05-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ərdoğanın Əliyevə zəngindən çıxan nəticə – Şərh

24 Sentyabr 2020, 09:05
Gündəm
A A
Ərdoğanın Əliyevə zəngindən çıxan nəticə – Şərh

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə zəng edərək, sentyabrın 21-də cəbhənin Tovuz istiqamətində ermənilərin təxribatı nəticəsində hərbiçimiz Elşən Məmmədovun şəhid olması ilə əlaqədar dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verib.

Azərbaycan prezidenti göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı türkiyəli həmkarının və Türkiyə xalqının Azərbaycana daim göstərdiyi dəstəyi yüksək qiymətləndirib. Dövlət başçıları dost və qardaş Türkiyə ilə Azərbaycanın həmişə olduğu kimi, bundan sonra da bir-birinin yanında olacağını vurğulayıblar.

Ərdoğanın bu zəngi ölkəmizdə rəğbətlə qarşılanıb. Eyni zamanda bu zəng bir daha onu göstərdi ki, rəsmi Ankara hər an, hər məsələdə Azərbaycanın yanındadır. Səslənən fikirlərin əsasını o təşkil edir ki, iki qardaş ölkə arasında heç zaman bu qədər yaxınlaşma olmayıb. Ekspertlər bu yaxınlığın Dağlıq Qarabağ münaqişəsinin həllində çox ciddi rol oynayacağına böyük ümidlər bəsləyirlər.

Elxan Şahinoğlu: “Erməni dili universitetlərimizdə peşəkar tədris  olunmalıdır”

Elxan Şahinoğlu: “Bu o anlama gəlir ki, Azərbaycanın şəhidi Türkiyənin şəhididir, Azərbaycana atılan güllə Türkiyəyə atılan güllədir”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ərdoğanla yanaşı Ukrayna prezidentinin də zənginə xüsusi yer ayırdı: “Tovuz istiqamətində şəhid verdikdən dərhal sonra Ərdoğanın azərbaycanlı həmkarına zəng edərək başsağlığı verməsi iki ölkə arasında bugünkü strateji əlaqələrin ruhundan irəli gəlir. İyulun 12-də Azərbaycanla sərhəddə təxribat törədildikdən sonra Ermənistan Türkiyənin qəzəbinə tuş gəlib. Türkiyə Ermənistana keçmişdə olduğundan daha sərt açıqlamalar ünvanlayır. Bunun bir neçə səbəbi var. Birincisi, Türkiyə son illərdə bölgənin əsas dövlətinə çevrilib. Eyni zamanda İraqda, Suriyada və Liviyada hərbi əməliyyatlarda iştirak edən Türkiyə Cənubi Qafqazda da söz sahibi olmaq istəyir. İkincisi, Türkiyə Azərbaycanla hərbi əməkdaşlığı genişləndirməyə qərar verib. Ərdoğan və Türkiyənin digər rəsmiləri son günlərdə işğalçı Ermənistanın ünvanına xəbərdarlıq mesajlarının sayını artırıblar. Türkiyə rəsmilərinin ”Ermənistan odla oynayır”, “Ermənistan ağlını başına yığsın” kimi açıqlamaları İrəvana ciddi xəbərdarlıq mahiyyəti daşıyır. Ərdoğan BMT-nin onlayn konfransında çıxışı zamanı da Ermənistanın işğalçı siyasətini xatırlatmağı unutmayıb. Bu gedişat onu göstərir ki, Ankara Ermənistanın ünvanına ancaq xəbərdarlıq mesajları göndərməyəcək. Türkiyə Cumhurbaşqanının sözündən sonra əməli də gəlir. Bunu biz Türkiyənin Suriya, İraq, Liviya əməliyyatlarında və Şərqi Aralıq dənizində də gördük. Aydındır ki, İrəvan Ankaranın xəbərdarlıqlarını diqqətə almayacaq. Belə olan halda Türkiyə Azərbaycanın işğal altındakı ərazilərini PKK yuvasına çevirən Ermənistanı cəzalandırmaq planı haqqında da ciddi çalışmalar aparır. Bu çalışmalarda rəsmi Bakının da yer aldığını söyləmək mümkündür. Türkiyə Cümhurbaşqanının telefon zəngi ilə eyni gündə Ukrayna prezidenti Vladimir Zelenski də İlham Əliyevə zəng etdi”.

