13-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ərdoğanın elektoratı kiçilir? – Rəy sorğuları AKP əleyhinə…

28 İyul 2020, 16:23
Siyasət, Dünya
A A
Ərdoğanın elektoratı kiçilir? – Rəy sorğuları AKP əleyhinə…

Raqib Soylu

“Middle East Eye”, 27.06.2020

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan COVID-19 yayılandan cəsarətli geri dönüş edib. Bu yaxınlara qədər o, aylardır özünü kameralardan uzaq tutub, bunun əvəzinə, səhiyyə nazirini ictimaiyyət qarşısına çıxarıb.

Müxalifətlə, xüsusən bələdiyyələrlə virusa qarşı necə mübarizə aparmaq barədə ara-sıra mübahisələr olub, lakin əsasən, qalmaqalsız. Sonra birlikdə bir neçə addım atmağa başlayıblar.

Hakim Ədalət və İnkişaf Partiyası (AKP) iyunda küçələri qorumaq üçün yeni bir hüquq-mühafizə orqanı – “bekçilər” (keşikçilər) haqqında qanun layihəsini təsdiqlədib.

Bundan sonra AKP hökuməti onu tənqid edən hüquqşünasların birliyini hər bir əyalətdə çoxsaylı vəkil idarələrinə bölüb.

Daha sonra qəzəblənən Ərdoğan yeni doğulmuş nəvəsi və qızını təhqir edən bir tvitə cavab olaraq sosial medianı tamamilə qadağan edəcəyini bildirib. İndi hökumət “Twitter”, “Facebook” və “Instagram” kimi şəbəkələri Türkiyədə nümayəndəlik açmağa məcbur edən və ya milyonlarla dollar cərimə və istifadəçi girişini məhdudlaşdıran yeni bir sosial media tənzimlənməsi ilə bağlı müzakirələr aparır.

Ərdoğan daha mübahisəli addımlarla irəliləyib.

Məhkəmə qərarından sonra şəxsən Ayasofyanı məscidə çevirib. Sonra ortaqları ilə homoseksuallığı normallaşdıran və ailələri məhv etdiyi iddia edilən qadınlara qarşı zorakılıq əleyhinə İstanbul Konvensiyasından çıxacağını vəd edib.

O, eyni zamanda, homoseksualları “pozucular” elan edib və ictimaiyyəti homoseksuallığa qarşı müqavimətə çağırıb, tərəfdaşları isə “Netflix”-də, Türkiyədə çəkilən bir serialda gey personajın çıxarılmasına çalışıb.

 

Sorğuların nəticəsi

Ərdoğanın motivləri üçün bir neçə izah var, lakin demək olar ki, hamısı səsvermə tendensiyaları ilə əlaqədardır.

2003-cü ildən, ofisində ilk fəaliyyətə başladığı gündən etibarən Ərdoğan və silahdaşları seçicilərin rəyini, həqiqətən, yaxından araşdırır. Bu strategiya Ərdoğanın siyasi instinkti ilə birlikdə onu son 18 ildə hakimiyyətdə saxlayıb. Ancaq bu dəfə rəqəmlər çox da yaxşı görünmür.

Koronavirus böhranı öncəsi Türkiyə iqtisadiyyatının irəliləyişi ləngiyib, amma indi dərin problem içindədir. Bir ildə 2,5 milyondan çox insan iş yerini itirib, Mərkəzi Bank türk lirəsini sabit saxlamaq üçün bütün ehtiyatlarını “yandırıb” və büdcə kəsiri illik müqayisədə 40 faiz artıb. Lirə bu ilin ilk yarısında dollara qarşı dəyərinin təxminən 15 faizini itirib.

Seçicilərin buna təpkisi sərt olub. Ərdoğana dəstək 50 faiz lehinə görünsə də, partiyası böyük uğursuzluqlarla üzləşir. Son sorğular AKP-yə dəstəyin bu ilin əvvəlində 34 faizə endiyini və koronavirus böhranının ardından 30 faizə çatdığı, qərarsız seçicilərin sayının 10 faizə qədər artdığını göstərir.

“AKP-nin bazası kiçilir və Ərdoğan əsas seçicilərinin tələblərinə qarşı daha həssas olur, – deyə Ankaranın Bilkent Universitetinin beynəlxalq əlaqələr üzrə əməkdaşı Berk Esen bildirib. – Dini sifarişlər və dini icmalar AKP-nin gündəliyini formalaşdırmaqda getdikcə daha təsirli olur, çünki AKP indi daha kiçik seçici bazasına sahibdir”.

