Yəməndə minlərlə uşağı aclığa məhkum edən atışmaları şəxsən biz bitirəcəyik. Əfqanıstanda amansız fəaliyyətləri ilk olaraq biz lənətləyəcəyik. Berlindən Parisə qədər, harada olursa olsun, kimliyindən asılı olmayaraq, məsumların öldürülməsinə ilk olaraq biz qarşı çıxacağıq.
Reportyor.info xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İSEDAK toplantısında çıxışı zamanı deyib.
“Fələstinli mülki insanların dünyanın gözü qarşısında qətlə yetirməyə çəkinməyən dövlət terroruna hər şeydən əvvəl biz reaksiya verəcəyik. Livan və İordaniyadakı düşərgələrdə fələstinli qaçqınların haqq və hüquqlarını başqalarından əvvəl biz qoruyacağıq. İŞİD bəhanəsilə bölgəmizdə başqa terror dövlətlərinin yaradılmasına əvvəlcə biz etiraz edəcəyik. FETÖ, PKK, Boko Haram kimi təşkilatlarla gələcəyimizin qaraldılmasına əvvəlcə biz “yox” deyəcəyik”, – Ərdoğan bildirib.