Amerikalı repçi Kenni Vest Kim Kardaşyandan boşanmaq istədiyini bildirib.
Reportyor.info xarici mətbuata istinadən xəbər verir ki, qaradərilu repçi qayınanası Kris Cennerin irqçi olduğunu iddia edib və iki ildir boşanmaq istədiyinj deyib.
Onun iddialarına görə, həyat yoldaşı K.Kardaşyan 2018-ci ildə bir konfransda repçi Mik Millə tanış olub, daha sonra isə onunla münasibət qurub:
“Məni dəlixanaya aparmaq istədilər. Kimin Millə görüşməsinin ardından iki ildir ki, boşanmağa çalışıram”.