Ekspert hesab edir ki, yüksək vəzifəli şəxslərin ilk rəsmi səfərləri zamanı Ukrayna da öndə gələn dövlətlər sırasında olmalıdır: “Bunun üçün münbit zəmin var. Birincisi, Ermənistanla iyul ayında sərhəddəki insidentdən sonra Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat yaydı, işğalı pislədi və BMT-nin məlum 4 qətnaməsin xatırlatdı. İkincisi, Ukraynanın yeni milli təhlükəsizlik strategiyasında Azərbaycan strateji tərəfdaş kimi göstərilib. Üçüncüsü, Zelenski azərbaycanlı həmkarı İlham Əliyevə zəng edərək bir daha Azərbaycanın suverenliyi və ərazi bütövlüyü məsələlərində ölkələrimizin bir-birini dəstəklədiyini qeyd edib. Bunların hansı birini Rusiya və onun rəsmiləri ediblər?”

Əhəd Məmmədli: “Azərbaycan üçün bircə çıxış yolu qalır, o da hərbi yoldur”  Pravda.az

Əhəd Məmmədli: “Ərdoğan Tovuzda Azərbaycana olan hücumu Türkiyəyə olan hücum kimi göstərərək…”

Politoloq Əhəd Məmmədli Azərbaycanın mövcud durumdan istifadə etməsini olduqca vacib sayır: “Əvvəla, onu deyim ki, nə vaxta qədər ki, Ərdoğan və AKP qardaş ölkə Türkiyənin başındadır, Azərbaycan yaxşı mənada bundan istifadə edib torpaqlarını azad etməlidir, əks halda, çox gec ola bilər və Qarabağımızı birdəfəlik itirə bilərik. Türkiyəmiz ordusu, silahı, əsgərlərini tam istifadəmizə verməyə hazır olduğunu bildirib. İlk dəfədir ki, Azərbaycanın bir neçə bölgəsində qardaş ölkə ilə hərbi təlimlərə başlamışıq. Ərdoğan Tovuzda Azərbaycana olan hücumu Türkiyəyə olan hücum kimi göstərərək, Cənubi Qafqazı maraq dairəsi kimi işarə edib. Bununla da Türkiyə Cənubi Qafqazı da maraqları dairəsinə salmış oldu. Türkiyə qeyd-şərtsiz Azərbaycanın yanındadır. İndi Azərbaycana Türkiyəni yanına alıb, siyasi iradə nümayiş etdirib, hərbi əməliyyatlara başlayıb torpaqlarını azad etmək qalıb. Ərdoğanın Əliyevə zəng edib şəxsən başsağlığı verməsi də önəmli an idi. Bu o anlama gəlir ki, Azərbaycanın şəhidi Türkiyənin şəhididir, Azərbaycana atılan güllə Türkiyəyə atılan güllədir. Cənubi Qafqaz da Türkiyənin maraq dairəsindədir. İndiyə qədər Cənubi Qafqazı arxa bağçası sanan Rusiya da Tovuz olaylarından sonra Türkiyə faktoru ilə razılaşmağa məcbur oldu. İlk dəfə idi ki, Qarabağ məsələsini Rusiya Türkiyə ilə müzakirə etməyə razılıq verdi. Əvvəllər belə hal müşahidə olunmamışdı. Əvvəllər Qarabağ münaqişəsini üzbəüz Rusiya heç kəslə müzakirə etməyə ehtiyac belə duymurdu. Ermənistan Azərbaycanı Qarabağ cəbhəsindən yayındırmaq üçün son dövrlərdə Tovuzda – neft boruları getdiyi bölgədə provokasiyalar edərək, rəsmi Bakını şantaj edir ki, birdən Qarabağda hücum etsən, biz neft borularını vuracağıq. Azərbaycan qətiyyən ermənilərin bu blefinə inanmamalı və dərhal Qarabağda antiterror əməliyyatına başlamalıdır. Neft borularına zərbə endirmək ermənilərin başını aşan məsələdir. Çünki o neft borularının beynəlxalq sahibləri var. Tovuzdan keçən neft kəmərinə bir güllə belə dəysə, həmin güclər ermənilərə həyatlarını dar edərlər. Həmçinin unutmayaq ki, Azərbaycanın arxasında Türkiyə durub. Yenidən Türkiyənin XİN rəhbəri Çavuşoğlu ermənilərə sərt xəbərdarlıq etdi. Bu o deməkdir ki, Türkiyə Azərbaycana hücumu özünə hücum kimi qiymətləndirəcək”.

Əvvəlki yazı

Koronavirus məktəblərə ayaq açıb – nə etməli…

Sonrakı yazı

“Əkrəm Əylisli vətəndaşlıqdan çıxarılmalıdır” – Hafiz Hacıyev

Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11
Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

05 Fevral 2026, 15:10
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

05 Fevral 2026, 14:21
Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

05 Fevral 2026, 14:19
TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

05 Fevral 2026, 14:18
26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

05 Fevral 2026, 13:48
AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026, 11:21

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.