam ayrıldılar. Babam və ögey nənəmlə, qardaşım isə atam və ögey anamla yaşadı. Atamgilə qonaq kimi gedirdim. Məktəbdə hamıdan yaxşı oxuyurdum, həkim olmaq istəyirdim. Dərsdən evə gələndə babam evdə idisə, ögey nənəm mənimlə mehriban davranırdı, evdə deyilsə zülm verirdi. Ən ağır işləri mənə gördürürdü. Beləcə, 12 il ögey nənənin “himayəsi”ndə qaldım. 16 yaşımda öz anam gəldi”.

Qəribədir, anasına qovuşmaq da ona səadət gətirmir. Ana keçmiş əri ilə sözü bir edib, onu 16 yaşında məcbur ərə verirlər. Özü bu işdən son anda xəbər tutur. Nə qədər eləsə də, heç kim göz yaşlarına, yalvarışlarına baxmır.

Sevinc özünü hər zaman tək, tənha bilib həyatda. Deyir, insana ən böyük zərbəni elə öz doğmaları vurur:

“9-cu sinifdə oxuyanda məni məktəbdən çıxartdılar. Ögey anam oxumağa qoymadı. Deyirdi, bizlərdə qız oxumur. Ərim məndən 9 yaş böyük idi. İlk bir ayı xoşbəxt idim. Sonra hər şey alt-üst oldu”.

2008-ci ildə qurulan evlilikdən üç uşaq dünyaya gəlir. Sevinc 11 yaşlı böyük oğlunu sonuncu mübahisələrindən öncə bibisi ilə rayona göndərir. Özü və iki uşaq sığınacaqda qorunsalar da, indi ən böyük narahatçılığı atası ilə qalan böyük oğludur. Oğlunu özü ilə içki məclislərinə aparan ata səhərə yaxın uşaqla evə gəlirmiş. Ananın dediyinə görə, yorğun, ac-susuz, yuxusuz qalan uşaq günü-gündən üzülürdü. Əlacsız qalan ana oğlunu qorumaq üçün atasından uzaq saxlamağa qərar verir və uşağı bibisi ilə birgə rayona göndərir.

Dəfələrlə həyat yoldaşını içkidən çəkindirməyə çalışır. Hər dəfə bu cavabı eşidir: “Mən içkini səndən öncə tanımışam”. 12 illik ailə həyatında bütün əzablara, zülmlərə yalnız övladlarına görə dözdüyünü deyir:

“Mən atadan, anadan ayrı yaşamağın nə olduğunu bilirəm. Ona görə, çalışırdım ki, uşaqlarım mənim yaşadıqlarımı yaşamasın. Sevgisiz böyüməsinlər, kindən, nifrətdən uzaq olsunlar. İndi də onlarda atalarına qarşı kin yaratmıram, pisləmirəm. Mənim həyatım nifrətlə, qəzəblə keçib. Həmişə də içimə atmışam. Uşaqlarımın da mənim kimi olmasın istəmirəm”.

Otuz yaşlı Sevincin qollarında, bədəninin hər yerində intihar cəhdlərinin izi var. Kəsik-kəsik olan qollarını sığınacaqda ona bağışlanan müxtəlif rəngli qolbaqlarla gizləyib. Bu qolbaqların ona ümid, uğur gətirəcəyinə inanır.

Sevincin danışdıqlarını sakit dinləmək mümkün deyil. Bir insan, bir ata öz ailəsinə niyə bu cür işgəncə versin? O, bu sualın cavabını belə izah edir:

“Onun atası da özü kimi olub. Uşaq ikən ona yaşadılanlarını bizə yaşadır. Bunu özü, bacıları, anası dəfələrlə etiraf edib. Məsələn, mən də əzablarla böyümüşəm. Ondan fərqli uşaqlarımın belə yaşamaması üçün həyatımı da qurban verirəm. Amma o… O, hər dəfə içəndən sonra bizim sabaha sağ çıxmamız Allahın möcüzəsi idi. İçkili vaxtı məni üzbəüz oturdub, başımın üzərinə bıçaq atırdı. Həmin an divara dəyən bıçaq üzümə, gözümə, bədənimə dəyə bilərdi. Sonra bir-bir uşaqları oturdurardı. Eynən onlara da belə edərdi. Ağlayıb, özümü öldürürdüm. Uşaqlar sakitləşim deyə qorxsalar belə məni təsəlli edirdilər ki, ana, ağlama, heç nə olmayacaq, qorxma.