Ayasofyanın məscidə çevrilməsi mühafizəkarlar tərəfindən onilliklər boyu səsləndirilən tələbdir və Ərdoğan bunu öz gənclik arzusu adlandırıb.

“Hərəkətin özü hökumətin çıxılmaz vəziyyətdə olduğunu təsdiqləyir”, – deyə Esen sözlərinə əlavə edib.

O, AKP-nin hər zaman populyarlığını qorumaq və müxalifəti zəiflətmək üçün bu cür addımlar atdığını söyləyib.

 

Mühafizəkar dəstək

İstanbulun Fatih məhəlləsindəki İsmail ağa icması və “Isıkçılar” dini icması (“Turkiye” qəzeti ona məxsusdur) qadınların kişilər tərəfindən vəhşicəsinə öldürüldüyü bir ölkədə Türkiyənin İstanbul Konvensiyasından çıxması üçün kampaniya aparır.

Onların əsas dəlili – gender bərabərliyi anlayışının “kişi və qadın ikili kateqoriyalarını məhv etməsi” və “qadınlara verilən hüququn ailəni imkansız hala gətirməsi”dir.

Son sorğu göstərib ki, ictimaiyyətin 51 faizindən çoxu İstanbul Konvensiyasının nə olduğunu belə bilmir.

Eyni qruplar, həmçinin, hökumətə “Netflix” proqramlarını senzuradan keçirmək, “Gay Pride” yürüşlərinin ləğv etmək və LGBT hərəkatını məhdudlaşdırmaq üçün addımlar atmağa sövq edir.

Keçmiş Ərdoğan müttəfiqləri – Əli Babacan və Əhməd Davudoğlu kimi yeni partiya qurucuları AKP üçün xüsusi narahatlıq yaradıb, çünki son tarixdə ilk dəfə prezidentin səslərini oğurlamağa yönəlmiş mərkəz-sağda alternativə çevriliblər.

“Partiyadan uzaqlaşan seçicilərin bu yeni partiyalara keçməsi riski var, – bunu politoloq Nezih Onur Koru bildirib. – Buraya dini mühafizəkarlar daxildir”.

Növbəti prezident seçkilərinə 3 ildən çox vaxt qalıb, amma paytaxtda Ərdoğanın millətçi müttəfiqi Dövlət Baxçalının istəyi ilə erkən seçki keçirilə biləcəyi barədə şayiələr yayılır. Bəzi müxalif millət vəkilləri növbədənkənar seçkinin gələn il olacağını gözləyirlər.

Hər halda, bir çoxları Ərdoğanın xalqı iqtisadiyyat kimi əsas problemlərdən yayındırmaq üçün Ayasofya və “Netflix” kimi mövzulardan istifadə etdiyinə inanırlar. Bu, ictimai gündəmi formalaşdırmaq cəhdidir.

Doğrudan da, Türkiyə ictimaiyyəti və beynəlxalq ictimaiyyət həftələrdir Ayasofya mövzusunda mübahisələr aparır, hakimiyyətin açıqladığı yeni iqtisadi məlumatlar isə türk işçi ailələrinin yaşadığı çətinlikləri təsdiqləyib.

“Güc nümayiş etdirərək, AKP-nin imkanlarını ictimai gündəmin birinci sırasına qoyurlar”, – deyə Koru əlavə edir.

Sosial mediaya dair son təklif belə bir cəhddir. Qanun layihəsi nəinki “Twitter”, “Facebook” və “Instaqram” kimi şirkətləri hakimlərin əmrləri ilə kontenti dərhal silmək məcburiyyətində qoyur, eyni zamanda, “unudulmaq hüququ”na əsaslanaraq xəbərləri internetdən silməyə yol açır.

Tənqidçilər səlahiyyətlərin çox güman ki, rəqəmsal tarixdən hökumət əleyhinə hesabatları silmək üçün istifadə ediləcəyini deyirlər.

Hökumətin bu məsələdə tələsgənliyini hüquq professoru və ölkənin aparıcı kiber-aktivisti Yaman Akdeniz yalnız bir cümlə ilə ifadə edib: “Çünki belə məsləhət bilərlər”.

Tərcümə: Strateq.az

Əvvəlki yazı

Avqustun 5-dən karantin məhdud yumşalsın – Nazirlik

Sonrakı yazı

Baş infeksionist: “Ayın 5-də ola bilər yumşalmaya gedilməsin” – Video

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.