Gecə ikən uşaqların boğazına bıçaq dirəyib onları yuxudan oyadırdı ki, mənimlə getməlisiniz. Yatdıqları yerdə gəlib ayaqlarından tutub qaldırıb, yerə atırdı. Bir dəfə də alnıma tüfəng dirədi. Baldızım tez gəlib tüfəngi əli ilə yuxarı qaldırdı. Güllə mənə yox, tavana dəydi. 12 ildir hər günümüzü qorxu ilə yaşamışıq”.

O, danışdıqca biz dəhşətə gəlirdik. Deyir ki, əri dostları ilə evdə içki məclisi qurandan sonra sonda evi tərk edib, onu dostlarına təklif edir:

“8-9 ildir ki, mənə siqaret çəkdirdi, içki içdirdi. Bura, sığınacağa gələndən içki içmirəm, amma siqareti hələ də tərgitə bilmirəm. Dəfələrlə dostları ilə evdə içki məclisi təşkil edib. Hər dəfə məni də məcbur stolda oturdub içirdirdi. Uşaqlar mənə deyirdilər, mama, nə deyirsə elə, bircə evdə söz-söhbət olmasın. Axırda siqaret almaq adı ilə evdən çıxırdı və məni açıq şəkildə dostlarına təklif edirdi. Onlar məni tanıyırdılar, necə biri olduğumu bilirdilər.

Əvvəlki yazı

Əfv komissiyasının iclası başa çatıb, 100-dən artıq müraciətə baxılıb

Sonrakı yazı

Azərbaycan vətəndaşları haraya səfər edə bilirlər?

FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

19 Avqust 2025, 11:44
Pezeşkian Göy məsciddə namaz qıldı

Pezeşkian Göy məsciddə namaz qıldı

19 Avqust 2025, 11:43
Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

19 Avqust 2025, 11:41
“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

19 Avqust 2025, 11:39
Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

19 Avqust 2025, 11:37
Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

19 Avqust 2025, 11:35
Paşinyan Pezeşkianla görüşdü

Paşinyan Pezeşkianla görüşdü

19 Avqust 2025, 11:33
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

19 Avqust 2025, 11:32
Evində yıxılıb öldü

Evində yıxılıb öldü

19 Avqust 2025, 11:30
Paşinyanla Pezeşkianın görüşü başladı – Video

Paşinyanla Pezeşkianın görüşü başladı – Video

19 Avqust 2025, 11:27
“Rahat market”də müştərinin aldadılması halı aşkarlandı

“Rahat market”də müştərinin aldadılması halı aşkarlandı

18 Avqust 2025, 14:46
“Turan Tovuz” La Liqada çıxış edən futbolçunu transfer edib

“Turan Tovuz” La Liqada çıxış edən futbolçunu transfer edib

18 Avqust 2025, 14:43
Aysun anasının həbs olunduğu gün məclisdə BELƏ GÖRÜNTÜLƏNDİ — VİDEO

Aysun anasının həbs olunduğu gün məclisdə BELƏ GÖRÜNTÜLƏNDİ — VİDEO

18 Avqust 2025, 11:56
Xarkovda matəm elan olunub

Xarkovda matəm elan olunub

18 Avqust 2025, 11:26
Rəqsanə apellyasiya şikayəti verdi

Rəqsanə apellyasiya şikayəti verdi

18 Avqust 2025, 11:20
Rüşvətxorluğa qarşı yeni dövlət standartı qəbul edildi

Rüşvətxorluğa qarşı yeni dövlət standartı qəbul edildi

18 Avqust 2025, 11:03
Odessa Vilayət Dövlət Administrasiyasının sədri SOCAR-ın yanacaqdoldurma məntəqəsinə hücum olduğunu təsdiqlədi

Odessa Vilayət Dövlət Administrasiyasının sədri SOCAR-ın yanacaqdoldurma məntəqəsinə hücum olduğunu təsdiqlədi

18 Avqust 2025, 11:02
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı – VİDEO

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı – VİDEO

18 Avqust 2025, 10:59
Ötən il Azərbaycanda qeydə alınan körpə ölümlərinin sayı açıqlanıb

Ötən il Azərbaycanda qeydə alınan körpə ölümlərinin sayı açıqlanıb

18 Avqust 2025, 10:57
Avqustda 4 bürcə sərvət axacaq

Avqustda 4 bürcə sərvət axacaq

18 Avqust 2025, 10:55

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.